Belarus Yazıçılar İttifaqının
üzvü, Azərbaycan
Yazıçılar Birliyinin, Yazıçı, Jurnalist
və Dramaturqların
Beynəlxalq Təşkilatının
üzvü Kamran Nəzirliyə
19 iyun Qafqazın
tanınmış yazıçısı,
tərçüməçi, jurnalist, filosof, Azərbaycan ictimai xadimi Kamran Nəzirlinin
65 yaşı tamam olur.
Kamran Nəzirlinin
xidmətləri geniş
beynəlxalq səviyyədə
tanınır. Onun kitabları, hekayələri,
pyesləri, məqalələri
Azərbaycanla yanaşı,
ABŞ-da, Belarusda, Cənubi Koreyada, Gürcüstanda, Moldovada,
Niderlandda, Özbəkistanda,
Rumıniyada, Rusiyada, Türkiyədə, Ukraynada
və s. ölkələrdə
çap olunur. Onun ədəbiyyat qarşısındakı xidmətləri
Beynəlxalq Rəsul Rza, “Humay”, Mədəniyyət
Nazirliyinin “Qızıl
Kəlmə”, Zərdabi
adına və Belarusda Beynəlxalq “Rodnoy Dom” mükafatlarıyla
qiymətləndirilib. Bundan
başqa o, Herman Melvilin “Mobi Dik” romanının Azərbaycan dilinə tərcüməsinə görə
ABŞ səfirliyinin xüsusi
diplomu və mükafatıyla təltif
edilib.
Kamran Nəzirli
dünya ədəbiyyatının
klassikləri, o cümlədən
Anton Çexov, Cek London, Con Qolsuaorsi, Marqaret Mitçell, Mark Tven, Oskar Uayld, Vasili
Şukşinin əsərlərini
doğma dilinə tərcümə etmişdir,
onun Belarus yazıçılarından
Ales Badak, Ales Karlyukeviç, Anatoli Matviyenko, Georgi Marçuk, Nikolay Çerqinets və bir çox
başqalarının əsərləri
və kitablarının
Azərbyacan dilinə
tərcümə edilib
nəşr olunmasında
böyük xidmətləri
olmuşdur.
Xarici dilləri
səlis bilməsi nəticəsində o ən
yaxşı Türkiyə
və Azərbaycan şairlərinin şeirlərini
ingilis dilinə tərcümə edərək
antologiya şəklində
çap etdirmişdir.
Həm yazıçı
kimi, həm də bir ictimai
xadim kimi dəfələrlə Qarabağ
problemi ilə bağlı beynəlxalq səviyyədə çıxışlar
etmiş, sağlam və konstruktiv mövqeyi, şübhəsiz
problemin tənzimlənməsinə
təsir göstərmişdir.
Belaruslu həmkarları
Kamran Nəzirliyə can sağlığı, yeni-yeni uğurlar arzulayır, səmimiyyətlə
inanırlar ki, o, bundan sonra da
belarusların ən yaxın dostu olaraq qalacaq, mədəni əlaqələrin
möhkəmləndirilməsində yorulmaz
səyləri bizim xalqlarımızı daha da yaxınlaşdıracaqdır.
Ədəbiyyat
qəzeti.- 2023.- 24 iyun.- S.32.