Heydər Əliyev və

Səməd Vurğun ocağı...

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin ustad şair Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına olan ehtiramı, məlum olduğu kimi, onun ocağından nur alanlaravladlarına münasibətdə da davam etmişdir. Bunu Yusif Səmədoğlunun 60 illik yubileyindəki çıxışında ulu öndər özü də təsdiq edir və deyir ki,"Səməd Vurğunun bütün ailəsinə mən həmişə böyük hörmət-ehtiramla münasibət göstərmişəm. Gənc vaxtlarımdan Səməd Vurğunun şeirlərini, əsərlərini sevərək, onların təsiri altında həm təhsil almışam, həm formalaşmışam. Ona görə də onun ədəbi irsinə Azərbaycanda həmişə böyük hörmət edilməsi üçün və ondan istifadə olunması üçün bütün imkanlardan istifadə edib, lazımi tədbirlərin görülməsinə çalışmışam".

Hliyev çıxışında Yusif Səmədoğlunun  ədəbiyyatımız və mədəniyyətimiz qarşısındakı xidmətlərini, bir yazıçı kimi özünəməxsusluğunu yüksək dəyərləndirməklə yanaşı, onun Vurğun ocağına mənsubluğunu da xüsusi vurğulayır, deyir ki, "Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki, o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü  böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə, elə bu, bəs olardı. Ancaq, bununla yanaşı, bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içində insan üçün, şübhəsiz ki, nemətdir".

Hliyev çıxışının davamında yenə də ata ilə oğul arasında paralellər aparır: S.Vurğuna Azərbaycan xalqının hədsiz məhəbbəti, hörmət və ehtiramınıı xatırladır. XX əsrdə mədəniyyətimizdə, ədəbiyyatımızda, ictimai-siyasi həyatımızda Səməd Vurğunun xidmətlərinin böyüklüyü səbəbindən xalqın onu sağlığında da sevib, ona sitayiş etdiyinə şahidlik edir. Əlavə edir ki, "İndi artıq 40 ildir ki, o, dünyasını dəyişib, ancaq xalq nəinki onu unutmur, daim onun yaradıcılığından bəhrələnir, onun əsərlərini sevə-sevə oxuyur, onun əsərlərinin təsiri altında tərbiyələnir. Bu gün müstəqil Azərbaycanda milli azadlıq şəraitində, müstəqillik şəraitində Səməd Vurğunun əsərləri bizim hamımız üçün və xüsusən gələcək nəsil üçün, bu günün gənc nəsli üçün böyük bir sərvətdir. Ona görə də bu gün biz Yusifin yubileyini qeyd edərkən bütün Səməd Vurğun ailəsinin hamısına öz ehtiramımızı, öz hörmətimizi bildiririk. Mən Yusifi doğmuş, dünyaya gətirmiş, bəsləmiş, böyütmüş, onu tərbiyə etmiş Xavər xanımı təbrik edirəm. Səməd Vurğunun bütün ailəsini təbrik edirəm. Şükürlər olsun ki, Səməd Vurğunun ailəsi artıq bir neçə nəsildən ibarətdir...Bu ailə mühitində, Səməd Vurğun ab-havasında yaşamış, böyümüş onun övladları Səməd Vurğuna layiqdirlər və bu gün Yusifin yubileyini qeyd edəndə güman edirəm, onun üçün ən yüksək qiymət odur ki, atasının adına layiqdir. Həm yaradıcılığı ilə, yaratdığı əsərlərlə, həm ictimai-siyasi fəaliyyəti ilə, həm də ziyalılığı ilə, davranışı ilə, insanlara münasibəti ilə atasının adına layiqdir. Güman edirəm, bu, ən yüksək qiymətdir".

Göründüyü kimi, Hliyev Y.Səmədoğlunun ən böyük  xüsusiyyəti və dəyərini onun "həm yaradıcılığı, həm  ictimai-siyasi fəaliyyəti, həm də ziyalılığı ilə atasının adına layiq övlad" olmasında görür və  onun  atasının yolunu davam etdirməsinidəbi xələfi olmasını,  hətta, qəhrəmanlıq sayır, deyir ki, "Atasının yolu ilə gedib, atasının ədəbi xələfi olaraq, onun işini davam etdirərək, özünü ədəbiyyata, mədəniyyətə həsr etmək böyük bir şərtdir, deyə bilərəm ki, böyük bir qəhrəmanlıqdır".

Bu yanaşma ulu öndərin, bir tərəfdən ustad şairin şəxsiyyəti və yaradıcılığına sevgisindən qaynaqlanırdısa, digər tərəfdən şairin övladlarının özlərinin yaradıcılığı, xalqa xidməti və şəxsiyyətləri ilə bağlı olmuşdur.

Ulu öndər paralelləri davam etdirir: Y.Səmədoğlunun çox istedadlı yazıçı olmasından əlavə, atası kimi, "böyük   ictimai-siyasi  xadim" olduğunu da xatırladır və əlavə edir ki,  "Səməd Vurğunu da biz, təkcə şair kimi, alim kimi, yazıçı kimi yox, eyni zamanda, böyük bir ictimai-siyasi xadim kimi həmişə xatırlayırıq və o, tariximizə belə daxil olubdur. Ən gənc yaşlarından Azərbaycanın o dövrdəki ictimai-siyasi həyatında çox böyük fəaliyyət göstərmişdir".

1980-1990-cı illərin Xalq hərəkatında Y.Səmədoğlunun fəaliyyətini xüsusi vurğulayan Hliyev deyir ki, "Azərbaycanın həyatı üçün və xüsusən son illərdə Azərbaycanda milli azadlıq hərəkatının inkişafı üçün, xalqımızda milli dirçəliş, milli oyanış hisslərinin yaranması və inkişafı üçün, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə üçün onun fəaliyyəti çox əhəmiyyətli, çox gərəkli olmuşdur. Əgər 80-ci illərin sonunda - 90-cı illərin əvvəllərində Azərbaycanda coşub qalxmış xalq hərəkatından danışırıqsa, burada biz Yusif Səmədoğlunun fəaliyyətini xüsusi qeyd etməliyik. Bir hörmətli insan kimi, ziyalı kimi, o, həmin illərdə böyük rol oynadı və onun öz adı da, atasının adı da o vaxt bizim milli azadlıq hərəkatımıza çox böyük kömək etdi".

Hliyev ardınca Moskvada təcrid olunmuş şəraitdə yaşadığı vaxt 1990-cı ilin qanlı yanvar gecəsini-Y.Səmədoğlunun "Azadlıq" radiosu ilə bağlı məlum çıxışını xatırladır. Əlavə edir ki, "Azərbaycanın o ağır dövründə, 20 yanvar faciəsi ərəfəsində və 20 Yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olubdur. Onun böyük siyasi fəaliyyəti də ancaq elə o illərdə, o dövrlərdə başladı və bu da məhz Azərbaycanda milli azadlıq hərəkatına təkan verməkdən, Azərbaycanı müstəqillik yolu ilə aparmağa səy göstərməkdən ibarət olmuşdur. Bunların hamısına görə də bir daha deyirəm, Yusif atasının adına layiqdir. Eyni zamanda onun özünün yüksək adı var. Bütün bunlara görə də bizim ictimaiyyətdə, xalq içində Yusif böyük hörmət qazanıbdır və şəxsən mənim də ona bir yazıçı kimi, ictimai-siyasi xadim kimi, insan kimi böyük hörmət ehtiramım var"...

Hliyev çıxışının davamında S.Vurğunun  şəxsiyyəti və yaradıcılığına, eləcə də  ailəsinə olan hörmətinə görə, onun ailəsindən də özünə qarşı həmişə hörmət və ehtiram gördüyünü diqqətə çatdırır, şairin ailəsi ilə görüşlərini özü üçünn əziz xatirələrdən" hesab edir və belə əziz xatirələrdən birini, eyni zamanda ibrətamiz bir  hadisəni-1990-cı ildə Moskvadan qayıtdıqdan sonra Naxçıvanda təcrid olunmuş çox ağır şəraitdə yaşadığı vaxt yanına,  gözləmədiyi halda Aybəniz Vurğunqızının gəldiyini xatırladır. Əvvəlcə Aybəniz xanımın kiminləsə işi olduğundan Naxçıvana gəldiyini güman edən ümummilli liderə sonradan məlum olur ki, o, yalnız  ulu öndəri "görüb, salam vermək üçün" gəlib. Hliyevin yanına o vaxt çoxları getsə də, bu görüş onun üçün, özünün də etiraf etdiyi kimi,  çox qiymətli olub: "Ona görə ki, o, Səməd Vurğun ailəsinin nümayəndəsidir. Bir də ona görə ki, Naxçıvan ağır şəraitdə idi, təyyarələrin gediş-gəlişi çox çətin idi. Görün, qadın yalnız mənə salam vermək, mənimlə görüşmək  üçün gəlmişdir. Bu, məni həm sevindirdi, həm də bir daha təsdiq etdi ki, yaxşı insanlar, saf ürəkli insanlar bizim cəmiyyətimizdə çoxluq təşkil edir...

Mən bu faktı yüksək qiymətləndirməyimə görə xatırlayıram. Ona görə xatırlayıram ki, bu, Səməd Vurğun ailəsidir. Həmin görüşdə mən Səməd Vurğunu bir daha yaxından hiss etdim. Bunların hamısı bizi bir-birimizə mehriban, sadiq olmağa dəvət edir".

Hliyev Aybəniz Vurğunqızının "yüksək keyfiyyətə malik bu nəcib hərəkəti"ndən digər insanların ibrət götürməsini də tövsiyə edir. O, şairin övladlarının ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında, eləcə də müstəqilliyimizin qazanılması sahəsində öz fəaliyyətlərini yüksək dəyərləndirməklə yanaşı, onların atalarından gələn genetik kodların (istedadın, cəsarətin, xeyirxahlığın, nəcibliyin) daşıyıcıları olduqlarını  xatırlatmağı da lazım bilir...

Yeri gəlmişkən xatırladaq ki, Hliyev S.Vurğunun ədəbi irsinə hörmətlə yanaşmaqla yanaşı, şairin ailə üzvlərini də daim diqqətində saxlamış, onların ağır günlərində yardımçısı olmuşdur. Hliyevin Respublikaya rəhbərlik etdiyi dövrlərdə şairin ailəsinin onun qayğı və diqqətini hiss etdiyini təsdiqləyən S.Vurğunun həyat yoldaşı Xavər xanım  şairin ev muzeyinin, məhz Hliyevin təşəbbüsü ilə yaradıldığını, onun açılışdan qabaq muzeyə gəlib təmirlə maraqlandığını, şairin ailə üzvləri ilə görüşdüyünü, hər bir eksponatı diqqətlə nəzərdən keçirdiyini, muzeyin açılışına çox məşhur simaları dəvət etdiyini, şairin 70 illik yubileyini Bakıda və Moskvada təmtəraqla keçirdiyini, eləcə də 1996-cı ildə onun 90 illik yubileyi ilə bağlı xüsusi sərəncam imzaladığını, sərəncamdan sonra bütün bölgələrdə "Səməd Vurğun günləri" keçirildiyini, 1997-ci il martın 6-da, 1975-ci ildə olduğu kimi, muzeyə gəldiyini, o böyük şəxsiyyətin özünün də "Vurğun şeirlərinin vurğunu" olduğunu  diqqətə çatdırır.

Yusif Səmədoğlunun ağır xəstəliyə düçar olduğu vaxtlarda da Hliyevin əlindən gələni əsirgəmədiyi də Xavər xanımın xatirəsində yer alıb: "Mənim möhtərəm prezidentim Yusifi Bakıya qayıdandan sonra da (Almaniyada müayinədən qayıtdıqdan sonra-A.S.) nəzarəti altında saxlayırdı. Hətta, xəstəxanada yatanda da ona baş çəkməyə getmişdi. Ona deyirdi ki, səninçün hər şey edəcəyəm. Moskvadan Yusifə baxmağa xüsusi həkim də gətirtmişdi. Mən hiss edirdim ki, o mənim qayğıma bir qardaş kimi qalır. Yusifə həmin vaxt "Xalq yazıçısı" fəxri adı və "Şöhrət" ordeni də verdi. Vəfatından sonra da onun yaşadığı binaya xatirə lövhəsinin vurulması və məzarüstü abidəsinin düzəldilməsi barədə sərəncam verdi. Yusifə əsil ata qayğısı göstərdi. Heydər Əliyevin fərmanı ilə oğlum Vaqif Azərbaycanın "Xalq şairi", mən və qızım Aybənizməkdar mədəniyyət işçisi" fəxri adına və prezident təqaüdünə layiq görülmüşük. Mən belə bir dahini, belə bir qayğıkeş insanı necə unuda bilərəm"...

Şairlər özlərindən sonra bir "iz qoymaq" istəyi ilə yazıb yaradarmür xərcləyərlər...və "iz" adı altında da, təbii ki, əsərlərini ("əsər" sözünün mənası da elə "iz" deməkdir) nəzərdə tutarlar. Ustad şair və böyük şəxsiyyət Səməd Vurğun isə "iz qoymaq" seçiminə bir qədər fərqli yanaşıb: o, istiqbalazündən sonraya-gələcəyə) əsərləri ilə yanaşı, övladlarını daz ifadəsi ilə desək, şöhrətini, heykəlini, adını yox) yadigar qoymaq istəyində olub. Bəlkə də şair övladlarının heç ədəbiyyat adamı olacaqlarını xəyalına da gətirməyib, onların sənətindən-peşəsindən asılı olmayaraq, Zamanın sınağından üzüağ çıxmalarını, şərəfli ömür sürmələrini, Vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb. Lakin, Zaman şairin arzusunu "korrektə edib". Tale elə gətirib ki, övladları (Yusif və Vaqif Səmədoğlular) atalarının həmdəbi xələfi"nə, həm də ictimai-siyasi sahədə davamçısına çevrilib. Başqa sözlə, şairin həm öz əsərləri Zamanın sınağından üzüağ çıxıb-poetik düsturunu verdiyi Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin təməl prinsiplərindən birinə çevrilmiş, həm də övladları atalarının yolunu (həm sənət, həm də ictimai-siyasi baxımdan) şərəflə davam etdirmişlər. Azərbaycanda ilk olaraq özünün layiq görüldüyü "Xalq şairi" fəxri adını (təbii ki, "Xalq yazıçısı" adı da eyni statusun daşıyıcısıdır) oğulları da ləyaqətlə daşımaqla yanaşı, müstəqilliyimizin qazanılmasında da yaxından iştirak etmişlər.

Beləliklə də ustad şairin arzusu çin olmuş-istiqbala, milli ədəbiyyatımıza və dövlətçiliyimizə "əsərləri və övladları ilə birlikdə" əvəzsiz xidmət göstərmişdir. Bu əvəzolunmaz xidmət isə məhz, "bir insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında çox böyük rol oynamış, əsərlərindən bəhrələnmiş, onlardan mənəvi qida almış, ədəbi irsinə Azərbaycanda hörmətlə yanaşılması  və ondan istifadə edilməsi üçün lazımi tədbirlər görmüş" Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində əsl qiymətini almışdır.

 

Aslan SALMANSOY

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 mart.- S.6-7.