Yunus Oğuz fəxri doktor adına layiq görülüb

 

Azərbaycanlı yazıçı-publisist Yunus Oğuzun türk dünyasına və Azərbaycan-Türkiyə qardaşlığına yazar olaraq verdiyi töhvə yüksək qiymətləndirilib.

Trend xəbər verir ki, Yunus Oğuz Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən fəxri doktoru adına layiq görülüb. Təqdim edilən fəxri diplomda yazıçının türk ədəbiyyatına verdiyi töfhələr, iki qardaş dövlətin münasibətlərinin genişlənməsinə verdiyi dəyər vurğulanıb.

Fəxri doktor diplomu rəsmi formada Yunus Oğuza təqdim edilib. Qeyd edək ki, Yunus Oğuz türk tarixindən bəhs edən bir çox tarixi romanın müəllifidir.

 

Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S. 32.