Sərbəst,
azad olmalı
Hər oğlan istəyir ki,
Böyüyəndə ər olsun,
Hər qız da istəyir ki,
Xanım olsun, yar olsun.
Tut əlimdən biz gedək
Gözəl uşaq elinə.
Tut əlimdən biz gedək
Bizim təki şütüyən
O çayın sahilinə.
Gedək, harda, harda ki,
Nur saçır, coşur dəniz.
Qaçır atlar hürküsüz,
Uşaqlar sərbəst gəzir.
Biz azadıq, bilirsən -
Mən mən olum, sən də sən.
Marlo Tomas(1937)
ABŞ
İngilis dilindən tərcümə
edən: Şahin Xəlilli
Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.8.