Tələsik

 

Hekayələr 

 

Qasım kişi dərzi idi. Amma sifarişləri həddindən artıq gecikdirdiyi üçün ona "Uzunçu Qasım" deyirdilər. Günlərin bir günü Qurban adlı cavan oğlan Qasım kişiyə parça gətirir ki, ona bir kostyum tiksin. Bir ay gözləyir, iki ay gözləyir, kostyum hazır olmur. Dərzi elə hey deyir: "darıxma". Yenə bir-iki ay keçir, dərzidən xəbər çıxmır. Nəhayət, Qurbanı əsgərliyə çağırırlar, gedir. Əsgəri xidməti başa vurub qayıdandan sonra yadına düşür ki, dərzi Qasıma kostyum tikmək üçün parça vermişdi. Odur ki, Qasım kişinin yanına gəlib soruşur:

- A kişi, sənə parça vermişdim kostyum tikəsən, oldu?

Dərzi deyir:

- Tikmişəm, a bala! Təkcə ilgəyi ilə düyməsi qalıb. Onları da tikim, gəl, apar.

Qurban bir aydan sonra gəlir ki, oldu, a kişi?!

Dərzi Qasım dillənir:

- İlgəyini açmışam, düyməsi qalıb. Bir neçə gündən sonra gəl, kostyumu apar.

Bir neçə gündən sonra Qurban yenə gəlir ki, Qasım kişi, oldu?

Dərzi deyir:

- Sap çürük olduğundan qırılır, düymələri tikə bilmirəm, qoy, sağlam sap tapım, düymələri tikim.

Qurbanın ağlına gəlirsə, Qasım kişidən soruşur:

- A kişi, artıq parçanın rəngi yadımdan çıxıb. Tikdiyin kostyumu bir göstər, görüm...

Dərzi parçanı necə almışdısa, eləcə qəzetə bükülü şəkildə çıxarıb göstərir.

Qurban hirslənir:

- Qasım kişi, hanı bəs kostyum? Aradan üç il keçib...

Qasım kişi parçanı onun qarşısına atıb dillənir:

- Bilirsən, var? Mənim tələsik işlə aram yoxdur. Apar, Həsən dərzi tiksin...

 

Ədəb qaydaları

 

Böyük vəzifəli adam görəndə ona təzim et, onunla ikiəlli görüş. Bir xidmət göstərməyə çalış. Əlindən heç gəlməsə de ki, "qulluğunuzda olum".

Təzə müdir gələndə hamıdan əvvəl onun qəbuluna düşməyə çalış. Kabinetinə gedəndə əlində bir hədiyyədən-zaddan apar. Tez-tez belə sözlər işlət: "Siz olan yerdə, mən nəkarəyəm ki, hörmətli müdir!"

Əgər rəisin desə ki, "qatıq qaradır", nəbadə sən deyəsən, "yox, ağdır" - xeyir tapmazsan. Çünki rəis özü yaxşı bilir ki, qatıq ağdır. Sənin ona ağıl verməyin məsləhət deyil. Rəis deyən məsləhətdir.

İdarə başçısının qabağında ağıllı olduğunu sübut etməyə çalışma. Çünki başçılar ağıllı adamlardan çəkinirlər. Özünü qədər sadəlövh göstərsən, o qədər yaxşıdır.

Həmişə vəzifədə özündən böyüyü təriflə. Ziyan tapmazsan. Kim sənə "yaltaq" deyirsə, qoy, desin. Xəncərinin daşı düşməz ki!

Orda-burda özünü varlı-pullu adam kimi göstər. Çünki belə adamlara hörmət edirlər. Kasıb-kusubu kimdir sayan?!

Təmizlikdən çox danışmayın. Sizin kimilər çoxlarının "çörəyi"nə mane olurlar. İndi təmiz adamları ələ salıb gülürlər. Bilirsiniz, niyə? Təmizliklə dolanmaq olmur, ona görə...

 

Demokratiya belə olur...

 

- Əliqulu, bu qəzetlər niyə gündən-günə çoxalır?

- Partiyalar niyə çoxalır, qəzetlər elə.

- Deyirəm, bu qədər qəzetlərin səhifələrini yazı ilə doldurmaq da çətindir ey...

- Çətinliyi-zadı yoxdur. O buna söyür, bu ona. Bu partiyaların üzvləri o birilərini camaatın gözündən salmaq istəyir, o biri partiya da bu birilərini. Bir qəzet bir vəzifəliyə xidmət edir, o biri qəzet o biri vəzifəliyə. Pul qazanmayan qələm sahibləri pul qazanan vəzifə sahiblərini qəzetlərində tənqid edirlər. Ağıllı, uzaqgörən mənsəb sahibləri isə əvvəlcədən bəzi qəzetçilərin "bığının altından" keçirlər ki, onlar haqqında pis şeylər yazmasınlar. Necə deyərlər, "Əl-əli yuyar, əl üzü".

- Əliqulu, bəs, bunun axırı necə olacaq?

- Necə olmalıdır ki, demokratiya belə olur ...

 

Nəşriyyatda

 

Cavan oğlan nəşriyyata gəlib nəsr şöbəsinin müdiri ilə görüşdü. Əyləşəndən sonra sıxıla-sıxıla soruşdu:

- Bağışlayın, sizdə böyük əsərlərin çap vəziyyəti necədir?

- "Böyük əsərlər", deyəndə hansı janrları nəzərdə tutursunuz?

- Məsələn, povest, roman...

- Çətindir! Hər adamın povestini, romanını çap etmirik.

- Bəs, şeir, hekayə necə?

- Yaxşı şeir, hekayə olanda qəbul edirik. Amma qəbul etmək hələ çap olunacağına söz vermək demək deyil. Yəqin, isə yazıb gətirmisiniz?

- Yox, yox!

- Üzr istəyirəm, siz indiyədək bir şey yazmısınız?

- Yaxşı ki, heç yazmamışam...

 

Dayıoğlunun söhbəti

 

İki qızım vardı, üçüncüsü oldu. Sevindiyimdən atılıb-düşürdüm. Fikirləşirdim, üç-dörd yaşı olanda saçına lent bağlayacağıq. Əlindən tutub şəhəri gəzdirəcəyik. Bir-birindən gözəl paltarlar alıb geydirəcəyik. Oxşayacağıq, bağrımıza basacağıq. Axı, qız uşağı qəşəng olur, şeytan olur.

Sevincim çox çəkmədi. Dost-tanışlar qızım olduğunu biləndə yerbəyerdən dilləndilər:

- olar qız olanda, canın sağ olsun...

- Ürəyini sıxma, qız da övladdır...

- Heç olmamaqdansa, qız yaxşıdır...

Hətta, belə ifadə işlətdilər: "Başın sağ olsun!" Sanki faciə baş vermişdi. Daha bu "dost-tanışlar" bilmədilər ki, onlardan fərqli olaraq mənim fikrim başqadır. Oğlan uşağını görməyə gözüm yoxdur. Bilirsiniz, niyə? Evdə bir kişi olar!

 

Gərək çox alaydı...

 

- Ə, bu biabırçılıqdı?

- olub ki?

- Daha olacaq? Yüzcə manata görə Həsəni tutublar ki, rüşvət alıb...

- Yaxşı eləyib tutublar! Adam da yüz manat rüşvət alar? Bir paçka dollar alsaydı, tutmazdılar.

- Niyə?

- Guya bilmirsən? Yarısını verib canını qurtaracaqdı. Əlli manata rüşvətxoru kim buraxar?

 

qədər otlayırsan?

 

Xalaoğlunun qara ciyəri bərk ağrıyırdı, dedilər get, filan ünvanda bir kişi var, sənin kimilərini dava-dərmansız sağaldır. Ürək, ciyər, böyrək, bağırsaq xəstəliklərinin kökünü kəsir. Hətta uşağı olmayan qadınlara uşaq da düzəldir.

Xalaoğlu, əvvəlcə, inanmaq istəmədi:

- Onda bu qədər həkimə, xəstəxanaya, poliklinikaya ehtiyac var, qoy hamısını bağlasınlar ...

- Şəkk eləmə, get, görərsən!

Xalaoğlu da getdi həmin kişinin yanına. Bir aydan sonra xəbər gəldi ki, bəs, xalaoğlunun axırıdır, tez özümüzü çatdıraq. Gedib görsək, yaxşıdır? - Gədənin rəngi-rufu qaçıb, boğazının dərisi sallanıb, arıqlayıb çöpə dönüb, ayaq üstə dura bilmir.

Həkim soruşdu:

- yeyə bilirsən, a bala?

- Təbii qidalar qəbul edirəm. Səhərdən axşama kimi göyərti yeyirəm...

Həkim hirsləndi:

- Onda de görüm, gündə qədər otlayırsan?

 

Sual-cavab

 

- vaxt biz dünya mədəniyyətinə çatacağıq?

- Heç vaxt.

- Niyə?

- Çünki dünya mədəniyyəti bir yerdə dayanmır ki, biz ona çataq.

 

***

- Pul şirin şeydir, yoxsa, vəzifə?

- Vəzifə elə pul üçündür ...

 

Xeyrəddin QOCA

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.21.