Məqqi, Milli,

Molli, Mey

 

 

Məqqi, Milli, Molli, Mey

 

Çimərliyə gəlib ey.

 

 

Məqqi tapıb oxuyan

 

Qəşəng balıqqulağı.

 

Damağı çağ, kefi kök

 

Mahnıdan ləzzət alıb.

 

 

Bir dəniz ulduzuyla

 

Dost olub Melli burda.

 

Var ulduzun şüası

 

Bax beş barmaq boydadı.

 

 

Mollinin arxasınca

 

Əcaib məxluq qaçır.

 

Yıxılıb böyrü üstə

 

Göyə köpük buraxır.

 

Mey qaçdı burdan evə,

 

Əlində daş var idi.

 

Bu daş yertək balaca

 

Əslində çox iriydi.

 

 

itirsək, deyirlər, -

 

Bax bizim ikimiz .

 

Axtarırıq özümüz,

 

Tez tapırıq dənizdə.

 

 

Edvard Estlin Kamminqs(1894-1962) ABŞ

İngilis dilindən tərcümə edən: Şahin Xəlilli

Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.8.