“Azərbaycan ədəbiyyatında vətən
və dövlətçilik
məfkurəsinin
intibahı Heydər Əliyevdən –
İlham Əliyevə”
kitabı işıq üzü görüb
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
tərəfindən “Azərbaycan
ədəbiyyatında vətən
və dövlətçilik
məfkurəsinin intibahı
Heydər Əliyevdən
- İlham Əliyevə”
monoqrafiyası “Elm” nəşriyyatında
çapdan çıxıb.
Azərbaycan xalqının Ümummilli
Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə ithaf olunan nəşr institutun Elmi şurasının qərarı
ilə işıq üzü görüb.
İnstitutdan bildirilib ki, kitabda Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin bədii ədəbiyyatda parlaq obrazının yaradılması,
müstəqil dövlətçilik
ideallarının tərənnümü
məsələlərindən bəhs olunur. Monoqrafiyanın ideya müəllifi və elmi məsləhətçisi
AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Kitabda ilk yazı
akademik İsa Həbibbəylinin “Böyük
ədəbiyyat siyasəti
və möhtəşəm
bədii obraz” tədqiqatıdır. Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu,
məsul redaktoru filologiya elmləri doktoru Elnarə Akimovadır.
Kitabda
Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənovanın “Beynəlmiləl
məfkurədən milli
ideyaya doğru: müasir nəsrdə Heydər Əliyev obrazı (bədii-sənədli
nəsr və publisistika)”, filologiya üzrə fəlsəfə
doktoru, dosent Aygün Bağırlının
“Uşaq ədəbiyyatında
və dramaturgiyada Heydər Əliyevin bədii obrazı”, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərlinin
“Heydər Əliyev: dünya sivilizasiyasında
elit şəxsiyyət”,
filologiya elmləri doktoru Elnarə Akimovanın “Vətən və dövlət məfkurəsinin intibahı:
Heydər Əliyevdən
- İlham Əliyevə”
məqalələri yer
alıb.
Gülnar Səma
Ədəbiyyat qəzeti.- 2023.-
6 may.- S.30.