Buker mükafatı qalibi Lidia Deyvisdən qısa hekayələr

 

Ana

 

Qız hekayə yazdı.

"Bəs bunun yerinə roman yazsan, daha yaxşı olmazdımı?" - dedi anası.

Qız gəlincik üçün ev düzəltdi.

"Bəs bu, əsl ev olsaydı, daha yaxşı olmazdımı?" - dedi anası.

Qız atası üçün kiçik bir yastıq hazırladı.

"Ancaq yorğan olsa, daha faydalı olmazdımı?" - dedi anası.

Qız bağçada kiçik bir çuxur qazdı.

"Daha böyük çuxur qazsan, daha yaxşı olmazdımı?" - dedi anası.

Qız geniş bir çuxur qazdı içində yatmağa getdi.

"Həmişəlik yuxuya getsən, necə yaxşı olardı!" - dedi anası.

 

On üçüncü qadın

 

On iki qadının yaşadığı şəhərdə on üçüncü qadın da yaşayırdı. Heç kim onun orada yaşadığını qəbul etmirdi, ona heç kəs məktub göndərmirdi, heç kim onun haqqında nəsə danışmırdı, heç kim onunla maraqlanmırdı, heç kim ona bir tikə çörək vermirdi, heç kim ondan bir şey almırdı, heç kim onun üzünə baxmırdı, heç kim onun qapısını belə döymürdü. Yağış onun üstünə çisələməz, günəş öz şüalarını onun üstünə saçmaz, səhər onun üçün açılmaz, gecə onun üçün düşməzdi. Onun üçün həftələr keçməz, illər dolanmazdı. Onun evinin nömrəsi yox idi, həyəti baxımsız idi, cığırına ayaq basılmamış, yatağı pozulmamış, xörəkləri yeyilməmiş, paltarları geyinilməmişdi. Bütün bunlara rəğmən, o yenə özünə edilənləri ürəyinə salmadan şəhərdə yaşamağa davam etdi.

 

Şəhərimizdəki kişi

 

Şəhərimizdə yaşayan bir kişi həm itin özü, həm onun sahibi idi. Sahib itə qarşı inanılmaz dərəcədə amansız idi onun həyatını cəhənnəm əzabına çevirmişdi. Bir dəqiqə əvvəl onunla canla-başla oynamaq istəyirdisə, sonrakı dəqiqədə dikbaşlığına görə onu yerə çırpırdı. Yatağında yatıb tüklərini yastığına tökdüyü üçün burnuna dalına sərt şəkildə vurardı, yenə bəzi gecələr olurdu ki, yalnız qalardı qorxudan titrəməsinə baxmayaraq, iti sürüyərək qaldırıb yanında yatırardı.

Amma səhvin hamısı onda deyildi. Başqa heç kim bu cür itə tab gətirə bilməzdi. Bu itin qoxusu o qədər turşməzə kəskin idi ki, qəfil yaxalandığı zaman utanan təbii ehtiyaclarını idarə edə bilməyən itin özündən daha qorxuducu aqressiv idi.

O, çox üfunətli iyrənc məxluq idi.

Yenə sahib ağlını itirəcək qədər içib, gecələrini xiyaban divarına qısılaraq keçirdiyi üçün, çətin ki, bunun fərqinə varardı.

Gün batan zaman üzünü xəfif küləyə doğru çevirib, parkın kənarında atıla-atıla gəzdiyini, qoxulayaraq yol tapmaq üçün dairələr çəkdiyini, üzündəki saqqalı qaşıyıb siqaret çıxartdığını, titrəyən əlləri ilə onu yandırdığını, daha sonra isə cib dəsmalı ilə başını silib skamyada oturduğunu görərdik. O, siqareti yanıb külə çevrilənə qədər sakitcə çəkər, sonra əsəbdən coşar, başını yumruqlamağa, ayaqları ilə özünü təpikləməyə başlayardı.

Taqətdən düşdükdən sonra isə üzünü səmaya çevirib məyus halda ulayardı. Ancaq çox az hallarda, rahatlayana qədər başını sığallayardı.

 

Qorxu

 

Bizim şəhər camaatından olan bir qadın, demək olar ki, hər səhər qorxudan üzü ağarmış üst-başı pərişan halda evindən gələrdi. "Kömək edin, kömək edin", - deyə qışqırardı bizdən bir nəfər onun yanına qaçıb qorxusu keçənə qədər onu sakitləşdirərdi. Əslində, hamısını özündən uydurduğunu bilirdik: onun başına, həqiqətən , nəsə pis bir hadisə gəlmirdi... Amma yenə anlayış göstərirdik, çünki bir vaxtlar aramızda onun hərəkətlərini edəcək həddə gəlməmiş adam çətin tapılardı, lakin sonra özümüzü sakitləşdirmək həm bizi, həm dostlarımızı ailəmizi tamam taqətdən saldı.

 

Təhlükəsiz sevgi

 

O oğlunun pediatrına aşiq olmuşdu. Hər kəsdən uzaq yaşadığı bu şəhərdə onu qınayacaq adam çətin tapılardı.

Bu sevgidə böyük bir ehtirasın əlamətləri var idi. Bu, həm təhlükəsiz bir eşq idi. Adam baryerin digər tərəfində idi. Onların arasında müayinə masasının üstündəki uşaq, idarənin özü, xəstəxana heyəti, stetoskop, həyat yoldaşları, həkimin saqqalı, qadının sinəsi, eynəkləri s. dayanmışdı.

 

Siçanlar

 

Hasarımızdan içəridə siçanlar dolanırdı, amma onlar, nədənsə, mətbəximizə girmirdilər. Bu bizi sevindirirdi, ancaq qonşularınkına girdikləri kimi, bizimkinə girərlər, deyə, tələlər qurduğumuz mətbəximizə niyə gəlmədiklərini anlaya bilmirdik. Əslində, sevinsək , siçanların sanki mətbəximizdə bir qüsur varmış kimi, davranmaları bizi məyus da edirdi. Məsələni daha da qəlizləşdirən odur ki, bizim ev qonşunun evindən qat-qat səliqəsizdir. Bizim mətbəximizdə daha çox yemək var, piştaxtaların üstündə daha çox qırıntılar dolabların arxasına düşmüş daha çox çirkli soğan qabıqları var. Düzünü desəm, mətbəxdə o qədər xarab olmuş yemək var ki, siçanlar, bəlkə , orda özlərini itirərdilər. Səliqəli bir mətbəxdə yaza qədər sağ çıxa bilmək üçün, üst-üstə hər gecə yemək tapmaq məşəqqətli olmalıdır. Onlar səbrlə yemək axtarır doyana qədər saatlarca gəmirirlər. Bizim mətbəxdə isə heç öyrəşmədikləri bir şeylə qarşılaşırlar ki, yəqin, başlarını itirirlər. Bəlkə , bir neçə addım atıb yaxınlaşmağa cəhd göstərirlər, lakin dəhşətli mənzərələr qoxular onları öz deşiklərinə qayıtmağa vadar edir. Onlarsa, bu qədər zir-zibilin arasında istədikləri kimi at oynada bilmədikləri üçün narahat olur xəcalət çəkirlər.

 

Məsələ

 

X Y şəxsləri  birlikdədirlər , ancaq Z şəxsindən  aldıqları pulla dolanırlar. Y şəxsi özü V şəxsindən olan uşağıyla birlikdə yaşayan W şəxsini pulla təmin edir. V şəxsi Çikaqoya köçmək istəyir, amma onun uşağı Nyu-Yorkda W şəxsi ilə birlikdə yaşayır. W şəxsi evini dəyişə bilməz çünki uşağının Nyu-Yorkda yaşayan U şəxsi ilə səmimi münasibətləri var, halbuki uşağın anası T şəxsiylə birlikdə yaşayır. T şəxsi U şəxsindən pul alır, W şəxsi isə Y şəxsindən özü üçün, eyni zamanda da V şəxsindən isə, uşağı üçün pul alır. X şəxsi isə Z şəxsindən pul alır. X Y şəxslərinin uşaqları yoxdur. V şəxsi uşağını nadirən görür, amma onun ehtiyaclarını qarşılayır. U şəxsi isə W şəxsinin övladıyla yaşayır, amma onun ehtiyaclarını qarşılamır.

 

V.H.Auden dostunun evində gecəni necə keçirir

 

Sadəcə, bir nəfər oyaq, ev soyuq, küçələr isə qaranlıq idi; soyuq, yorğanın altından iliklərinə işləyirdi. Ev sahiblərini narahat etmək istəmirdi, buna görə döşəyində qıvrılaraq isti bir yer axtarırdı...

Sonra bir stul üçün dəhlizdə oğrun səyahəti yatağındakı digər örtüklərin üzərinə sərdiyi pərdələrin üstünə uzanması..

Üzərinə çökən yeni ağırlıqdan aldığı həzz, sonra isə dinc yuxu...

Bir dəfə yenə üşüyən otağında pərdə olmayan bu yuxusuz qonaq, xəlvəti çıxıb, eyni məqsədlə salonun xalçasını götürür, qaranlıq dəhlizdə əyilir xalçanı düzəldir...

Ağırlığının ona əməlli-başlı yük olması burnuna dolub onu boğan tozun verdiyi narahatlıq xalçanın səbəb olduğu rahatlığın müqabilində, demək olar ki, heç nədir.

 

Mühasirəyə alınmış bir evdə

 

Mühasirəyə alınmış evdə bir kişi qadın yaşayırdı. Qadın kişi mətbəxdə gizləndikləri yerdən kiçik partlayış səsləri eşitdilər. "Külək" qadın dedi. "Ovçular" kişi dedi. "Yağış" qadın dedi. "Ordu" kişi dedi. Qadın evə getmək istədi, amma o artıq evdəydi - ölkənin ortasında mühasirəyə alınmış evdə.

 

Ər evinə səfər

 

Qadın əri o qədər əsəbidirlər ki, söhbət boyunca tez-tez vanna otağına girir, qapını örtür tualetdən istifadə edirlər. Sonra çölə çıxıb siqaret yandırırlar. Əri içəri girib, təbii ehtiyacını ödəyir unitazın qapağını endirmir. Sonra qadın özü girir, qapağı endirir təbii ehtiyacını ödəyir. Axşam bitənə yaxın onlar boşanmaq haqqında müzakirələrini bitirib, içməyə başlayırlar. Əri viski, qadın isə pivə içir. Qatara çatmaq üçün yola düşmək vaxtı gələndə əri çox sərxoş olur, axırıncı dəfə təbii ehtiyacını ödəmək üçün vanna otağına girir zəhmət çəkib qapını belə bağlamır.

Onlar yola çıxmağa hazır olanda, qadın, sevgilisiylə necə tanış olduğunu danışmağa başlayır. Qadın danışarkən, əri bahalı əlcəklərindən birini itirdiyini anlayır dərhal məyus olduğu üçün fikri yayınır. Əlcəklərini axtarmaq məqsədilə qadının yanından ayrılıb aşağı mərtəbəyə gedir. Qadının hekayəsi yarımçıq qalır əri əlcəyini tapa bilmir. Əlcəyini tapmadan geri qayıdanda daha yoldaşının hekayəsinə maraq göstərmir. Sonra onlar küçədə birlikdə gəzərkən, kişi yoldaşına sevinə-sevinə, sevgilisini çox sevdiyi üçün ona 80 dollara ayaqqabı almasından danışır.

Yenidən tək qalanda bütün fikri-zikri ərini ziyarət edərkən baş verən hadisələrdə qalır, buna görə küçələrdən sürətlə keçib gedir, metroda qatar stansiyasında bir neçə adamla toqquşur. Onları, hətta heç görmür , amma təbii fəlakət kimi adamların üstünə elə sürətlə gedir ki, adamların ondan yayınmağa imkanı da olmur. Onların bəzisi qadının arxasından baxıb: "aman, Allah", - deyirlər.

Daha sonra mətbəxdə atasına boşanmanın çətinliklərini izah etməyə çalışır. Atası onu başa düşməyəndə əsəbiləşir. İzahatının sonunda qabığı necə soyduğunu ya yeməyə necə başladığını xatırlamasa da, bir onda ayılır ki, əlindəki portağalı artıq yeyib bitirmək üzrədir.

 

Lidia DEYVİS

 

İngilis dilindən tərcümə edən:

Banuçiçək Qasımzadə

Azərbaycan Dillər Universitetinin Tərcümə

fakültəsinin dördüncü kurs tələbəsi

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.26.