“Ulduz” jurnalının
Ümummilli Lider Heydər
Əliyevə
həsr olunmuş xüsusi
nömrəsi işıq üzü gördü
“Ulduz” jurnalının
aprel nömrəsi çap edilib. “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” və "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin ortaq layihəsi
çərçivəsində işıq üzü görən dərginin özəl nömrəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Jurnalda
ilk olaraq yer alan Xalq
yazıçısı Anarın
“Qalib gəldi, qalib getdi” sərlövhəli
məqaləsi müəllifin
Ulu Öndərlə bağlı düşüncələrini,
xatirələrini və
unudulmaz ədəbi görüşləri ehtiva
edən mülahizələrini
əhatə edir. Xalq yazıçısı
Elçinin “Dünya axirət əkini”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının
“Ədəbiyyata həyatdan
gələn qəhrəman”,
eləcə də
professor Mahirə Nağıqızının
“Ulu Öndər Heydər Əliyev və natiqlik sənəti” yazılarında
Heydər Əliyev şəxsiyyətinin ali məqamlarına nəzər
yetirilir. Ədəbiyyatşünas
Yaşar Qarayevin “Müstəqillik dövrünün
milli öndəri”, akademiklər İsa Həbibbəylinin “Heydər
Əliyevin böyük
ədəbiyyat siyasəti”,
Nizami Cəfərovun
“Azərbaycanda milli dövlətçilik təfəkkürünün
formalaşmasında Heydər
Əliyev fenomeni”, Xalq yazıçısı
Kamal Abdullanın “Ümummilli Lider Heydər Əliyev Azərbaycan multikulturalizminin
siyasi banisi kimi”, şair-publisist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin "Heydər Əliyev və müasir ədəbiyyat", filologiya
üzrə elmlər doktoru Pərvanə Bəkirqızının "Heydər
Əliyev və Azərbaycan ədəbiyyatı",
professor Qəzənfər Paşayevin
"Heydər Əliyev
və Milli mənəvi dəyərlərimiz"
məqalələrində Ulu
Öndər Heydər
Əliyevin ədəbiyyatımızın,
incəsənətimizin tərəqqisinə
bəxş etdiyi əvəzsiz töhfələrdən
söz açılır,
milli-mənəvi dəyərlərimizin
qorunması yolunda yorulmaz fəaliyyətinə
nəzər salınır.
"Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə
doktoru Azər Turanın "Heydər Əliyev barədə yazılmış ilk poetik
mətn" məqaləsi
Cənubi Azərbaycanın
böyük şairi Bulud Qaraçorlu Səhəndin "Elimin dayağı, yurdumun fəxri" şeiri ətrafında qeyd və mülahizələri
özündə ehtiva
edir. YAP-ın idarə heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın
"Ədəbi yaddaşımızın
Heydər Əliyev məqamı" müsahibəsinin
əsasını Xalq
şairi Nəriman Həsənzadənin Ulu Öndərlə bağlı
xatirə və düşüncələri təşkil
edirsə, "Heydər
Əliyevin gücü,
yaxud özünəqayıdışın
Cavid intibahı" yazısında, adından
da göründüyü
kimi, Hüseyn Cavid ədəbi irsinə, eləcə də ədibin ailəsinə Ümummilli
Lider Heydər Əliyevin diqqət və qayğısından
söhbət açılır.
"Təhsil Nəşriyyat-Poliqrafiya"
MMC-nin baş direktoru Tural Axundovun "Ulu Öndərin xeyir-duası"
yazısı Heydər
Əliyevin nəşriyyat
və poliqrafiya sahəsinin inkişafı
yolunda göstərdiyi
fəaliyyətə işıq
tutur. Filologiya üzrə fəlsəfə
doktoru Aslan Salmansoyun "Heydər Əliyev və Səməd Vurğun ocağı" məqaləsi
Ulu Öndərin Xalq şairi Səməd Vurğunun ailəsinə göstərdiyi
dərin ehtiramın tarixçəsidir.
Dərgidə son olaraq yazıçı Xeyrəddin Qocanın “Heydər Əliyevlə görüşlər, söhbətlər”
xatirə yazısı
təqdim edilib.
Qeyd edək
ki, jurnalın sözügedən nömrəsində
Ümummilli Liderin kəlamları və ona həsr edilmiş
şeirlərlə yanaşı,
dahi şəxsiyyət
haqqında ölkə
xaricində çap edilmiş kitablardan seçmə fikirlər də yer alıb.
Ədəbiyyat qəzeti.- 2023.- 6
may.- S.32.