Neftçalada “Heydər Əliyev İli”
ilə bağlı
tədbir keçirilib
“Heydər Əliyev İli”
ilə əlaqədar
Yeni Azərbaycan Partiyasının
(YAP) Mərkəzi Aparatı
tərəfindən hazırlanan
və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində
YAP Neftçala rayon təşkilatı
noyabrın 15-də tədbir
keçirib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, əvvəlcə Ulu Öndər
Heydər Əliyevin abidəsi önünə
gül dəstələri
qoyulub, dahi şəxsiyyətin xatirəsi
ehtiramla yad olunub.
Sonra tədbir iştirakçıları
Heydər Əliyev Mərkəzində Ümummilli
Liderin həyatını,
çoxşaxəli dövlətçilik
fəaliyyətini əks
etdirən eksponatlara və Ulu Öndərin
100-cü ildönümü münasibətilə təşkil
olunan rəsm sərgisinə baxıblar.
Tədbirdə Dövlət Himni
səsləndirilib. Ulu Öndər
Heydər Əliyevin və torpaqlarımızın
azadlığı uğrunda
canlarını qurban vermiş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs
edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü
ilə açan YAP Neftçala rayon təşkilatının
sədri Ülvi Fərzəliyev tarixi şəxsiyyət, görkəmli
siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının
taleyində misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli
adı və möhtəşəm fəaliyyəti
ilə bağlı olduğunu deyib. Bildirib ki, Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan bu gün dünyada güclü və nüfuzlu dövlətə
çevrilib.
Neftçala Rayon İcra Hakimiyyətinin
başçısı Mirhəsən
Seyidov qeyd edib ki, Ulu Öndərin müstəqillik illərində
ölkəmizə rəhbərliyi
dövrü Azərbaycan
xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Ümummilli Lider bütün həyatını
Azərbaycanın inkişafına
həsr edib və onun zəngin
irsi bugünkü uğurlarımızı şərtləndirir.
M.Seyidov Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində
ölkəmizin tarixi uğurlara imza atdığını diqqətə
çatdırıb.
YAP Təftiş Komissiyasının
üzvü, Milli Məclisin
deputatı Aydın Hüseynov söyləyib
ki, 1993-cü ildə Ulu Öndər
hakimiyyətə qayıdışı
ilə xilaskarlıq missiyasını yerinə
yetirdi, ölkəmizi
məhv olmaq təhlükəsindən qurtarıb.
Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana
rəhbərliyinin əsas
nəticəsi ondan ibarətdir ki, dağılmaq
ərəfəsində olan
ölkəmiz dinamik inkişaf edən bir dövlətə çevrilib. Azərbaycanı
inkişaf yoluna çıxarmaq üçün
böyük zəhmət
sərf olunub. Odur ki, Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq.
YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova vurğulayıb ki, Ulu Öndər
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dönəmlərdə liderlik
missiyasını layiqincə
yerinə yetirib. Onun uzaqgörən və məqsədyönlü
siyasəti sayəsində
müstəqilliyimizin dönməzliyi
təmin edilib və Azərbaycan böyük intibah yoluna qədəm qoyub.
Sonra çıxış edən
partiya veteranı Oqtay Kərimov və “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan qəlbi daim Vətən eşqi ilə döyünən, bütün
varlığı ilə
xalqına bağlı
olan Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna
rolundan, o cümlədən
demokratik, hüquqi dövlət quruculuğunda,
ölkəmizin qüdrətlənməsində,
xalqın rifahının
yüksəldilməsində misilsiz xidmətlərindən
danışıblar.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.
Kürçaylı
Məmmədov
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, №44.- S.17.