Qorxuram geri dönməyə
Çevrildim ki, yayındırım
arxamca atılan daşı.
Gördüm özünü düzəldib
üzümə gülür qardaşım.
Mən də
gülüb qollarımı
doladım boynuna ərklə.
Daş atan əlindən tutub
Sıxdım sevgiylə, ürəklə.
Hiss etdim
ki, qardaşımın
tir-tir titrəyir bədəni.
Nefti qurtaran çıraqtək
mənim
də gücüm tükənir.
Üzümü
çevirib getdim,
bu göz daha nə
görəcək?!
Dəqiq
bilirdim qardaşım
məndən sonra hönkürəcək.
Daşlar
yenə atılsa da,
qorxuram geri dönməyə.
Qorxuram geri qanrılam
qardaşım gözümə dəyə.
Bir
şeir yazdım bu axşam
Bir
şeir yazdım bu axşam
ağrımı ovutmaq üçün.
Ürəyimdən şırım açdım
dərdimi ovutmaq üçün.
Sıxdım
hər misram üstünə
içimin bir acısını.
Tutarlı sözlə unutdum
ürəyimin sancısını.
Tapdığım
təşbeh dərdimi
elə yıxıb-sürüdü ki...
Bir də baxdım ağlar ürək
əməllicə kiridi ki...
Hecalarım
qoç sürüsü,
qafiyələr qoç buynuzu.
Aha, deyəsən, dərdlərim
böyük hesabla uduzur.
Hər
axşam gücüm, enerjim
dərdimlə savaşa gedir.
Ağrılardan məni ancaq
şeirlərim xilas edir.
Ağactək
yıxılsam əgər...
Köklü-köməcli
ağacı
içindən qurd yeyən kimi,
Ürəyimə soxulan dərd
qurd kimi yeyir içimi.
Yeyir ətimi,
qanımı
pəncərəni yalayır dərd.
Qara, paslı kotan kimi
həyatımı şumlayır dərd.
Gündüzüm
cəhənnəm kimi,
gecəm
qaynar qır qazanı.
Gücüm yox rinqə çağırım
mənə belə bəxt
yazanı.
Təpə-dırnaq
damcı-damcı
əriyirəm şam misalı.
Ümidsizcə gözləyirəm
mümkün olmayan vüsalı.
Ağactək yıxılsam əgər,
məndən heç nə qalmayacaq.
Hekayəm bitdi burdaca,
ardı
heç vaxt olmayacaq.
...Ətrin
bitincə öləcəm
Sən
ayrılıb gedən gündən
bağlıdı qapım, pəncərəm.
Bomboş
qədəhinə vurub
tək-tənha şərab içirəm.
Durub
kip-kip bağladım ki,
qapını, pəncərəni, -
evimə
dolmuş nəfəsin
bir az da yaşatsın məni.
Yastığım, yorğan-döşəyim
ətrindən məstdi hələ
də.
Şux səsin, şən gülüşlərin
pərdilərdə titrəmədə.
Əlin,
ayağın, qaş-gözün
fokuslanıb ev-eşikdə.
Gözəl qəddi-qamətinin
ölçüsü qalıb döşəkdə.
Qəti
naşükür deyiləm,
ömrüm keçə bax
beləcə.
Bu evdə, bu yatacaqda
ətrin
bitincə öləcəm.
Çağırdım,
amma dostlar baxıb üz çevirdilər
Dost kimi ərk
eyləyib
qılığıma girdilər.
Şənimə sağlıq deyib
yaxşıca içirdilər.
Bağ
saldım, bostan əkdim:
tağları burdan ora.
Bar verəndə dirriyim
nübarını dərdilər.
Qazandığım nə ki var
dost malıtək ortada.
Üzünü pay-püşk edib
sovub yelə
verdilər.
Mən də
daddım qismətin
ucundan-qulağından.
Bütün yediklərimi
burnumdan
gətirdilər.
Büdrədi
köhlən atım
yıxıldım çamurluğa.
Çağırdım, amma dostlar
baxıb
üz çevirdilər.
Yolun
düşsə, bizə də gəl
Yolun
düşsə bizə də gəl,
qapım
açıqdı, bilirsən.
İnan
ki, çox sevinərəm
nə vaxtsa qapımdan girsən.
Onsuz da təkəm
həmişə,
tənhalıqdan başım dönür.
Gəlsən görərsən bu
evdə
hər yanda yerin görünür.
Yeməyim
hər zaman boyat,
çayım daim soyuq olur.
Qab-qazan
bomboş olsa da,
kül qabım çox tez-tez dolur.
Mətbəximdə
gecə-gündüz
at oynadır tarakanlar.
Dost-tanış, qohum-əqrəba
məni
harda görsə danlar.
İki nəfərlik taxtımın
tamam boşdu sol tərəfi.
O boşluğa girsən əgər,
xilas edərsən bu evi.
Məni
soruşan olarsa...
Daha
tüpürüb gedirəm,
arxamca gələn olmasın.
Unudun
ki, məndən sonra
heç
bir xatirəm qalmasın.
Bundan
sonra mən heç nəyə
cavabdehlik
daşımıram.
JEK-dən də arayışım var:
bu mənzildə yaşamıram.
Adımı
da söküb atdım
gördüyün meşin qapıdan.
Bütün borcları qapatdım,
əngəl qalmadı ortada.
Daha "əlvida"
deyirəm
bu evə də, şəhərə də.
Fırtınada yola çıxan
gəmiyəm bu ərəfədə.
Güman
ki, gözəl Allahın
əli üstümdən sürüşüb.
Məni
soruşan olarsa,
deyərsiniz itkin düşüb.
Çəkin
sınmış qanadımı
üstümə kəfən kimi
Qolumun
gücü tükənir,
gözlərimin işığı.
Dağa
dırmaşan inadım
diyirlənir aşağı.
Əlim ətəyimdən
uzun,
məğlub bayraq kimiyəm.
Meyvələri talan olmuş
sınıq budaq kimiyəm.
Bu
tapdanmış çiçəyi
kim taxar yaxasına?!
Daşa
dönmüş ürəyimdə
ovçunun oxu sınar.
Əgər
ölsəm başdaşıtək
qaldırın tüfəngimi.
Çəkin sınmış qanadımı
üstümə kəfən kimi.
Burda məni
tanıyan yox...
Burda məni
tanıyan yox,
maraqlanmır bir kimsə də.
Axşamlar şam yandırırlar,
dua edirlər kilsədə.
Çoxdandı
qaysaq bağlayan
yaramdan qan açılarsa,
məni
mütləq tanıyacaq
çarmıxa çəkilmiş İsa.
...Çəkildim
kilsədə küncə,
oturdum səssiz, kirimiş.
Bax, mənə də xaç çevirir
bu qoca, saqqallı keşiş.
Yarama necə
oxşayır
İsa Məsihin yarası.
İlahi,
nolar onun da
yarası
qaysaq bağlasın.
Bir
küncdə dua edirəm,
Allah hakimdi beynimə.
Sən demə, İsa Məsihin
qanı
damırmış çiynimə.
Əsirlikdən
qaçan əsgər
Çox
da ki adam içində
elə deyirəm - gülürsən.
Mən axı yaxşı bilirəm
qəlbən necə üzülürsən.
Görürəm
boyun-boğazın
bərq
vurur, alışıb
yanır.
Zərgərlik mağazaları
səni
görəndə utanır.
Dost-tanışlar
görsələr də
üstündəki daş-qaşları.
Heç
zaman görə bilməzlər
içindən axan yaşları.
- İnqilab ORXAN
Qırx
ildi əsirsən, amma
çölə xanımtək çıxırsan.
Hamı
indi maska taxır,
sən gör nə vaxtdan taxırsan?!
Bax,
dünya hər gün dəyişir:
dağılır müstəmləkələr...
Köhnə ünvana gələrsən
əsirlikdən qaçsan əgər.
Lap cəhənnəm
əzabıdı...
Lap cəhənnəm
əzabıdı,
sevgisiz bir gecə də.
Bir gün məni tutacaqlar
sən yaşayan küçədə.
Görürəm tərs-tərs baxır
arvad-uşaq üzümə.
Cayıllar mesaj göndərir:
"Məhəllədə çox
gəzmə!"
Pəncərənin altında
gəzişirəm qərib-qərib.
Ürəyimə damıb ki,
polislər də şübhələnib.
Amma mən
bir zərrə də
pozmuram asayişi,
Ona görə polislərin
mənimlə yox bir işi.
Gözləyirəm
çıxasan,
qaçıb gedək bu yerdən.
Bax, pəncərən altında
gəzişirəm səhərdən.
İnqilab
ORXAN
Ədəbiyyat
qəzeti.- 2023.- 24 iyun.- S.27.