Məmməd İsmayıla
Sən də üz döndərdin, o dönük
qızdan,
Qığılcım istəklər tam sınandılar.
Şeirlər apardın tozlu Tovuzdan,
Bakıda oxuyub tamsılandılar.
Çatıldı odunlar, yandı
ocaqlar,
Tüstülər kösövdən buruldu göyə.
"Gənclik" jurnalından
çıxan uşaqlar,
Qayıda bilmədi bir də gəncliyə.
Sabah nə olacaq ürəyə dama,
Hələ də güllələr süzür lülədən.
Heç
kimə hündürdən
baxmadın, amma
Adam axtarırdın Teleqüllədən.
İllər gümüş çəkən
qalayçı kimi
Qara tellərini
sığallayırdı.
Düşmənin addımı bir
qayçı kimi
Hələ ki torpağı qayçılayırdı.
Bax onda sinəndən oyulmağın da
Ağrılı-acılı dəyanət idi.
Sənin
vəzifəyə qoyulmağın
da,
Məncə, şerimizə xəyanət
idi.
Yolları xurcuntək aldın
çiyninə,
Nisgili yavanlıq
götürdün yola.
Dar gəldi ən iri paltar əyninə,
Harda axşamladın, xeyirlər
ola?
Səma
yelpikləmək uçan
quşundu,
Şimşəkdə qəzəb də, gur işıq da var.
Təztəmiz göyləri görüb
uçundun,
Gördün ki, nə varsa
yaxşılıqda var.
Üşüyən baxışın
Əsriyi anan,
Gözünü isidir bu doğma
hənir.
Heç
kimə etibar etməyir anan,
Ruhu başın
üstə gəzir, hərlənir.
Susub Mürşüd kişi,
susmur qara ney,
Bir ana dillənir üzü Allaha,
Məmməd İsmayılım, qapımızı
döy,
Yorğun ağacdələn əl vermir daha.
Roma Xosrova
Durulur Şuşada bulanıq bulaq,
Laçına azadlıq havası gəlir.
Özü harda qalıb, özündən qabaq,
Yurda qayıdanın
sədası gəlir.
Nə zaman tənhalıq güc verdi
neyə? -
Uşaqlıq xınalı daşında
qaldı.
Yaxşı ki, göz yaşın döndü tüstüyə,
Ya da çiskin olub Laçında qaldı.
Bulaqda şəkildi həsrətli
gül üz,
Nişanlı qalan qız ələmindədi,
Söz ilə doludur, qələmindədi.
Çəkdiyin əzabı salmadın
küyə,
Bacarsan sevinclə
qəmi ayır sən.
Şəhidlər rahatca uyusun deyə,
Şeiri laylatək pıçıldayırsan.
Bu yoxsul zamanda əl qənaətcil,
Ağrılar qəlbində yığın-yığındır.
Həm şair olasan, həm qiraətçi,
İki adam olmaq
tənhalığındı.
Köhnə dözümlərdi buludu
göyün,
Təzə dözümləri ara, arındır.
Adamı
yandıran şeir deməyin,
Özünə qəsdindir, intiharındır.
İçində ağlayır, üzdə
gülürsən,
Durma! Gözləyən var, başla
səfəri.
Laçının yanında yaxşı
bilirsən,
Ay Roma
Nədir ki, Roma şəhəri?!
Təbriz-Xəzər
Hara şığısa da qartal qədəmin,
Qayıdıb enəcək səba yurduna.
Əlim
ürəyimə yetmir
ki, səni
Gətirim bu doğma baba
yurduna.
Yolun o başında gözümün
çəni,
Yolun bu başını dumanlar kəsib.
Hələ şəkillərdə görürəm səni,
Özünü görməyim
nəsib, ya nəsib.
Gecələr səhəri ölçüb-biçirəm,
Ölçüm dünyamızın yeddiqatıdır.
Gəmim
olmasa da dərya keçərəm,
Bu yalan babanın
zarafatıdı.
Burdan atlı keçdi,
qanadlı keçdi.
Qızıl yalmanını daradı
külək,
Həsrətli səsimi bəlkə
eşitdi,
İnciməz, atanın qulağını
çək.
Boylanıb baxanda danışa,
gülə,
Görünür ağzında görən
neçə diş.
Bilib oynayırsan oyuncaq ilə,
Bilmirsən bu dünya oyuncaq
imiş.
Hələ yaşamaqdan heç
kim doymayıb,
Dünyadan doymayan ömür-gün gəzər.
Amerika tamam kəşf olunmayıb,
Bu kəşfi tamamla,
ay TəbrizXəzər.
Əzizim
tamdı Təbriz,
Bütövdü, tamdı Təbriz.
Yandırırsan, yaxırsan,
Bu nə sitamdi Təbriz?
Mən bir kənd müəllimi
Addımım duruxdu kəndin
başında,
Uçuq dəyirmandan qəm gülümsədi.
Üzü xəmirləyən qoşa
daşın da,
Hayıf ki, dişləri tişələnmədi.
Çaxçaxa söykənib çomağın
qolu,
Çobanı axtarır,yaman çaşıbdı.
Çəpərlər arası bir dana
yolu,
Dəyişib sinəsi yaşıllaşıbdır.
Çiynində bel gedən islaq
cuvara,
Quşlar səksəkəli baxıb
uçdular.
Pasport verilmədi kolxozçulara,
Yazıqları kəndə bağlamışdılar.
Kənd
içi ədalı çağrılar adım,
Götürdüm gözümdən gün eynəyimi.
Xar tutdan bərk tutan bir tut götürdüm,
Bəzədi ehmalca ağ
köynəyimi.
Qovub qaranlığı sökülürdü
dan,
Çantalı uşaqlar aşıb daşırdı.
Körpə balalar da keçib yanımdan,
Utana utana salamlaşırdı.
Saymadım dərsimdə keçən
anları,
Zəng oldu, dəcəllər sevincə çatdı.
Tarix dərslərimin bol tikanları,
İmək direktorun dizinə batdı.
Dərsi
bilməyənin qalxmadı
əli,
Zəng yenə çaldı gülümsədilər.
İşlədiyim məktəb birmərtəbəli,
Çoxqat məktəblərə baxıb
sindilər.
Qurtardım dərsimi çıxdım
şenliyə,
Biraz söhbətləşdim
burda dincəldim.
Donluq deyirlərmiş
pullara niyə?! -
Mən ilk maaşımı
alanda bildim.
Kəndin
radiosu güldürdü
məni,
Ay qız sən də eşit olsa da duzsuz.
"Mən bir kənd
müəllimi,
Sən də bir kolxozçu qız."
Hayıf sənə
Üzündə göz pənahım
var,
Gözün gözü dəyib səni.
Yaxşı, mənim günahım
var,
Ürəyim neyləyib sənə?
Bir gül əkdin, qızıl bitdi.
Budağında bülbül ötdü.
Allah səni gözəl etdi,
Tanrı gözəl deyib sənə.
Deyən
hər şeyi dedimi,
Gizlinləri söylədimi?
Sevənin əl vermədimi?
Bəs kim oldu
layiq sənə?!
Gələn gəlmir, birdəflik,
Gedən gedir həmişəlik.
Üzün oldu çilik-çilik,
İllər niyə qıyıb sənə.
Saydığını fələk sayıb,
Kövrək könlün quzulayıb.
Əkdilər bitmədi, hayıf,
Amma yenə
hayıf sənə.
Zarafat
O getdi, dalınca getdi ruzusu,
Gedənə nə deyim, nə deyim gözəl.
Gedənin dalınca su atarlar, su,
Su atdı xəlbirin,
ələyin gözəl.
Günlər öz hökmünü
verir, sərt verir,
Xəbərin varmı ki, dərdin dərdləyir,
Sükutla doludur, harda gərdəyin
Boş qalıb
yad evdə gərdəyin gözəl.
Sözü ağbirçəklər müdrik deyirlər,
Öyüdlər dövrəni dövrələyirlər.
Təzələr böyüyür, lələkləyirlər.
Köhnəlir süd kimi lələyin
gözəl.
Ulduzlar gözünə endilər
axşam,
Hanı
yol yeriyən, hanı yol aşan,
Bəxtini açmağa "minik"
tapmışam
Qoy onu əyləyim, əyləyim
gözəl.
Sərçə balası
Hələ ki uçmağa
baxırsan göyə,
Hələ ki istəyin gözdə qalası.
Adamdan qaçmırsan bilmirəm
niyə,
Adama qaçırsan
sərçə balası.
Atılıb-düşməyin tərpədir tozu,
Daşlar caynağını itiləşdirir.
Açılıb-yumulur sənin ağızın,
Yuvan səsinimi
bülbülləşdirir.
İpək tüklərinə sığal
çəkməyə,
Yel niyə
qayıdır, yel niyə dönür.
Daha ehtiyac da qalmır
küləyə,
Qanadın açılıb yelpiyə
dönür.
Boyuna bir daş da
atdı insafsız,
Qorxub silkələdi
sinəni ürək.
Özün boz deyilsən, rəngin bozdu, boz.
Sən rəng
dəyişmədin buqələmuntək.
Ağaclar başında budaqlar
haça,
Balalar yanına
uçub cəm oldu.
Quşlar
köç etdilər
yemsək dalınca,
Sərçə bizə qalan yenə sən oldun.
Məzahir Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2023.-
4 mart.- S.25.