"Hüseyn
Cavid və Azərbaycan ədəbiyyatşünaslığı"
- kitabı çap olunub
Filologiya
elmləri doktoru Lütviyyə Əsgərzadənin
"Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı"
monoqrafiyası çap olunub.
Kitab
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17
mart 2003-ci il tarixli 2 saylı iclasının və Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev
Muzeyinin Elmi Şurasının 4 may 2023-cü il tarixli 7
saylı iclasının qərarları ilə çap olunub.
Kitasbın elmi redaktoru akademik
İsa Həbibbəyli, Ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cəlal
Qasımov, rəyçi: filologiya elmləri doktoru, professor
İslam Qəribovdur. İdeya müəllifi və redaktoru
Gülbəniz Babaxanlı filologiya elmləri doktoru, Əməkdar
mədəniyyət işçisi Gülbəniz
Babaxanlıdır.
Kitabda
XX əsr Azərbaycan romantizminin banisi, ədəbiyyatda
özünəməxsusluğu ilə seçilən,
yaradıcılığında Qərb və Şərq ədəbiyyàtı
ənənələrini dàvàm və inkişàf åtdirən filosof
Hüsåyn Cavidin həyatı və
yaradıcılığı araşdırılır.
Hüseyn Cavid müxtəlif münasibətlər, müxtəlif
ədəbi qüvvələrlə ünsiyyətlər,
bölüşmələr, mübahisələr fonunda təhlil
edilir, Qurbanəli Şərifzadə, Şeyx Məhəmməd,
Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə,
türk romantikləri Rza Tevfik, Məhmət Akif Ərsoy, Xalid
Ziya Uşaqlıgil, Əbdülhəq Hamid və
başqaları ilə olan yaradıcılıq əlaqələri
sistemində təqdim edilir. Repressiya qurbanı olan filosof
şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat
nümayəndəsi kimi fərdi tərəf və
xüsusiyyətləri araşdırılır.
Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S. 32.