Türküm, Türküstanım,
Azərbaycanım...
Türk Təşkilatı
Birliyinin,
"Türk
Əsri"nin
10-cu Astana Zirvə toplantısına
Azərbaycanım!
Alovu yanar
Ürək odundan,
Rənginin ətri
Şəhid qanından...
Zəfər günəşimin
Şəfəqi sönməz,
"Bir kərə qalxan,
Bir daha enməz!"
Mənən mənası,
Mayası
ərən.
Sən möhürüsən -
Türk
oğlu türkün
Qolu yenilməz.
Başının üstə
Şəfəqli bir Ay,
Eşq aləmində
Nəğməli haray!
Ürək atışı
Qobustan qaya.
Qoşa
ürəkli
Bu iki dövlət,
Bir olan millət.
Bax yerdən-göyə
Azərbaycandı
Bir də Türkiyə!
Qoşqarım vüqar,
Şahdağımda qar.
Kəpəz
Savalan,
Murov
Haçadağ,
Göydələn Ağrı,
Şuşa Qarabağ!
Aydın
sabahım!
Canım
Təbrizim,
Ətri
bəmbəyaz,
Şimalında yaz.
Naxışı
atlaz.
Başımda cövlan,
Hilalı
nurdan
Cilalı
bayraq!
Cəngisi qında,
Andına
sadiq
İmanı Quran!
Qalx, ey Türk ordum,
Mənim
boz qurdum!
Türk
elli yurdum!
Turan torpağım,
Türk-Türküstanım
Azərbaycanım!
Xətai
biləkli
Əsgəri aslan,
Ruhu poladdan
Müzəffər xalqın
Başında duran.
Sözü, imzası
Yumruq nidası!
Ağrıda ayaz
Coşqusu Araz...
Bir yeni tarix
Qafqaza
dastan,
Gəl,
Baş Komandan!
Ərdoğan, İlham!
Şöhrətim, şanım,
Türk
- Türküstanım
Azərbaycanım!
Salamı
Ali,
Haqq, ədaləti,
Alidən,
ali.
Ruhu Qarabağ,
Bəhridə muğam,
Avazı
azan
"Allahu
Əkbər!",
İstiqlal yazan!
Ölümə meydan!
Dünyaya haqdı
Ordusu Turan!
Nərəsi tufan!
Təyyub
Ərdoğan,
Sərkərdə İlham!
Otuz il işğala,
Qırx
dörd gündə
son.
Savaş
tarixini
Zəfərlə
yazan.
Qələbə ətrini,
Şuşadan
alan
Əsrin
cəngavəri
Sülhdü ərməğan
Ey ata yurdum
Türk
- Türküstanım
Azərbaycanım!
02.10.2023
Alməmməd ELDAROĞLU
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.27.