Böyük Ana, böyük Şair, böyük Qadın!!!
Mirvarid Dilbazi!
Bu imza mənə çox uzaq 1958-ci ili xatırlatdı. 10 yaşım
tamam olurdu, 28 Sentyabr... Dostlarım, ailə üzvlərim, qohumlarım məni hədiyyələrlə təbrik
edirdilər. Gülnar
adlı bir rəfiqəm əlində
Mirvarid Dilbazinin "Seçilmiş əsərləri"
adlı kitabı mənə uzatdı... Kitabı alıb ilk səhifəsini açdım...
Oradan anama bənzəyən ciddi görkəmli, anam kimi pencəyinin altından ağ köynək geyinmiş bir qadın mənə baxırdı...
Sonralar oradakı şeirlərin bəzilərini əzbərlədim,
ancaq "Daşsalahlıda"
şeirini heç unutmadım:
Orda öyrənmişəm şeiri,
nəğməni,
O dağlar, dərələr
böyüdüb məni...
Qoca Adgözəli, Hürü
nənəni
Anmaqdır hey peşəm Daşsalahlıda.
İllər keçəcək, ömür
geri dönməyəcək,
ancaq arxada qalsa da bu kitabı
unutmayacağam...
Bu xatirəni yazarkən şəxsi kitabxanamdakı
minlərlə kitabın
içindən o kitabı
ayırıb tapacağam.
Bir də vərəqləyəcəyəm,
ilk səhifədəki qeydi
kövrələ-kövrələ yenidən oxuyacam: "Əziz bacım, bu kitabı unudulmaz günlər yadigarı kimi saxla..."
28.IX.1958.
Və
son səhifədəki yazı:
"Mənalı, həm
də nikbin ruhda yazılmış gözəl sənət nümunəsidir. Belə əsərləri dəryada
inci axtaran kimi axtarmaq lazımdır".
Ofelya.
31.10.1964.
Sonralar Mirvarid xanımla Bakıda, onun üzü "Sabir bağı"na
baxan - "Monolit"
deyilən binadakı mənzilində görüşdük.
Sabirin heykəlinə
baxıb köks ötürürdü. 1988-ci il hadisələrindən sonrakı
dövrün mürəkkəb
ab-havasına insanların
doğru-dürüst münasibətini,
həzinliyini, vətənsevərliyini,
xatirələrini dinlədim.
Bu böyük insanın
keşməkeşli həyat
yolunu, lakin bir an da olsa insanlara, vətənə məhəbbətinin azaldığını
hiss etmədim.
Bir məqamı da qeyd etmək istərdim: Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi onu dünyalar qədər sevindirmişdi.
Ruhun şad olsun, böyük Ana, böyük
Şair, böyük Qadın!!!
Ofelya Babayeva
Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü, şair, Əməkdar müəllim
Ədəbiyyat qəzeti.-
2023.- 24 iyun.- S.21.