Fil
Boz siçan rəngindəyəm.
Boyum da çatır göyə.
Ot üstündən keçəndə
Ağaclar qorxur məndən.
Var ağzımda şeypurum
Cənubadır bax yolum.
Palaz boyda qulağım,
Gah düşür, gah da qalxır.
Demə heç nə qanmıram,
Yox, yerdə uzanmıram.
İstəmirəm mən öləm,
Axı, axı mən filəm.
Həm nəhəngəm, qocayam
Ucadan da ucayam.
Yox, bir gün görsən məni,
Unutmazsan sən məni.
Gəl gör məni, gəl bəri -
Olmaz düzdən xəbərin.
Bax qoca bir filəm mən,
Yalan çıxmaz dilimdən
Con Ronald Ruel Tolkin(1892-1973)
Böyük Britaniya
İngilis dilindən tərcümə
edən: Şahin Xəlilli
Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.8.