Fevral ayının 6-sı sübh tezdən Can Türkiyəmizin 11 bölgəsini
silkələyən dəhşətli
zəlzələ külli
miqdarda dağıntılar
törətmiş, on minlərlə
soydaşımızın tələfatına
səbəb olmuşdur.
Bütün sivil dünya bu dərdimizə
şərik çıxmış,
hərə əlindən
gələn yardımı
əsirgəməmişdir. Allah bütün nəcib niyyətli insanlara,ölkələrə, dövlətlərə
arxa-dayaq olsun. Türkiyəmizin başı
sağ olsun, millətimizə Uca Yaradan səbr versin deyir və
bu dərdi də mərdanəliklə
aşacağımıza zərrə
qədər şübhə
etmirəm. Əminəm
ki, bu təbii
fəlakət dünyanın
bütün Türk toplumunun daha sıx, daha səmimi birliyinə hüznlü bir vəsilə olacaq. Dərd doğma insanları daha da doğmalaşdırır!
Göz yaşımla qarışıq
qəlbimin dərinliklərindən
süzülüb gələn
bu kədərli təsəllimi - qəmli misralarımı uzun illərdir yaşadığım
şimal şəhəri
Moskvadan canım-gözüm,
şirin sözüm doğma Türkiyəmə
çatdırmaqla özümü
ovundurmağa çalışdım.
Bir daha ucadan səslənirəm:
Başın sağ olsun əzəmətli Türkiyəm!
Əyilmə, məğrur
dayan, canım
Türkiyəm!
Türkiyəm
Dərdin
deşdi ürəyimi,
Atəş yaxdı kürəyimi,
Halalca duz-çörəyimi,
Qara günə gərəyimi,
Birgə
bölək, diz çökməyək,
Möhkəm duraq, yaş tökməyək!
Dözək dərdə, Can Türkiyəm!
Qüdrətli Vətən, Türkiyəm!
Ana torpaq zülm elədi,
Dağı-daşı silkələdi,
Başımıza kül ələdi.
Evlər
yıxan zəlzələdi,
Qayçılayıb ətək-ətək,
Kəfən biçən zalım fələk.
Bağrı qaraqan Türkiyəm!
Vüqarlı dayan, Türkiyəm!
Qurban getdi,min-min balan,
Çoxdur ağır yara
alan,
Uçqun altda beş
gün qalan,
Şir ürəkli körpə oğlan,
Yarana məlhəm olacaq,
Sənin
qayğına qalacaq,
Min dərdə dərman Türkiyəm!
Halı
pərişan Türkiyəm!
Asi düşmə,
toxta, dayan,
Tarix boyu tökülüb qan,
Ya fələk eyləyib üsyan,
Ya qırıb
özünü insan.
Bu dəprəm bizə sınaqdı,
Bəlkə nəsə bir qınaqdı?!
Məğrur dur hər an, Türkiyəm!
Düşmənə yaman Türkiyəm!
Dost-düşməni ayırd
edək,
Dar məqamda dada yetək,
Dərd
üstünə qoşa
gedək,
Ölənlərə "rəhmət"
deyək,
Nə sızlayaq, nə də solaq,
Qalanlara
arxa olaq,
Əziz,
mehriban Türkiyəm!
Mən sənə qurban, Türkiyəm!
10.02.2023
Laylay
Türk
dünyasının ünlü
söz adamına, müqtədir qələm
sahibinə,
sevimli İstanbulumda ömür sürən Turan sevdalım, şair qardaşım
İmdat
Avşara sevgi və sayğılarla
Canım
İmdat, ağlama,
Yarama duz bağlama,
Qoşalaşıb iş görək,
Ölkəyə çox şey
gərək,
Təsəlli, ürək-dirək,
Sağ qalana duz, çörək.
Laylay, ölənim, laylay,
Dərdi bölənim, laylay.
Fəlakətdir zəlzələ,
Qurban arar əcələ,
Evlər
qəfildən uçdu,
Anlasaq, dünya puçdu,
Nəfəs getdi, bir quşdu,
Tamah iştaha tuşdu,
Laylay, gödənim, laylay,
Vaxtsız gedənim, laylay.
İnşallah, dərs alarıq,
Dərdi
yola salarıq,
Nəfsə illac taparıq,
Xımır-xımır çaparıq,
Paranı
az qaparıq,
Möhkəm evlər yaparıq,
Laylay, ağılım, laylay,
Qorxunc nağılım,
laylay.
13.02.2023
Moskva
Abuzər TURAN
Ədəbiyyat qəzeti.- 2023.- 18 mart.- S.26.