Yan MAKİVN: Elektron oxucular dünyaya
hakim ola bilməyəcək,
kitab yaşayacaq...
"Buker
mükafatı" sahibi
Yan Makİvn 21 iyun,
1948-ci ildə İngiltərədə
anadan olub. Uşaqlığının çox hissəsini Şərqi Asiya, Almaniya və Şimali Afrikada keçirib. Ali təhsil
alandan sonra Malkolm Bredbörinin rəhbərlik etdiyi "Yaradıcı yazıçılıq
kursu"nun ilk məzunlarından
biri olub.
1999-cu ildə
Şekspir mükafatına
layiq görülüb. 2000-ci ildə Britaniya Cəngavər Mükafatı ilə mükafatlandırılıb. 15-ə yaxın roman, 2 uşaq kitabı, onlarla pyes, film ssenarisi, qısa hekayə müəllifidir.
Yazarla qısa müsahibəni təqdim edirik.
- "Kaş
ki, mən yazmış olaydım",
dediyiniz kitab var?
- Tomas Mannın "Venesiyada ölüm"ü. O qədər
böyük, güclü
və qısadır ki...
- Sizcə, iyirmi beş
il sonra sizin iş sahəniz
necə olacaq?
- Çoxlu qrafik romanlar olacaq. Elektron oxucular dünyaya hakim ola
bilməyəcək. Kitab yaşayacaq.
Ədəbi-bədii ədəbiyyat dar
çərçivədə davam edəcək. Hamımız "nəşriyyat
sahəsində pis günlər keçiririk",
"amerikalıları Bukerə
daxil etməklə səhv etdik", "gənclər roman oxumağa
fokuslana bilmir" deməyə davam edəcəyik. Parlaq zəkalı, bu günlərdə ibtidai məktəbə yenicə
qədəm qoyan bir adam
çıxıb androidlər
haqqında roman yazacaq
və androidlərə
nə üçün
insan hüquqlarının,
hüquqi müdafiənin
verilməsini izah etməklə dünyanı
heyrətə gətirəcək.
- 100 ildən sonra müasirlərinizdən
hansı oxunacaq?
- Filip Rot. Oxucular ondan XX əsrin
bütün bəlalarını
və problemlərini öyrənə biləcəklər.
Onun komik şedevrləri bu xüsusiyyətləri saxlayacaq. Əgər işlər daha
pis getsə, iyirmi ikinci əsrdə
yaşayanlar Rotun Amerika faşizmi haqqında hekayələrini
oxuyanda ağızları
açıq qalacaq.
- Sizcə, hansı müəllif və ya kitab
düzgün qiymətləndirilməyib?
Səbəbi nədir?
- Ostin Raytın "Toni və Syuzan" romanı. Roman oxumaq
haqqında triller janrında maraqlı əsərdir. Raytın qoyduğu
pis başlıq oxucuları uzaqlaşdırıb.
Bu əsər əsasında "Gecənin
heyvanları" adlı
triller çəkildi,
ümid edirəm, bu filmin sayəsində
daha çox oxucu kitabı kəşf edəcək.
- Sizcə, hansı müəllif və ya kitab
həddindən artıq
şişirdilib? Səbəbi nədir?
- Qrem Qrinin "Materiyanın mahiyyəti"
romanı. Öz hiylənizi Allaha
həvalə etmək
pis fikirdir.
- İstənilən
vaxt və yerdə yazar ola bilsəydiniz,
nə vaxt və harada olardınız?
- XVII əsrin sonlarında Londonda. İngilis Maarifçiliyinin qəhrəmanları Nyuton,
Flamsted, Boyl, Huk və başqaları
ilə qəhvə içmək şansım
olardı. Bəlkə
də Kraliyyət Cameəsində
Samuel Pepislə qarşılaşardım.
- İllər
ərzində yazdıqlarınıza
bir dəyişiklik edə bilsəydiniz, bu nə olardı?
- İlk kitabım
olan "İlk sevgi, son mərasimlər"dən
etibarən yazdığım
bütün dəbdəbəli
vergülləri atıb
yerinə nöqtə
qoyardım. Həmçinin, paraqrafların uzunluğunu
daha məqbul saxlayardım.
- Ən sevdiyiniz fantastik personaj?
- Emma Bovari - nə olduğu, nə də etdiyi hər hansı bir şeyə görə deyil, yazıq obrazdır, amma yaradıcısının
yaratdığı bütün
povest sadizmi üçün, xəttdən
kənara çıxmaq
üçün çəkdiyi
bütün ağrılara
görə.
- Bir az
da "özünü
biabır etmə oyunu" oynayaq. Oxumadığınız ən
məşhur kitab, izləmədiyiniz ən məşhur tamaşa, dinləmədiyiniz ən məşhur albom, baxmadığınız ən
məşhur film hansıdır?
- Corc Eliotun "Daniel Deronda" romanını,
"Periklı" tamaşası,
"Bee Gees" qrupunun mahnıları,
"Üzüklərin əfəndisi",
"Hobbitlər", "Harri
Potter" seriyası, "Taxt-tac
oyunları"na baxmamışam.
- Gizli istedadınız
var?
- Bəzən yaxşı yemək bişirirəm.
Sürətli suallar:
- Corc Eliot, yoxsa T.S.Eliot?
- T.S.Eliot.
- Modernizm, yoxsa post-modernizm?
- Modernizm.
- Ceyn Ostin, yoxsa Şarlotta
Bronte?
- Ostin.
- Kamyu, yoxsa Sartr?
- Kamyu.
- Prust, yoxsa Coys?
- Coys.
- Karl Uve Knausqor, yoxsa Elena Ferrante?
- Karl Uve Knausqor.
- "Hamlet", yoxsa "Bir yay gecəsi yuxusu"?
- "Hamlet".
- Brem Stoker, yoxsa Meri Şelli?
- Şelli.
- Treysi Emin, yoxsa Cef
Kuns?
- Kuns.
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat qəzeti.- 2023.-
13 may.- S.32.