AYB-də İmdat Avşarla görüş
keçirilib
Noyabrın 3-də Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda türkiyəli
yazıçı-tərcüməçi,
AYB-nin Türkiyə bölməsinin rəhbəri
İmdat Avşarla görüş keçirilib.
"Qobustan" jurnalının baş redaktoru, yazıçı
Pərvin tədbiri açaraq İmdat Avşarla Azərbaycan ədəbiyyatı arasındakı
sıx bağlardan bəhs edib. İ.Avşarın həm
bədii yaradıcılığı,
həm də tərcümə sahəsindəki
fəaliyyəti barədə
danışaraq, onun, uzun illərdir, qardaş ölkə ilə Azərbaycan ədəbiyyatı arasında
körpü rolunu oynadığını vurğulayıb.
İ.Avşar nitqinin əvvəlində
AYB-nin sədri, Xalq yazıçısı
Anara və görüşün təşkilində
əziyyəti olan hər kəsə minnətdarlığını bildirib. Haqq savaşında qazandığımız
parlaq qələbədən
söhbət açan
yazıçı Zəfər
günü ərəfəsində
Azərbaycanda olduğundan
məmnunluğunu ifadə
edib. Azərbaycanın
zəngin ədəbi
irsi barədə fikirlərini bölüşən
İ.Avşar tərcümələrindən
və gələcək
planlarından da danışıb.
AYB sədri, Xalq yazıçısı
Anar çıxışında
deyib ki, Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı
kitabxanasının 80 faizini
İ.Avşarın tərcümələri
təşkil edir. Keçmişə nəzər
salan Anar, müstəqillik dövründə
Türkiyə ilə ədəbi əlaqələrin
qurulmasında İ.Avşarın
əvəzsiz rolunu xüsusi vurğulayıb,
ona yeni müvəffəqiyyətlər arzu edib.
Xalq şairi,
millət vəkili Sabir Rüstəmxanlı İ.Avşarın yaradıcılığı
ilə yanaşı, yüksək insani dəyərlərindən bəhs
edib, onun etibarlı dost olduğunu vurğulayıb.
Ötən illərin
xatirələrini yada
salan S.Rüstəmxanlı
İ.Avşarın ədəbiyyatımızın
təbliği sahəsindəki
böyük zəhmətini
diqqətə çatdırıb.
Tədbirdə Abuzər Bağırov, Əkbər Qoşalı,
Ağacəfər Həsənli,
Qəşəm İsabəyli,
Kənan Hacı, Zemfira Məhərrəmli,
Nəzakət Məmmədli,
Aysel Xanlarqızı və digər qələm adamları çıxış edərək
İ.Avşarın yaradıcılığı
və işıqlı
fəaliyyəti barədə
ürək sözlərini
bölüşüblər.
Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də
iştirak ediblər.
ADPU-nun Biologiya fakültəsinin tələbələri
Mənsurə Qasımova,
Ayişə Xasməmmədova,
Ayşən Həmidli,
Nərgiz Hacıyeva, Filologiya fakültəsinin
tələbələri Aydan
Əkbərova, Mələkxanım
Bədəlzadə İ.Avşarın
əsərləri ilə
bağlı müəllifə
suallar ünvanlayıblar,
onun Azərbaycan dilinə tərcümə
olunmuş şeirlərini
səsləndiriblər.
Nadir YALÇIN
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.21.