Görüşüm var...
Narahat Qafqazım, istəmirəm
ki,
Açılan atəşdən qorxuya düşəm.
Bu aylı-ulduzlu gecədə
çünki
Bir qadına
görüş təyin
etmişəm.
Bizim aullarda deynən qoy heç kəs
Üçyaşar dayçaları hələ
satmasın.
Atlı
çaparların qabağını
kəs,
Mənə qəm çatmasın, kədər çatmasın.
Sən gəl yaxşılıq et, ey coşğun
Qafqaz,
Göylər boşalmasın, dolmasın
hələ.
Qara buludlar da gözləsin
bir az,
Bu gecə bir qadın görüşə
gələr.
Qunibdən Xunzağa elçilər
gedər,
Yolüstü göylərə papaq atarlar.
Dinsən,
bu adəti onlar tərgidər -
Ayın qabağını yoxsa tutarlar.
Gözlərim yol çəkir,
sanki dardayam,
Bu gecə bir qadın görüşə
gələr.
Başa
düş, can Qafqaz, intizardayam,
Axı, uçqunlardan
o, qorxa bilər.
Sənə yalvarıram: yüyənsiz
atlar
Bir az yavaş
getsin, yoxsa səs düşər.
Bu gecə şaxtanı yolundan qaytar,
Zirvəndə buz olsa, qadın
üşüyər.
Bu aylı gecədə baxıb görərsən
Necə bir qadınla görüşüm olar.
O vaxt öz əlinlə
dəyişdirərsən -
Nə ki, hisslərim var, duyğularım var.
Köhnə yaramıza toxunma,
Qafqaz,
Bizim yolumuzu bağlama barı.
Bu gecə yağışlar
dayansın bir az,
Sabaha gəl saxla həyəcanları.
Xəzərdə dalğalar çağlar
necə də,
Hətta qayalar da coşacaq
bir-bir.
Axı,
bu ulduzlu, aylı gecədə
Mənimlə bir qadın görüşəcəkdir!
Dağıstanın Xalq şairi
Rəsul Həmzətov
Tərcümə edəni:
Ağaddin BABAYEV
Ədəbiyyat qəzeti.- 2023.- 4
mart.- S.29.