Zabil Pərviz segahı

 

Şair Zabil Pərviz haqqında bir neçə kəlmə

 

Zabil Pərviz mənimçün, inanıram ki, başqaları üçün belədir, bir Zabil segahıdır. Mənə elə gəlir ki, bu Zabil segahı heç vaxt yerini dəyişmir heç vaxt da dəyişməyəcək, səsi hər yerə gedəcək, amma kökü düşdüyü torpaqda əbədi qalacaq.

Səsi , səsinin ritmi , qədimliyi , qədimliyin müasirliyi heç vaxt dəyişməyəcək. Uzaqdan bilinir ki, bu səs Muğana məxsusdur o saat hiss edirsən ki, bu səsin yanında Ana Kür var, Yulğun, Torağay, Söyüd, Söyüdün kölgəsində dədələr var.

Tez-tez mənə zəng eləyir, zəng eləyəndə yuxarıda dediyim duyğuları eyni qaydada həmişə, hər zaman olduğu kimi yaşayıram. Lap Zabil Pərviz gəlsin mənə Bakının "Əhmədli"sindən zəng eləsin, fərqi yoxdur, elə bilirəm o səs gedir Muğan düzünə, Neftçalaya dəyib yenidən qayıdır Bakıya gəlib sevgi ilə dəyir ürəyimin başına.

Dəfələrlə evimizdə qonaq olub, ədəb-ərkanı, danışıq tərzi, bir sözlə, daxili dünyasının ifadəsi bizim evdən gedir Muğan düzünə, Kürün mehində sehirlənir, yulğunları öpür, torağayları dinləyir, onlardan ritm, ətir, sevgi, güc alır yenidən gəlib daxil olur bizim evə, sanki evimiz onun səsiylə bəhrələnir.

Zabil Pərviz qədim bir torpaqdandır, ağır bir eldəndir, türk obasındandır, Əli bəy Hüseynzadənin ayağı dəyən, torpağı şöhrətləndirən, ona zinət verən bir yurdun azman bir şairidir. bu "Azman" sözünü bu dəqiqə içimdə elə dedim ki, səsim otağa yayıldı, o biri otaqdan Kəramət Böyükçöl gəlib dedi ki, ata, o "Azman" sözünü kimə dedin? Dedim, Zabil Pərvizə. O da dedi ki, ata, çox düz eləyib dedin.

Zabil Pərvizin səsi ötən əsrin 70-ci illərindən gəlir, özü çox gur gəlir. Yetmişinci illərin çox şairi var, çoxunun səsi yoxdur, batıb. Zabil Pərviz hamını haraylayır, səsləyir, hal-əhval tutur. Kimdən incikliyi varsa, deyir. Elə bu incikliyi demək həm bunu deməyi bacarmaq da bir cəsarət səciyyəsidir. Kimin bir şeiri çıxırsa xoşuna gəlirsə, o saat müəllifə deyir. Özünün şeirləri dövrü-mətbuatda müntəzəm çap olunur. Amma elə vaxt olur ki, heç kəs ona zəng etmir, ona görə ki, oxumurlar, oxusalar da zəng etməyə ərinirlər bəzən heç zəng eləmək istəmirlər. Amma Zabil Pərviz Xəlil Rza çoşqunluğu ilə xoşuna bir şeir gələn kimi dayanmır, təbrik edir, Muğan küləyi kimi coşur, Kür kimi dalğalanır.

Zabil Pərvizin yaşıdlarının çoxu yorulub, Zabil onların da əvəzinə danışır. Mənə elə gəlir ki, onun ədəbi nəslinin adından danışmağa, öz dövrünü ifadə eləməyə tam haqqı var.

İlk vaxtlar hiss edirdim ki, Zabil bir az tələsir, sanki ədəbiyyat qatarına gecikdiyini təsəvvürünə gətirir mən onun yeni şeirlərini oxuyandan sonra gördüm ki, o ədəbiyyat qatarına gecikməyib bu qatarın ən birinci vaqonundadır.

Yüz şeirin içindən onun şeirlərini tanımaq olur. Əsasən hecada yazır, amma bu, fərqli hecadır. Sərbəst şeirləri gözəldir. Çünki şeirin mənbəyi yetkindir. Təcrübə var, peşəkarlıq da. Mütaliə var, müşahidə .

Bu yaxınlarda biz onun "Yaşıl simfoniya" poemasını "Azərbaycan" jurnalında çap elədik, çoxları bilir ki, poema adı çox çətindir jurnalda çap olunmağı ondan da çətindir. Zabil Pərvizin bu poeması diqqət çəkdi, çap olundu sonra redaksiyaya edilən zənglər, gələn məktublar sübut etdi ki, doğrudan da, bu poema son dövrdə yazılan ən yaxşı poemalardan biridir. Məzmun forma paralelliyi gözəlliyi, ən başlıcası, axıcılıq oxucunu, özü hazırlıqlı oxucunun diqqətini çəkir onun düşüncəsində yenilikçi bir assosiasiya yaradır. Ümumiyyətlə, Zabil Pərviz yaradıcılığının əsas xüsusiyyətlərdən biri onun dilinin axıcılığıdır bu poemada da şair dilimizin möhtəşəm abidəsini yaradıb.

 

Al günün altında alışıb yanan,

Pulları sayrışan susuz bir ilan

Keçdi alayanıq otlar içindən,

Süründü çalanın sahilinəcən.

Budur, qarşısında həmin qamışlıq,

Burda su tapılar, sərin, ya ilıq.

Bir az da sürünüb irəli getdi,

Birdən qamışlıqdan bir səs eşitdi,

Fəryada bənzəyən yaralı bir səs.

Qurbağa səsiydi... çəkmədi nəfəs,

Su çıxdı yadından. Yarıb otları

Cumdu xışıltıyla ovuna sarı.

 

yaxud

 

Su verən tapılmadı,

Ölümə susadılar.

Yana-yana Allahdan

Ölüm arzuladılar.

 

Poemada Muğan torpağının məsnəvisini xatırladan, səhər açılanda uzaqlara yol başlayan qədim bir karvanın ləngərli yerişini göz önünə gətirən möhtəşəm misralar var. İntonasiya mənə Səməd Vurğunun səsini xatırlatdı, əllinci illərdən bu günə gəlib çıxan səsini. Əgər bir hadisə ya bir detal sənə nəyisə xatırlada bilirsə, bu hal mətnlərarası əlaqəni inkişaf etdirirsə, bu, müəllifin uğurudur. Poemada məzmun, ideya bədiiliyə uyğun bir şəkildə inkişaf edir. Heç biri bir-birindən kənarda qalmır. "Su verən tapılmadı, ölümə susadılar" misraları real həyatı su üzərində, xüsusən "s" səsinin alliterasiyasında qurur bununla şeirin poetikası ideyaya xidmət edir.

 

Asma kanallarda asılan sular,

Beton məcralara basılan sular

Bəxtəvər-bəxtəvər baş alıb gedər,

Bəxtəvər çöllərə boşalıb gedər.

 

Boylanar söyüdlər, baxar çinarlar,

Boylanıb yanarlar, baxıb yanarlar.

Asma kanallarda axar səadət,

Asma kanallarda axar həqiqət,

Axar ürəklərdən qara qan kimi,

Açıq yaralardan qan axan kimi.

 

Mənə elə gəlir ki, Zabil Pərviz bu poemanı yazmayıb, sadəcə, oxuyub, Muğam kimi - Zabil Segahı kimi. Necə ki, Mirza Sadıq tarın qoluna Zabil pərdəsini əlavə edib, eləcə Yaradan da Zabil Pərvizi Muğan çöllərinə elə yazıb.

Zabil Pərviz təbiət şairidir, ona görə dili su kimi axıcıdır, safdır. vaxt ki, cəmiyyət tükənir, o zaman həmqafiyə yoldaşı təbiətə inteqrasiya edir, ondan güc alır, yenidən əvvəlki yerinə qayıdır. Zabil Pərviz belədir. O, balığın səsini eşidir, quşları dinləyir, təbiətin bir hissəsinə çevrilir.

 

Yayılır çöl boyunca

Köhnə gözə bir səda.

Xallı turac oxuyur,

Daddada daddada...

 

Zabil Pərviz xallı turacın dilini bilirsə, demək, şeirin dilini bilir, insanın da. Muğanın da dilini bilir, muğamatın da, suyun da.

Şair dostuma yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!

 

Qəşəm Nəcəfzadə

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 noyabr, №44.- S.23.