Ali Baş Komandanım
Dəmir
yumruq bərk dəydi,
Düşmənin qəddin əydi.
İş bitdi bircə günə,
Qələbə çaldıq yenə.
Kafir döndü tazıya,
Min şükür, bu Yazıya!
Qalib sərkərdəm mənim,
Bundan sonra nə qəmim!
Yumruğuna can qurban,
Ali Baş Komandanım!
Qeyb oldu qorxunc yuxu,
Diriltdin
ölən ruhu.
Qaytardın Qarabağı,
Arındırdın torpağı.
Mürtədlər düşdü yola,
Kaş,
dönməsinlər dala.
Gəldi
gözəl zamana,
Bayraq asdın hər yana.
Şadlanır Azərbaycan,
Ali Baş Komandanım!
Ordumuz qəhrəmandı,
Hər əsgər bir aslandı.
Döyüşdə keçir candan,
Haylartək qorxmaz qandan.
Atılanda savaşa,
Lərzə salar dağ-daşa.
Hər biri qeyrət qalası,
Qanıxmış qurd balası!
Tanrımız olsun həyan,
Ali Baş Komandanım!
Şəhidə səcdə edək,
Məzar
üstə çox gedək.
Qaziyə
sayə salaq,
Evində
qonaq qalaq.
Dağılsın dərdi-səri,
Sağalıb qalsın diri.
Veteranla
dost olaq,
Dar gündə dəstək alaq.
Tarix yazan Qəhrəman,
Ali Baş Komandanım!
Yala hürən nə çoxdur,
Hürsünlər, eybi yoxdur.
Millət
Sənə dayaqdır,
Gecə-gündüz oyaqdır.
Abadlaşır məmləkət,
Allah versin bərəkət.
"Bir millət, iki dövlət," -
Deyənin yeri cənnət!
Mərd
qardaşdı Ərdoğan,
Xub, sirdaşdı Mehriban,
Ali Baş Komandanım!
15.10.2023
Türkük biz
"Azəri" nə demək, gözünə
qurban?!
Sındırıb qəlbimi, qoyursan
viran,
Tapdayıb ruhumu, tutursan
divan,
Ağ yalan sırıyıb bizə bu İran:
"Fars imiş qədimdə guya boyumuz,
Türk
zülmündən yasa
batıb toyumuz,
Türkləşmiş farslarıq, bitib hoyumuz,
Dəyişib kökümüz, itib
soyumuz..."
Xalis Azərbaycan soylu Türkük biz!
Vallah, Billah, Oğuz boylu Türkük biz!
Stalinlə Mikoyan Sovet zamanı
Yox etmək naminə böyük Turanı
Sildilər tarixdən, bil,
Türküstanı,
Çox
töküldü, məzlum
türkün al qanı;
"Azərbaycanlılar"
dedilər bizə,
"Türk" kəlməsi
oldu zəhərli nizə.
Qorxudan adamlar döndü ilbizə,
Sürüncək yaşadıq, çökdük
diz-dizə...
Xalis Azərbaycan soylu Türkük biz!
Vallah, Billah, Oğuz boylu Türkük biz!
Mərə kafir parçaladı elləri,
Türkləri bağlayan incə
telləri,
Axıtdı aradan qanlı selləri,
Dözmədi igidlər, sındı
belləri;
Amma düşüncələr donmadı
bir an,
Daim yol aradı mübariz insan,
Qəlblərdə kükrədi yağıya
üsyan,
Aydınlar zehnində süsləndi
Turan...
Xalis Azərbaycan soylu Türkük biz!
Vallah, Billah, Oğuz boylu Türkük biz!
"Turan" kəlməsindən
qorxdu zəlillər,
Sərhədlər qapandı çox
uzun illər,
Kəsildi "Türkiyə" söyləyən dillər,
Pıçıltıyla dindik, bəmlədi zillər;
Daha dövran yeniləşib, arkadaş,
Düşüb göydən düşmən
başına bir daş.
Yığışıb cümlə türklər, quraq bağdaş,
Qorxmadan
yaradaq Turan, a qardaş...
Xalis Azərbaycan soylu Türkük biz!
Vallah, Billah, Oğuz boylu Türkük biz!
Güney,
Quzey - əlli milyon sayımız,
Bizi yaman bölüb Araz çayımız,
Soyuq qışa dönüb isti yayımız,
Cənnəti-rizvandı haqdan payımız;
Bütövləşib-vahidləşək, ay aman!
Hər qarış torpağa qan töküb haman,
Vətənə döndərək, yetişib
zaman,
Düşmənləri edək əbədi peşman...
Xalis Azərbaycan soylu Türkük biz!
Vallah, Billah, Oğuz boylu Türkük biz!
18.10.2023
Abuzər TURAN
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.9.