Yeni ilin ilk "Ulduz"u
“Ulduz" jurnalının
yanvar nömrəsi işıq üzü görüb.
Dərgi Elxan Yurdoğlunun özüylə söhbəti
və şeirləri ilə açılır. "Nəsr"də
Şəfa Vəlinin
"Hər şeyi sevən adam", Tural Atəşin "Sərhəd uzaqdaydı",
Aydın Tağıyevin
"Qisas", "Məhəbbət
dərsi", "Yuxu",
"Alabaş" hekayələri,
eləcə də Qulu Ağsəsin "Cəbrayıloğlu Etibar"
essesi yer alıb. Filologiya üzrə fəlsəfə
doktoru Aygün Bağırlının "Şairdən
adama qul olmaz axı" yazısı şair Akif Səmədin zəngin yaradıcılığına
işıq tutur.
"Şeir vaxtı"nda
Gülnar Ümidin, Ləman Musayevanın, İlahə Abbasovanın şeirləri, həmçinin
Xaqani Əmininin qəzəlləri təqdim
edilib.
"525-ci
qəzet" və
"Ulduz" jurnalının
ortaq layihəsi olan "Ustad dərsləri"nin budəfəki mövzusu naturalizm cərəyanıdır.
Professor Məti Osmanoğlunun hazırladığı
rubrikanın ikinci hissəsində Emil Zolyanın
"Eksperimental roman" yazısı
yer alıb.
"Türk eli" rubrikasında Təranə
Vahidin uyğunlaşdırmasında
özbək yazıçısı
və dramaturqu Javlon Jovliyevin "Buxara, Buxara, Buxara..." hekayəsi,
"Tərcümə saatı”nda
isə Azad Yaşarın
tərcüməsində Çarlz
Dikkensin "İşarətçi"
hekayəsi dərc edilib. "Kitab köşkü"nü müvafiq
olaraq, fəlsəfə
doktoru Nizami Novruzovun təqdimatında
Həsən Bayramovun
"İrəvan Müəllimlər
Seminariyası: Milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması", Afiq Fərzəlinin təqdimatında
isə Rəsmiyyə
Sabirin "Zindan sevinci" yazıları bəzəyir.
Qeyd edək ki, oxucular
"Qısa fikirlər
xəzinəsi"ndə Uinston
Çörçil, Benjamin Franklin, Herman Hesse, Arif Nihat
Asya və başqa dühaların ibrətamiz fikirləri ilə tanış
olacaq. "Dərgidə
kitab"da Vəfa Mürsəlqızının hekayələri,
"Dərgidə sərgi"də
isə gənc rəssam Nigar Mustafayevanın rəsmləri
təqdim edilib.
Ədəbiyyat qəzeti.- 2023.- 4
mart.- S.32.