Mədəniyyət nazirinin
birinci müavini
Adil Kərimli AYB-nin rəhbərliyi
ilə görüşüb
Mədəniyyət
nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil
Kərimli martın 2-də Azərbaycan Yazıçılar
Birliyində (AYB) qurumun rəhbərliyi ilə
görüşüb.
Əvvəlcə
Xalq yazıçısı, AYB-nin sədri Anar nazir
müavinini salamlayıb, bu cür müzakirələrin
vacibliyini vurğulayıb. Sonra Adil Kərimli mədəniyyətimizin
dayanıqlı inkişafı məqsədilə aparılan
islahatlardan danışıb, görüşün əsas məqsədinin
qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr
üzrə onların təkliflərini dinləmək
olduğunu bildirib. Görüşdə Mədəniyyət
Nazirliyi ilə AYB arasında əməkdaşlığın
genişləndirilməsi, peşəkar kadr hazırlığı,
kitab və kitabxana sahəsindəki çətinliklərin aradan
qaldırılması və
digər məsələlərlə
bağlı fikir mübadiləsi aparılıb.
Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.3.