“Gözəl və
Bədheybət” qastrolda
Mədəniyyət Nazirliyinin Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar
milli teatrın yaranmasının
150 illiyinə həsr
edilmiş silsilə tədbirləri çərçivəsində
iyun ayı üçün regionlara təşkil olunan qastrol səfərləri davam edir.
Visiontv.az
teatrın mətbuat xidmətinə istinadən
bildirir ki, bu çərçivədə iyunun
21-də Azərbaycan Dövlət
Kukla Teatrının kollektivi Şabran və Quba rayonlarına
səfər edəcək.
Yaradıcı heyət
hər iki rayonun mədəniyyət
sarayında balaca teatrsevərlər üçün
repertuarlarındakı baxımlı
səhnə nümunələrindən
olan “Gözəl və Bədheybət” tamaşasını təqdim
edəcək.
Madam Leprens De Bomonun məşhur əsəri əsasında hazırlanan
eyniadlı səhnə
işinin quruluşçu
rejissoru Anar Məmmədov, quruluşçu
rəssamı İqbal Əliyev,
bəstəkarı Cahangir
Zülfüqarovdur.
Tamaşada rolları teatrın
aparıcı aktyorları
Elnur Abbasquliyev, Səriyyə Mansurova, Rəhim Rəhimov, Aygül Ağayeva, Araz Həsənli, Cavid İbrahimov, Ülviyyə
Əliyeva və Könül Nəsibova ifa edirlər.
Birhissəli uşaq tamaşasında
fərqli texnikalarda hazırlanmış kuklalardan,
eləcə də canlı planda kukla oyunu sintezindən
istifadə olunur.
Musiqi və xoreoqrafik elementlərlə zəngin
səhnə əsərində
bir qızın timsalında xoş rəftar və daxili gözəlliyin bütün maneələri
aşması nümayiş
etdirilir.
Bu nümunə vasitəsilə
uşaqlara zahiri gözəlliklə yanaşı,
səbir və ədalət hissinin də hər məqamda ən yaxın yol yoldaşı olduğu göstərilir.
Ədəbiyyat
qəzeti.- 2023.- 24 iyun.- S.32.