9-cu Bakı
Beynəlxalq
Kitab Sərgisi - keçiriləcək
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International
Book Fair 2023) keçiriləcək.
Sərgidə iştirak üçün
11 ölkədən 30-dan çox xarici təşkilat, 109
yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli
müəssisə qeydiyyatdan keçib. Sərginin Təşkilat
Komitəsində 30-dan çox xarici və yerli təşkilatın
iştirak müraciəti nəzərdən keçirilir.
Sərgidə Azərbaycanın xalq
yazıçıları və şairləri,
tanınmış gənc yazarlar və məşhur xarici
yazıçılar və aktyorlar iştirak edəcəklər.
Sərgi
çərçivəsində uşaqlar və
böyüklər üçün master klaslar, inklüzivlik
və digər aktual mövzular üzrə kitab təqdimatları,
imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi
saatları və kitab sənayesi sektorunun subyektləri
arasında əməkdaşlıq platformaları təşkil
ediləcək.
Sərgi
müddətində müxtəlif
formatda 220-dən çox tədbirin təşkili
nəzərdə tutulur.
Sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır. Fəxri
qonaq ölkənin kitab sənətinin və ədəbi-mədəni
irsinin nümayişi məqsədilə Rusiya Federasiyası tərəfindən
sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə
müxtəlif formatda silsilə tədbirlər keçiriləcək.
Eyni zamanda Rusiyanın tanınmış yazarları,
tarixçiləri və elm adamları sərgidə
iştirak edəcəklər.
Eyni zamanda Türkiyə Respublikası görkəmli yazarları, elm
adamları, tanınmış aktyorları və xüsusi tədbirlər
proqramı ilə sərgidə təmsil olunacaq.
Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu”
metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi
avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi
təmin ediləcək.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.
Sərgiyə giriş ödənişsizdir.
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, ¹42-43.- S.32.