Pakistan şairi
Hammad Niazi
Tanınmış urdu şairi Hammad Niazi 1984-cü ildə Pakistanın Pəncab vilayətinin Talaganq şəhərində anadan
olub. Pəncab Lahor Universitetində tətbiqi geologiya üzrə bakalavr və geologiya üzrə magistraturanı,
daha sonra isə urdu
ədəbiyyatı üzrə
doktoranturanı bitirib.
Hazırda Lahorda yaşayır və urdu ədəbiyyatından
dərs deyir. Azərbaycan dilini öyrənməyə başlayıb
və arzusu Bakıda Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
Pakistan-Azərbaycan ədəbi
əlaqələri üzrə
fəlsəfə doktorluğu
dissertasiyası müdafiə
etməkdir.
Hammad Niazi çağdaş Pakistan ədəbiyyatının
tanınmış nümayəndələrindən
sayılır. Şeirləri Pakistanın "Adabiyat",
"Funoon", "Savera",
"Asbaat", Tasteer",
"Nazoot" və
s. poetik dərgilərində,
Pakistanın və Hindistanın bir çox şeir məcmuələrində dərc
edilib. "Duaa`on
bhare daalaan" bu yaxınlarda Lahorda işıq üzü görüb, şairin ilk urduca şeirlər kitabı.
Tərcümədə oxuduğum şeirləri
məndə böyük
etki yaratdı. Hammad Niazinin şeirlərində
kəskin müşahidələr
var; fikrə yeni naxışlar vuraraq köhnə stereotipləri sındırır.
Obrazları son dərəcə orijinal və yenidir.
Bu yaxınlarda Lahor
Dövlət Kollec Universitetində konfransda olarkən Urdu departamentinin
müəllimi Hammad Niazinin həm də şair olduğunu öyrəndim. Şeirlərini ana dili urduca
və ingiliscə yazır. Toplantılarda bir neçə
dəfə şeirlərinin
ifası həmyerliləri
tərəfindən alqışlarla
qarşılanmışdı. Onun yaradıcılığı
ilə geniş tanış olmaq və onu
bir şair kimi Azərbaycan oxucuları ilə tanış etmək məqsədilə bir neçə şeirini tərcümə üçün
filologiya elmləri doktoru Cavanşir Yusifliyə göndərdim.
Cavanşir Yusifli bir tərcüməçi kimi
şeirləri çevirdi,
üstəlik, bir tənqidçi kimi də yüksək fikir söylədi. Mən də istədim ki, onun kimliyi və
şeirləri haqqında
"Ədəbiyyat qəzeti"nin oxucularına bir qədər məlumat verim.
Bədirxan Əhmədli,
Filologiya elmləri doktoru,
professor
Ədəbiyyat qəzeti.- 2023.-
4 mart.- S.31.