Getməzlər ölümün üstə
bu qədər...
Ömür-gün yoldaşıma
Nə səndə günah var, nə məndə,
qadın,
İşlər gətirməz ki, nəhs də bu qədər.
Dərdə düşülməz ki, hər addımbaşı,
Axı, olunmaz ki, xəstə bu qədər.
Endir bu göylərdən fağır əlini,
Uzalı qalmaqdan yağır əlini.
Yetər,
az köməyə
çağır Əlini,
Həsəni, Hüseyni səslə bu qədər.
Ağırdı, bu yükü təkcə daşıma,
Bir az ağrıma
bax, bir az yaşıma.
Kim deyir bu qədər
dolan başıma,
Kim deyir sən məni istə bu qədər...
Özünü güzgüdə baxıb,
gör bir az,
Dağınıq saçını dara,
hör bir az.
Yanımda az otur, nolar, dur
bir az,
Oturmaz şagird
də dərsdə bu qədər.
Yol idi, üç addım, beş
addım, bitdi,
Yük idi, buracan daşıdım, bitdi.
Ömürdü, bir cürə
yaşadım, bitdi,
Yaxşı da bu qədər, pis də bu qədər...
Baxmazlar
ya axşam, sabah, çıxarlar,
Həm də alnıaçıq, üzağ
çıxarlar.
Bir az da ölümə qabaq çıxarlar,
Getməzlər ölümün üstə
bu qədər...
Axtaran deyiləm
günahı səndə
Vaxt keçib, gətirib yaşı yaş üstə,
Birtəhər gəl, başa vuraq ömrümü.
Güc də yox qoymağa
daşı daş üstə,
ya, hörək, yenidən quraq ömrümü.
Hardadı ağrıyan yarası,
harda,
Yaranın məlhəmi, çarası
harda?
Parası
burdadı, parası harda,
Kimlərdən soruşaq, soraq ömrümü?
Alışıb bu dərdə-sərə
bir cürə,
çəkdikcə dönmüşəm
nərə bir cürə.
İçib tükətmədi,
hərə bir cürə
sümürüb qurutdu bulaq ömrümü.
Hər yandan, ötəri baxış tutmadı,
Bəzək götürmədi, naxış
tutmadı.
Bir qəfil, şıdırğı
yağış tutmadı
mənim cadar-cadar,
quraq ömrümü.
Axtaran deyiləm günahı səndə,
Qoyuram, qoy yerə silahı sən də.
Mən yiyə deyiləm,
İlahi,
sən də
burax, özbaşına
burax ömrümü...
Sahiblik haqqı yox
qonağın üstdə...
Köklə, ürəyini dərdinə
köklə,
Din, ağrı-acının, din, ahın üstdə.
Ya ahı sinənə çəkib də bəklə,
Ya da ki, ram elə,
min ahın üstdə.
Sən ki, öyrəşmisən
lap birincidən,
Daha çətin dəyə,
çətin incidə;
Qoy gəlsin lap elə minbirinci də,
Bir ah yük
olmaz ki, min ahın üstdə.
Sağ ol haqq başına
təvafa görə,
Üzülmə aldığın cavaba görə.
Nə ənam verən var savaba görə,
Nə də dara çəkən günahın üstdə.
Fırlatma sözü də
dönüb, döndərib,
Dön bax, arxa qərib, yürü, ön qərib.
Göndərən səni də qonaq göndərib,
Sahiblik haqqı yox qonağın üstdə...
Allah bilir
Öz nurundan yaradıb,
Üzünü Allah bilir.
Necə
cızıb qaşını,
gözünü Allah bilir.
Gülmüsən, çiçəkmisən,
Kimə, nəyə çəkmisən?
Hurimi, mələkmiksən,
düzünü Allah bilir.
Əsdir,
üstündə əsdir,
Sal da dalınca gəzdir.
Çəkilməsə verməzdi
nazını Allah bilir.
Dürr
işi, ləl işisən,
Gör nə gözəl işisən.
Allahın əl işisən,
yazını Allah bilir.
Bilsən
də, bilməsən
də;
Belə sevilməz bəndə.
Necə
gizlədir səndə
özünü Allah bilir...
Hələ bir duanın
üstdəyəm...
Əli dəyənəkli, qılınclı
vardı
fələk mən astanın, yavanın üstdə.
Tək bircə davalıq qələbə vardı,
mən gedə bilmədim davanın üstdə.
Meydan meydan idi, fürsət
tək əldi,
Axı,
kim tək
əlin səsinə gəldi?
Hələ də həvəs
yox yuva dikəldim
o uçub, dağılan yuvanın üstdə.
Boşuna
hər arzum, istəyim elə,
Bir kövrək,
bir yanıq bəstəyəm elə.
Hələ bir duanın üstdəyəm elə,
o sən eylədiyin duanın üstdə.
Həmin
dilsizinəm, o həmin
lalın,
O həmin dərdlinəm, həmin bəlalın.
Yenə
saatdabir dəyişir
halım,
atırlar yenə
də havanın üstdə...
Bir gün Tanrı
baxa
üzümə bəlkə...
Musa Yaquba
Nələr yapmırıq ki,
quru can üçün,
Bir can ki möhtacdı suya, əkməyə.
Sən çiçək dərirsən
o dünyan üçün,
Mən gərək
başlayım ağac
əkməyə.
Ay Ustad, qoy haqdan
gələn butanı
Haqq özü
qorusun uca tutanı.
Sözüm yox üzünə
baxıb utanım,
Sözüm yox üstündən qara çəkməyə.
Başım açılmayır duman əlindən,
Qurtulam biryolluq
yaman əlindən.
Tutub vaxt əlimdən, zaman əlimdən,
Qismət...
Hara çəkə, hara
çəkməyə...
Ağır ol, hər şeyin ağırına
var,
Əlac
ol, karına,
sağırına var.
Nə var, mənim kimi fağırı, nə var
bir quru şər atıb, dara çəkməyə.
Dayanıb xidmətdə, qulluqda
şeytan,
Əvvəldə, ortada, quyruqda şeytan.
Hazırdı marıqda, buyruqda
şeytan,
Hazırdı tələyə, tora çəkməyə.
Bir gün Tanrı baxa üzümə bəlkə,
Son bula, bitə bu oyun, mərəkə.
Çəkirsə, elə öz göyünə çəkə,
Çəkməyə, bu gordan gora çəkməyə...
Yaman tanış gəlir
bu külək mənə
Qəlbimdə yeri var, izi var kimi,
Yaman tanış gəlir bu külək
mənə.
Əsir,
elə əsir sözü var kimi,
Deyəsən nə isə deyəcək mənə...
Bəyaz
saçlarımı oxşayan
nəyi,
Nəyi
doğma gəlir, çaşıb qalmışam...
Elə bil nə vaxtsa
mən bu küləyi
göylərə əlimlə
yola salmışam.
Yəqin
yeri gəlib, yeri, qayıdıb,
Hazır kətilimdi, hazır darımdı.
Olmaya göylərdən geri qayıdıb
üzümə çırpılan
dualarımdı?..
Kəmaləddin
QƏDİM
Ədəbiyyat qəzeti.- 2023.- 18 mart.- S.21.