İki əsrə sığmayan 20 il

 

Müstəqilliyimizin son 20 ili ərazi bütövlüyü, dövlət suverenliyinin bərpası, iqtisadi dirçəliş uğrunda mübarizələrlə zəngin, misilsiz fədakarlıq yüksəliş dönəmidir. Son 20 il Azərbaycanın iki yüz illik "Qordi düyünü"nün  çözüm tarixidir. Lələtəpədən Xankəndiyədək uzanan Zəfər yolunu tale tarix kəhkəşanımızın " yol"una, "Süd yolu"na, "Məkkə yolu"na da bənzətmək olar. Millətimizin məğlubiyyət sindromundan, miskinlik kompleksindən xilas edilərək, yola, Zəfər yoluna qədəm qoyması Azərbaycan Respublikasının Prezidenti, ölkənin Ali Baş Komandanı, cənab İlham Əliyevin titanik əməyinin, böyük zəhmətinin fədakarlığının bəhrəsidir.

İyirmi il əvvəl Ümummilli lider prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünün siyasi varisi İlham Əliyevi dəstəkləyərək bəyan edirdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini iqtisadiyyatını gözəl bilən, enerjili təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək."

Xalqımızı bəlalardan hifz edən Ulu Öndərə ümummilli sevgi inam yüksək idi. Onun çağırışları tövsiyələri seçicilər arasında ehtiramla, anlayışla qarşılandı. Respublika Prezidenti seçilən cənab İlham Əliyev Milli Məclisdə 2003-cü il 31 oktyabr tarixində keçirilən andiçmə mərasimində ölkənin taleyüklü məsələlərindən proqram xarakterli nitqində bəhs edərək, Heydər Əliyevin siyasətini davam etdirəcəyini, bu siyasətin alternativinin olmadığını Azərbaycana böyük uğurlar gətirdiyini bildirmişdir.

Yeni seçilmiş dövlət başçısının qarşısında dayanan ən çətin ağrılı problemlərdən biri Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evindən-ocağından qaçqın, məcburi köçkün düşmüş yüz minlərlə insanı dözülməz yaşam tərzinə, məhdud sosial imkanlara malik çadır düşərgələrindən yeni salınmış qəsəbələrə, şəhərciklərə köçürüb rahat şəraiti olan müasir evlər, mənzillər ilə təmin etməkdən ibarət idi. Doğrudur, bu istiqamətdə Prezident Heydər Əliyev müvafiq addımlar atmış, Dövlət başçısının fərmanı ilə qaçqın köçkün qəsəbələrinin salınması üçün 70 milyon (ABŞ dolları) vəsait ayrılmışdır. Sonrakı quruculuq illərində qaçqın məcburi köçkün soydaşlarımızın həyat şəraitini yaxşılaşdırmaq üçün ayrılmış vəsaitlərin həcmi qat-qat artırıldı. 2007-ci ilədək Prezidentin sərəncamı ilə, ilk növbədə, Biləsuvar rayonunda 19 min nəfərə yaxın qaçqını məcburi köçkünü əhatə edən beş çadır düşərgəsi ləğv edildi. Ardınca Bərdə, Ağcabədi, Sabirabad, Saatlı rayonlarında tikilmiş qaçqın düşərgələri fəaliyyətini dayandırdı.

Qaçqın məcburi köçkün ailələri Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində, Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında yeni yaşayış kompleksində inşa olunmuş təmirli binalarda məskunlaşdılar. Horadiz şəhəri, Şıxarx, Cocuq Mərcanlı qəsəbələrində  soydaşlarımız üçün  müasir infrastruktur yaradıldı, yerləri açıldı. Xalqımız üçün hər zaman həssas olan qaçqın məcburi köçkün problemi Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə diqqətə qayğıya möhtac qalan prioritet məsələlər sırasında, öndə dayanırdı. Qaçqın soydaşlarımıza dövlət səviyyəli sosial-məişət qayğılarının artırılması, şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması istiqamətində Dövlət başçısının apardığı siyasəti ikinci plana keçirmirdi. Prezident İlham Əliyev 31 oktyabr 2003-cü il tarixli andiçmə mərasimində dünyaya açıq bəyan edirdi: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın (məcburi) köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir."

Prezidentin seçkilərdən sonra siyasi fəaliyyətə başladığı andiçmə mərasimində ən yüksək kürsüdən səsləndirdiyi konkret sərt bəyanatı, ilk növbədə, Azərbaycan ərazilərini işğal etmiş, millətimizə qarşı etnik təmizləmə soyqırımı həyata keçirmiş Ermənistana onun havadarlarına ünvanlanmışdır. Əslində, bu bəyanat cənab İlham Əliyevin yeni statusda işğalçılara qaşı açıq xəbərdarlıq mesajı idi. Sonuncu cümlə Avropa İttifaqı-ATƏT-Minsk üçlüyü rəhbərliyinin tez-tez şüar kimi səsləndirdiyi, istinad etdiyi "Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil", "Problem qarşılıqlı güzəştlər şəraitində sülh yolu ilə həll edilməlidir" kimi  mahiyyətində, məramında hədə intonasiyası daşıyan, təcavüzkar ilə məsum arasında bərabərlik qoyan, "balanslı" siyasət yolunu seçən ikili standartlar "mafiyasının" ideoloqlarına qarşı yönəldilmişdir.

Prezidentin ilk andiçmə nitqi, açıq bəyanatı onun ölkə qarşısında həllini gözləyən taleyüklü problemlərin çözümü istiqamətində konstruktiv konsepsiyası, dəqiqliklə ölçülüb-biçilmiş fəaliyyət məramnaməsi idi.

Dövlət başçısının fəaliyyət proqramına, şübhəsiz ki, milli birlik ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi vəzifələri daxil idi. Onun bu yönümdə, inamla söylədiyi ümummilli düşüncələrin öz hədəfləri vardı: "Biz hamımız birləşərək bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Azərbaycanda ordu quruculuğu sahəsində böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır."

Prezidentin ilk andiçmə mərasimində vurğuladığı müddəaların son 20 ildə bənd-bənd, necə yerinə yetirildiyinin xalqımız canlı şahididir. O qazanılacaq uğurların prinsiplərini, təməl müddəalarını da öncədən, uzaqgörənliklə müəyyən etdi Ulu öndərin siyasi xəttinə sadiq qaldı: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm."

Heydər Əliyev yolu Azərbaycanı qüdrətli dövlətə çevirdi. Heydər Əliyev siyasəti uğurlarımızın, zəfərlərimizin rəhni oldu...

Prezident İlham Əliyev sözdən, şüardan, ideyalardan gerçəkliyə, reallığa, əmələ doğru uzun bir yol qət etdi:

- "...Heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağıq" - dedi. Bütün beynəlxalq regional təzyiqlərə baxmayaraq barışmadı...

- "...Bir milyon qaçqın köçkün öz doğma yurdlarına qayıtmalıdır" - dedi. Laçına, Füzuliyə, Zəngilana digər rayonlara, işğaldan azad edilmiş kəndlərə "Böyük qayıdış"ı xalqımız, ölkəmiz böyük sevinc, fərəh hissi ilə izləyir...

- "Şuşaya bir nəfəs qədər yaxınıq", "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" - dedi. Bu gün günü-gündən gözəlləşən, müasirləşən qədim Şuşa şəhəri Mədəniyyət paytaxtı seçilib, beynəlxalq tədbirlərin mərkəzinə, "Şuşa bəyannaməsi"nin imzalandığı müqəddəs ocağa, "Xarıbülbül" musiqi festivalının, "Vaqif Poeziya Günləri"nin keçirildiyi məkana çevrilib.

- "Qarabağ Azərbaycandır!" - dedi. Qarabağ üzərində Azərbaycanın pozulmuş hüquqlarını, suverenliyini bərpa etdi. Xankəndidə Azərbaycanın üçrəngli bayrağını ucaltdı...

Prezident İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri şərəflə, ləyaqətlə yerinə yetirdi, Heydər Əliyev ilində, son 20 il müddətində qarşıya qoyulan bütün mühüm vəzifələri icra etdi. Azərbaycanı dünyanın qüdrətli dövlətləri sırasına yüksəltdi. Son 20 ili iki yüz illik tariximizin qiymətli, bənzərsiz üzük qaşına bənzətmək olar...

Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillərdən biri Prezident İlham Əliyev cənablarının mənəvi keyfiyyəti ilə sıx bağlı məsələdir. Dövlət başçısının verdiyi sözün onun imzası qədər mötəbər olması, sözünün üstündə durmağı bacarması, sözlə əməlinin vəhdəti qələbənin, zəfərin təntənəsini təmin etmişdir.

 

Bakı, 30.10.2023

 

Asif Rüstəmli

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 noyabr, ¹42-43.- S.2.