Aldanmışam
Nə dedi, söylədi, düz, doğru sandım,
Bundan uduzanda bildim yalanmış.
Sarsıldım, göynədim, ağrıyla
qandım,
Yağ-bal yedirdiyim demə,
ilanmış.
Ovçuymuş, dilində söz-sovdan
tələ.
Marıqda durubmuş aza ov, gələ.
Bu dəfə mən uydum ondan min felə,
Saysız
"can, can"ları qurğu,
planmış.
Yoxmuş
ki zərrəcə insaf,
mürvəti,
"Yaxşı"sı görüntü,
məkri xəlvəti.
Riya yaxınlığı, dostluq,
ülfəti,
Hoqqası min birmiş, yaman
kalanmış.
Bədliyə köklənmiş dərki,
şüuru,
Çıxarıb onu çox, çox sudan quru.
Nəfsinə qulluqda mənlik,
qüruru,
Haram yeyə-yeyə namaz qılanmış.
Qərarım bu oldu, tanıya, bilə,
Onun kimliyini çatdıram elə.
Deyəm,
asta-usta, lap gülə-gülə,
Rəhmsiz bu məxluq canlar alanmış.
Neyləyək?
Söyləyir: - "Bezdirir saxtalıq
məni,
Boğazdan yuxarı sözlər
kəlmələr".
Deyirəm: - "Əzizim, sən
təksən yəni,
Bilirsən çəkirəm mən
bundan nələr?"
Sanıram gərdişin çarxı
tərsinə
Fırlanır, dəyişib yer
gecə, gündüz.
Qulluq eləyirik sanki tərs dinə,
Haqq əyri donunda, nahaq dürüst, düz.
"Qırmızı kitab"a
yazmışıq indi,
Saflığı, paklığı səmimiyyəti.
Mənalar dəyişib tamam
yəqindir,
Yaramır bir işə söz-sov lüğəti.
Baxışlar buz-soyuq, üzlər
qara daş,
Qəlblərdə kin, nifrət toparlanıb
çox.
Gerçək təmənnada qardaşdan
qardaş,
Almasa əvəzi, verməz heç nə yox.
İtib
ölçü-biçi, mizan-tərəzi,
Gözündə pərsəngi daşından
yekə.
Fikrində fitnəsi, məkri,
qərəzi,
Durub qolu zorlu bölə,
pay çəkə.
"Eyni bir gündəyik",
neyləyək daha,
Ötürək birtəhər vaxtı,
zamanı.
Dönüb qazancımız böyük
günaha,
Onu daşımağa bizdə
hal hanı?
Eh...
Şəklinə baxıram, ötən
illəri
Gətirib xəyala, salıram
yada,
Ya Rəbb, ötürmüşəm
necə nələri,
Heç
demə varmışsan
sən də dünyada.
Yanımdan ötmüsən o yan-bu
yana,
Saysız
yadlar kimi, adilər kimi,
Onda çevriləydim sənə
həyana,
Gərək fəth edəydin
onda qəlbimi.
Bəlkə neçə kərə
nəzərlərinlə
Məni
oğrun, gizlin süzüb keçmisən,
Görmüsən laqeydəm, acıqla,
kinlə,
Halıma
yaraşan söyüş
seçmisən.
Həsəd aparmışam bəlkə
birinə,
Yanımdan keçəndə sənin
yanında,
İstəyim olub ki, onun yerinə,
Olaydım eləcə, elə
o anda.
Bu tale qisməti, tale oyunu,
Kim-kimə tuş gələr harda bilinmir.
Çoxu
bizim kimi bükülü boynu,
Durub köksdə ağrı,
ah-ufla dinmir.
Xoşbəxtsən? Xoşbəxtəm?
- gecikmiş sual,
Cavabı
aydındır sənə,
həm mənə,
Yaxşısı budur ki, səssiz
duraq, lal,
Dalaq xəyallara hey dönə-dönə.
Mümkünmü?
Öyrətmə özünə deyirsən
məni,
Qoyursan vəfasız sonra adımı.
Anlayım belədə necə
bəs səni,
Məgər, eşitmirsən dad, fəryadımı?
Öyrətmə özünə deyirsən
məni,
Susum, danışmayım, lal-dinməz
durum?
Bu halla yaşamaq çox asan yəni,
Təkcə ürəyimlə ixtilat
qurum?!
Öyrətmə özünə deyirsən
məni,
Qopum, ayrılımmı xəyallarından?
Yoz, dəyiş barəmdə
gümanı, zənni,
Qurtul mənli ağrı, məlallarından.
Öyrətmə özünə deyirsən
məni,
Dilin bunu deyir, qəlbin
başqa söz.
İstəyin söyləmək "o tək kəlməni",
Demirsən, neyləyim, onda
bacar döz.
Öyrətmə özünə deyirsən
məni,
Deyən
bu əhvaldan gəlmisən zara.
Bilsəydim özümə həmin
çarəni
Edərdim, düşməzdən səntək "azara"
Özün yetiş
Hərə bir cür yozur eyni kəlməni,
Çaşam, hansını düz
sanım inanım.
Deyir pirin kimi tanı
gəl məni,
Saysızdır, yanında kimin
dayanım.
Nahaqqa
geydirir çoxu haqq donu,
Bəzək-düzək vurur fitnə-fəsada.
Görünmür boş fikrə
şərhlərin sonu,
Çürük, kiflənmişlər salınır yada.
Qanmaq istəyənin bərəlir
gözü,
Durub dinlədikcə hərzə-hədyanı,
Deyir ayırmağa bunlardan düzü,
Köməyə çağıram gərək
şeytanı.
Şübhələr yaranır düşüncələrdə,
Didir, parçalayır saf ürəkləri.
Bu haldan bezənlər, düşənlər dərdə,
Ağlından keçirmir, Ya
Rəbb, nələri.
Dünya
dönüb sanki bulanlıq gölə,
Batıb
aqil səsi "qurultular"da,
Əşrəfi İblisə olub
qul, kölə,
Tanrım,
özün yetiş
dada, fəryada.
Yetər diqqət
Borclu qalmaram heç kəsə,
Məndən ötrü görərsə
iş.
Ödəyərəm haqq, nə desə,
Keçirməsin bundan təşviş.
Kəsirəm ki şərti şumda,
Yabalaşmayam xırmanda.
Şahidim də olur onda,
Qalmaya ehtiyac anda.
Baxmıram ki, az, ya ki çox,
Tək diqqətlər yetərli,
bəs.
Olmasından nəfsimin tox,
Yox narazım, yox bircə kəs.
Dəqiq
çəkir daş tərəzim,
Pərsəngini düzəldir haqq.
Xislətimdə yox mərəzim,
Dolanıram bax, bu sayaq.
Bax beləyəm, bu, olanım,
Bəyən, ya ki bəyənmə
heç.
İmkan
ver sakit dolanım,
"O deyiləm" - uzaqdan keç.
Deyirsən darıxma
Deyirsən darıxma, axı
qəlbimə
Necə
hökm eyləyim, de də bəs necə?
Səni
əvəz edə, üz tutum kimə?
Sığmır yx, dərkimə
bax bu düşüncə.
Deyirsən darıxma, axı
həsrətin
Göynədir köksümü, yandırır
məni.
Yayınır hər şeydən
nəzər-diqqətim,
İnan,
çaş salıram
bu gün, dünəni.
Darıxma söyləmək nə
qədər asan,
Əməl eləməksə çətindən
çətin.
Ruhuma əmr edim: - "yorul, bez, usan",
İtirim
beləcə eşq ləyaqətin?
Köməyə yetmir ki, xəyallarım
da,
Orda da darıxmaq olub adətim.
Orda arzularım, diləklər
kam da,
Təkcə sənsizlikdən yana
xiffətim.
Deyirsən darıxma, ağır
hicranı
De necə çıxarım,
atım canımdan.
Gəl də, yarat mənə bax, o imkanı,
Qovum darıxmağı vüsal
anından.
Deyirsən darıxma, axı
qəlbimə
Necə
hökm eyləyim, de də bəs necə?
Səni
əvəz edə, üz tutum kimə?
Sığmır yox, dərkimə
bax bu düşüncə.
Çalar
Hərədə fərqli dərk,
fərqli düşüncə,
Ağla
güvənən var, qolundan
gücə,
Kövrək ürəklilər, almayan
vecə.
Ayır
xoşrəftarı, seç
bədniyyəti,
Çalar, ilanlıqsa canda
xisləti.
Görünər gözünə hər
şey qapqara,
Ağrı-acı yayar, alsa yön hara,
Gəlməz heç bir işdə heç zaman kara.
Ötürməz bədliyə məqam,
fürsəti,
Çalar, ilanlıqsa canda
xisləti.
Mırıqda dayanıb güdər
dörd yanı,
Məramı, məqsədi qaraltmaq
qanı,
Yox ki ədaləti, napak vicdanı.
Saysız
gizlinləri, çox-çox
xəlvəti,
Çalar, ilanlıqsa canda
xisləti.
Harda yaxşı görsə, tez qoyar lağa,
Yanar çəkilsə kim önə, qabağa,
Düşmən saydığına dildə
"ay qağa"
Deyər,
şərəfi yox, yox ləyaqəti,
Çalar, ilanlıqsa canda
xisləti.
İnanma
düzələr, zərrə
qədər yox,
Köksündə kin, nifrət qalaqlanıb
çox,
Tanı
belələri, gördün,
çəkin, qorx.
Gözləmə, nəbadə səmimiyyəti,
Çalar, ilanlıqsa canda
xisləti.
Onu tanımağın asan yolu var,
Bax ki, bəbəyində saysız
ilanlar
Qaynaşır, tez tələs,
ver şərtsiz qərar.
Yaranır gen durmaq zəruriyyəti,
Çalar, ilanlıqsa canda
xisləti.
Səydəyik
İnan,
yolumuzu azmışıq
elə
Əyib
belimizi günahdan şələ,
Yığıb toplayırıq ondan
hey, hələ.
Savab qazanmırıq, yetib bəd dönəm,
Səydəyik, yerimiz ola cəhənnəm.
Nahaqqı yeridib haqqın
yerinə,
Dönmüşük yağıya biri-birinə,
Uymuşuq şeytanın məkri,
şərinə.
Boğuruq sevinci yaratmaqla qəm,
Səydəyik, yerimiz ola cəhənnəm.
Ağlı başımızdan alıb
nəfs, tamah,
Böyük istəyində hər
kəs, ola şah,
Bax, bundan görünür qaranlıq sabah.
Sorub aramırıq xilasa yön çəm,
Səydəyik, yerimiz ola cəhənnəm.
Aqil, müdrikləri susdururuq
hey,
Meydanda gərdişdə nadan, kefli, key,
Bundan sinələri çatladır
giley.
Yetişir deyəsən haqq-hesaba
dəm,
Səydəyik, yerimiz ola cəhənnəm.
Abadlar çevrilir virana anda,
Qırğınlar, dəhşətlər, vəhşət hər yanda,
Qorxu yuva salıb ilikdə, qanda.
İnsanlıq adına bəla
gəlir cəm,
Səydəyik, yerimiz ola cəhənnəm.
Tamam unudulub mizan-tərəzi,
"Görüntü" bəndədə
iman əvəzi,
Düz-dürüst sayırıq puçu qərəzi.
Sonsuz ruhumuzda qüsur, kəsir-kəm,
Səydəyik, yerimiz ola cəhənnəm.
İnan,
yolumuzu azmışıq
elə
Əyib
belimizi günahdan şələ,
Yığıb toplayırıq ondan
hey, hələ.
Savab qazanmırıq, yetib bəd dönəm,
Səydəyik, yerimiz ola cəhənnəm.
Demə yanarsan
Ruhunla ruhumun tutur söhbəti,
Onunla hər dəfə dərdləşirik çox.
Yanıma
gəlirsən belə
xəlvəti,
Onda xəyallarda darıxmıram
yox.
Cavab da alıram suallarıma,
Uymaqla səsinin sehrinə onda
Yoruram, deyirəm səbrin çox, amma
Deyən
mən oluram yorulan sonda.
Rahatlıq duyuram hər görüşündən,
Uyğumda, xəyalda, fərqi
yox necə.
Özümdən özümə olur
vaxt-vədən,
Gündüz də gəlirsən,
çox zaman gecə.
Belə
son verirsən tənhalığıma,
Qovmaqla köksümdən kədəri,
qəmi.
Dönüb boylanmıram solum, sağıma,
Sorub aramıram könül həmdəmi.
Hə, sən bax beləsən,
ay ruh ortağım,
Bil ki harda varam, orda
da varsan.
Sənin
pərvanənəm şamım,
çırağım,
Demə
"yaxın gəlmə",
demə "yanarsan".
Nəcməddin MÜRVƏTOV
Ədəbiyyat
qəzeti.- 2023.- 24 iyun.- S.25.