Erməni müəllimin Kəlbəcərdə son dərsi

 

"Biz havanı zəhərləyəcəyik ki, azərbaycanlı uşaqlar ölsün".

 

Azərbaycan torpaqlarını tərk edən erməni məktəblilər

 

 

- Uşaqlar, qədər ağır olsa da, biz bu gün həqiqəti deməliyik. - Müəllim qəmli-qəmli dilləndi.

 

- Müəllim, olar? - Robert Köçəryan ayağa durdu,- bağışlayın, müəllim, özünüz deyirdiniz ki, həqiqəti demək biz ermənilərə fayda verməz!

 

- Kimə deyirik həqiqəti?! Özümüzə! Özümüzə olar.

 

- Başa düşdüm, müəllim, başa düşdüm.

 

- 2 min ildi Kəlbəcərdə ermənilər yaşayır.  Bura ən qədim erməni torpağıdı. Burda min il əvvəldən tikdiyimiz erməni kilsələri var.

 

- Müəllim, bəs Robert deyir ki, onlar Alban kilsələridir! - Serj Sərkisyan ayağa durdu.

 

Müəllim bərk hirsləndi:

 

- Qələt eləyir Robert , sən . Siz ikiniz erməni deyilsiniz, albansınız, ruspərəstsiniz!

 

Robert yerindən sıçradı:

 

- Müəllim, biz rusları sevmirik. Amma onların köməyindən faydalanmalıyıq. Bunun nəyi pisdi?!

 

- Atalarına dəysin, yaman kömək elədilər!

 

- 30 il əvvəl onlar alıb vermədi Dağlıq Qarabağla ətrafındakı 7 rayonu bizə?!

 

- Yekəbaş, bəs o qədər erməni əsgərinin ölümünü niyə demirsən?! İndi onlar artıb bir şəhərlik insan olmuşdular.

 

- Üüüüü... - şagirdlər yer-yerdən ağlamağa başlayır.

 

- Ağlayın, balalarım, ağlayın ki, ürəyiniz boşalsın! - Müəllim oturub başını əlləri arasına aldı, - hö-hö-hö... - Ruslar bizi keçi qiymətinə satdı türklərə, balalarım. Düzdü, bu torpaqları Azərbaycandan onlar alıb vermişdi bizə. Biz Böyük Ermənistanın bir hissəsinə qovuşmuşduq. O zaman minlərlə əsgərimiz həlak olmuşdu. Bir yığın insanımız köçüb gəlib burda xoşbəxt yaşayırdı. Amma rus öz xeyrinə görə...

 

- Müəllim, - Zori ayağa durdu, - rusların özlərinə xeyri olub ki, indi bizi torpağlarımızdan çıxarır?

 

- Oğlum, Balayan, rusun qoşunları Ermənistanda var?! Var! Moldovada var?! Var! Ukraynada var?! Var! Gürcüstanda var?! Var! Azərbaycanda niyə olmasın?! Ruslar bizi satdı öz qoşunlarını da gərtirib tökdü Qarabağa.

 

- Müəllim, Azərbaycan elə güclüydü ki, ora rus qoşunlarını qoymamışdı.

 

- Onların bir prezidenti var idi, türkpərəst, əsl düşmənimiz, hakimiyyətə gələn kimi rus qoşunlarını qovdu.

 

- Ruslara ölüm! - Zori Balayan bağırdı.

 

Sinif bir-birinə qarışdı:

 

- Ruslara ölüm!

 

Müəllim sağ əlini qaldırdı:

 

- Ruslar bizim təzə düşmənimizdi, uşaqlar. Ananız sizə layla çalanda, deməyib ki, bizim əsl düşmənimiz kimdi?

 

- Məhv olsun türklər! - Silva tullanıb ayağa durdu. Bir xeyli vaxtı ətli bədəni silkələndi.

 

- Məhv olsun əbədi düşmənimiz türklər! - Sinif uğuldadı.

 

- Afərin, Silva Kaputikyan, afərin! - Müəllim yaxınlaşıb Silvanı bağrına basdı.

 

- Uşaqlar, biz rusların xəyanəti üzündən qədim erməni torpağı Kəlbəcəri tərk etməliyik. Bu monastrı  görürsünüz?! Bizim babalarımız tikib onu ki, ermənilər Allaha ibadət eləsin. Ancaq indi 2 Min il yaşadığımız torpaqlardan bizi ruslar çıxarıb yerimizi yenidən verir Azərbaycan türklərinə. Ruslar bizi düşmənlə üz-üzə qoyub, xaincəsinə gözləmə mövqeyi tutdular, bizə kömək eləmədilər...

 

Sinfin arxa tərəfindən Zori qışqırdı:

 

- Ar olsun ruslara!

 

- Sağ ol, Zori Balayan! Sən əsl ermənisən! - Müəllim yaxınlaşıb onun başını tumarladı. Bu zaman bütün sinif ayağa qalxıb, yumruqlarını zərbə vururmuş kimi irəli atdı:

 

- Ar olsun ruslara!

 

Müəllimin birdən gözləri par-par parıldadı var səsiylə bağırdı:

 

- Azərbaycan türklərinə ölüm!

 

- Azərbaycan türklərinə ölüm! - Uşaqlar bağrışdı.

 

- Gəlin, marş oxuyaq, - müəllim dedi, - mən oxuyacam, siz sözlərimi təkrar edərsiniz. Bir-iki-üç, - Ar olsun ruslara!

 

Azərbaycan türklərinə ölüm!

 

Uşaqlar bağrışdı:

 

- Ar olsun ruslara!

 

Azərbaycan türklərinə ölüm!

 

Müəllim fikirləşdisə əlini qaldırdı:

 

- İkinci misranı gəlin qloballaşdıraq. Yəni:

 

- Ar olsun ruslara!

 

Türklərə ölüm!

 

Sinif bir xeyli əl çalıb, bağrışdı:

 

- Ar olsun ruslara!

 

Türklərə ölüm!

 

Müəllim uşaqlara təşəkkür etdi:

 

- Siz əsl Andraniksiniz ! Sağ olun! İndi isə son dərsimizi "İntiqam" adlı yazıyla başa vuracağıq.

 

- Kim deyə bilər Qafqazın ən qədim xalqı biz ermənilər Azərbaycan türklərindən necə intiqam ala bilərik?

 

Uşaqlar bir-birinin üzünə baxıb, fikirləşməyə başladı. Handan-hana Robert Köçəryan ayağa durdu:

 

- Müəllim, gəlin havanı zəhərləyək, türklər boğulub ölsün!

 

- Əla!

 

- Necə zəhərləyə bilərik, müəllim! - Serj Sərkisyan soruşdu.

 

- Otuz ilə yaxındı bu torpaqlarda, Azərbacan türklərinin qoyub getdiyi evlərdə yaşayırıq! Hər cığırı, hər dərəni, hər bulağı tanıyırıq.

 

- Müəllim, olar?

 

- Buyur, Silva.

 

- Bulaqları zəhərləyək, cığırları minalayaq, dərələrdə tələ quraq, evlərin girişində quyu qazaq. Azərbaycan türkləri bura gələndə yaşaya bilməsin, qırılıb getsin!

 

- Afərin, Silva Kaputikyan, afərin! Sən əsl Janna dArksan!

 

- Bəs məktəbimiz necə olsun, müəllim? - Robert həyəcanla soruşdu.

 

- Bu məktəb, düzünə qalsa Azərbaycan türlərinin məktəbidi. Kəlbəcəri məğlubedilməz Erməni ordusu alandan sonra biz burda dərs keçirdik. Amma insafdan olmaz biz erməni uşaqlarının təmiz, pak nəfəsi qalan sinif otaqlarını onlara qoyub gedək.

 

- Müəllim, söküb aparaq Ermənistana! - Zori atılıb durdu ayağa.

 

- Vaxt dardı, Zori, vaxt dardı. Görmürsən xain ruslar bizə noyabrın 25-nə qədər vaxt verib ki, Kəlbəcərdən çıxaq.

 

- Bəs neyləyək, müəllim?! - Silva göz yaşları içində soruşdu.

 

- Neyləyək?! - Müəllim mənalı-mənalı sinfə göz gəzdirdi.

 

- Neyləyək? - Uşaqlar həyəcanla gözlərini müəllimin ağzına zillədi.

 

- Mən dedikcə təkrar edin.

 

- Oldu, müəllim.

 

- Yan...

 

- Yan...

 

- ...

 

- ...

 

- raq...

 

- raq...

 

-Yandıraq! - Müəllim yumruğunu havaya atdı.

 

- Urra... yandıraq! - Uşaqlar bağrışdı.

 

- Necə yandıraq?! - Müəllim soruşdu.

 

- Necə?! - Uşaqlar təkrar etdi.

 

- Bizi düşmənimiz Azərbaycan türkləriylə üz-üzə qoyan hiyləgər rusların əliylə.

 

- Rusların?! - Silva mat-mat müəllimə baxdı. - İnana bilmirəm, müəllim.

 

- İnana bilərsən, Silva! - Müəllim inamla dedi.

 

- Axı rus bizə xəyanət edib, o bizə kömək eləməz, müəllim! - Zori dedi.

 

- Açın çantalarınızı.

 

Bir anda çantalar açıldı.

 

- Çıxarın "Rus dili" kitablarını!

 

"Rus dili" kitabı şappa-şap partaların üstünə töküldü.

 

- Cırın lənətə gəlmiş "Rus dili"ni!

 

Cırradan dərsliyi cırıb tökdü uşaqlar.

 

- Hər kəs vərəqləri alışdırıb partasının altına qoysun.

 

Partalar çarta-çart alışıb yanmağa başladı. Tüstü otağı bürüyəndə uşaqlar qaçıb çıxdı eşiyə. Artunyan çığırdı:

 

- Müəllim, bütün məktəb yanır...

 

- Yaşasın böyük Ermənistan!

 

- Yaşasın böyük Ermənistan!

 

- Ruslara ölüm!

 

- Ruslara ölüm!

 

- Məhv olsun türklər!

 

- Məhv olsun türklər!

 

- Müəllim, o nədi, türklər bizi yandırmaq istəyir, baxın! - Zori zarıdı.

 

- Aaaa... doğrudan. - Silva əlini saçlarına atdı.

 

- Aman, türklər bizi yandırmaq istəyir!

 

- Qorxmayın, uşaqlar, qorxmayın! Yanan Kəlbəcər meşələridi. Biz meşələri, kəndləri, torpaqları belə yandırırıq ki, türklərə heç qalmasın!

 

- Bəs hava?!

 

- Elə bu yanğınlarla havanı zəhərləyirik ki, türklər qırılsın!

 

21-22.11.2020

 

 

Qəşəm İsabəyli

Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.21.