Vətən himnimiz
Səfər
yoldaşımız
Aygün
xanım Zeynalovaya hörmətlə
Bakıdan
Gəncəyə gedən o yollar
mənim
könlüm kimi pakdı, təmizdi.
O şəkil
oğullar, şəhid oğullar
torpağa
yazılmış
tariximizdi.
Bir cavan, əlində
silahı, gülür,
o biri səngərdən
qalxır ayağa.
Cəbhədə
dan yeri təzə sökülür,
biri də,
durbinlə
baxır uzağa.
Orda,
şəkillərdə Vətən havası,
orda
yazılmamış bir and var - Qisas!
Şəhid
anasının xeyir-duası,
Vətən
himnimizdi,
şair, qulaq as.
Qədim
arxivləri açın, oxuyun,
hünərlə
qoruyub, o, saflığını.
Ya
başqa xalqlarla yanaşı qoyun,
paklıqla
qoruyub,
qoçaqlığını.
Hünər
sərgisidi bu doğma yollar,
paklıq
sərgisidi, gətirin yada.
O şəkil
oğullar, şəhid oğullar
burdan səs
verəcək,
yüz il sonra da.
Bir ana əyləşib
indi yanımda,
Tanrım!
Gedənlərin əvəzi
nəydi?!
Gördüm,
bir ah çəkib, gəldi fəryada,
bilmədim,
sükutun o səsi nəydi?!
O Dəmir
Yumruğa sığınsın gərək,
bir mənzil
başına rahat yol gedən.
Gəncə
yollarına biz salam verək,
gələcək
illərə
salam, indidən!
...And
içənlər
Cənab
Prezident İlham Əliyev
Xankəndindəki
tarixi çıxışında yetişən yeni ruhlu
gənclərdən
də danışdı.
Sinifdə
əyləşibdi
dediyiniz o
gənclər.
Vətənin
taleyini
öz
taleyi bilənlər.
Bir şəhid
tabutuna
çiyin
verib gələnlər.
O,
atasız, anasız,
bunlar -
qardaşəvəzi,
Taleyin son
töhfəsi!
Milli
Akademiyam,
Dünyada
yeni Dünyam!
Mənim
tələbələrim!
Yeni bir
şah əsərim!
Yeni
açılan səhər!
İçində
and içənlər!
Milyondan
doqquz nəfər:
Barış,
Murad və
Ayxan;
Fərid,
Nicat və
Haqan;
Amil,
Tale və
Elmar!
Fədakar,
Təvazökar...
O
qız bir nəğməydi
Qənirə
xanımın xatirəsinə
Dünyadan
qazancı bir qələm-kağız,
bir qəlbin
oduna o yana bildi.
Ana
laylasına uyuyan o qız
bəşər
naləsinə
oyana bildi.
Gördük,
bəxtimizə doğan səhəri,
əsrin,
Ulu Öndər
şah əsəriydi.
Jurnalist
bir qızla o görüşləri
onun,
ata-bala töhfələriydi.
Türkiyə
səfəri... o da bir roman,
oxu, sətirlərin
oduna qızın.
Sən
kimi itirdin,
can, Azərbaycan,
deputat
qızıydı Türk dünyamızın!
O qız
bir nəğməydi, biz oxuyurduq,
qalır
kürsülərdə səsi, sözü də.
Biz onu tac
kimi başa qoyurduq,
biz də
görünürdük,
onun özü də.
Sevib
insanları, o, qiymət verib,
görüblər
arxadı, o bir dayaqdı.
Qənirə
bir gəncə zəmanət verib,
bu,
üzv seçilib,
o, özü yoxdu.
Yüz
canda çırpınan o, bir ürəkdi,
hökmü
əvəzsizdi andın, niyyətin.
Ömrü-ömürlərə
həsr eləməkdi,
bəlkə,
bir sirri də
Əbədiyyətin?!
Qəzənfər
müəllim, əmisisiniz,
həmi
doğmasınız, həmi Sizsiniz!
Bu
ağır gedişə ağırdı dözmək,
göynəyir
Vətənin qızı, oğlu da.
Əkbər
Qoşalıya təsəlli vermək,
şair
ürəyinə
dərd olar bu da.
Burda nə
təsəlli, nə ümid yeri,
burda o pak
ruhun öz surəti var.
Onun ürəklərdə
nitqi və şeri,
Azərbaycan
adlı -
əmanəti var.
Ayağa
qaldırdı o, hamımızı,
qoymazdı,
bilsəydi, bir ağlayan
var.
O, sevdi,
sevdirdi torpağımızı,
Tomrisin
qanından - qanında qan var.
Qoymazdı,
bilsəydi, bir ağlayan
var.
O bizi hər
yaşda eşidəcəkdi
Qələm
dostlarıma
Bir səs
harayladı Müşfiqi haqdan,
narahat eləyən
şairi nəydi?!
"Şairəm",
söyləyir yerindən duran,
adamın
üzündə həya gərəkdi".
Çaxan
şimşək idi, əsən bir külək,
bir dedi,
ta bir də o deməyəcək.
O, dünən
doğulan bir Gələcəkdi,
o bizi hər
yaşda eşidəcəkdi.
Rəqs
eləyə-eləyə
O qız
məni rəqsə dəvət elədi,
rəqs eləyə-eləyə.
Bu dəvəti
bir az xəlvət elədi,
rəqs eləyə-eləyə.
Bu xəlvətdə
gördüm xiffət elədi,
rəqs eləyə-eləyə.
Pakizənin
qızıyam mən, - deyirdi,
rəqs eləyə-eləyə.
Saçlarının
ətri mənə dəyirdi,
rəqs eləyə-eləyə.
Bir
gözəli xatırladım o dəmdə,
rəqs eləyə-eləyə.
İlk
görüşün son həsrəti sinəmdə,
rəqs eləyə-eləyə...
Möcüzə
İnsanlar
gör, necə heyif olurlar,
Bilmirsən,
haraya "qeyb" olurlar.
Sağına
baxırsan, sağında yoxdu,
Soluna
baxırsan, solunda yoxdu.
Olub, ya
olmayıb? -
ağlında
yoxdu.
Qoluna
girdiyin qolunda yoxdu,
Ayılıb
görürsən, yanın boş qalıb,
Qulaq həsrət
qalıb, göz çaş-baş qalıb.
Dünyanın
sirri
-
Şair, yenə yazırsanmı? -
sual verdi biri,
mənə.
Tanıtmaq
istədi yəqin
məndəki
şairi, mənə.
Axşam
olur, sabah olur,
mən
yazmasam, günah olur.
Yazan zaman
agah olur
bu
dünyanın sirri mənə.
Soyumasın
od nəfəsin,
əvəzi
yoxdu heç kəsin.
Ulu
Tanrım çox görməsin,
öz
verdiyi şeri mənə.
Məhəbbət
Hörmətli
Xalq artisti
Murad
Dadaşova
O
görüş, tarixi bir tamaşaydı,
yerişi
başqaydı Murad bəyin də.
Deyirəm,
həyatda kaş sağ olaydı,
özü
əl çalaydı,
yüzilliyində.
Zaman
dayanmışdı, anlar ötürdü,
Murad səhnədəydi,
hikmət səhnəsi!
Heydəri
Heydərə təqdim
edirdi,
Əhsən
Dadaşovun
oğul nəvəsi.
Addımı
təmkinli, baxışı həssas,
səsində
bir ovsun, salonda sükut!
Elə
ki, o dindi, danışdı az-az,
əl
verib görüşdü...
dəyişdi
mühit.
Biz onda
gördük ki, ağzı dualı,
Murad hər
sözünün təsirindədir.
Bir
"Heydər" səhnədə -
dərin,
mənalı! -
Bir Heydər
salonda uğunub gedir.
Sənin
ürəyinə eşqi, ülfəti
verən
o qüvvəyə, o gücə əhsən!
O dahi
insana, bu məhəbbəti,
özü
də,
səhnədən
elan edirsən!
Mən də
salondaydım, onda yüzü də,
millət
heyran idi o böyük ada.
Şanlı
sərkərdəmiz İlham özü də,
sənə
əl çalıbdı,
şərəfdi
bu da.
O
görüş, tarixi bir tamaşaydı,
yerişi
başqaydı Murad bəyin də.
Deyirəm,
nə ola, kaş sağ olaydı,
özü
əl çalaydı,
yüzilliyində.
Tarix o
məktubun oxucusuydu
Lenin
Atatürkə yardım elədi,
dedilər,
türk azdı, Antanta böyük.
- Rusdan
aldığımız borcdu bu, - dedi,
türkün
xilaskarı
dahi Atatürk.
Qızıl
pul göndərdi Doktor Nəriman,
ölkədən
neft getdi sisternlərlə.
Türkiyə
mərd çıxdı son imtahandan,
səngərdən-səngərə,
yalnız Zəfərlə.
"Nə
qədər borcumuz var indi bizim?" -
Atatürk
deyirdi Azərbaycana.
"Qardaşım,
əbədi sındı bu tilsim!" -
məktub
da göndərdi, o,
Nərimana.
Məktub
gəzdi əl-əl, dolaşdı əl-əl,
söykədi
əlini Doktor, başına.
Borc
üstə gələndə,
hər şeydən
əvvəl,
fikrini
bildirdi türk qardaşına.
"Yox,
qardaş-qardaşa borc vermir heç vaxt",
cavab məktubunun
ilk sözü buydu.
Dünən
o məktuba səs verdi bir xalq,
tarix
o məktubun
oxucusuydu.
Yayırdı
nurunu açılan səhər,
millət
oyanmışdı
bir nəfər
kimi.
Görənlər
deyirdi, görməmişdilər,
nə
Türkiyə kimi,
nə türklər
kimi,
belə
bir əvəzsiz vətənpərvəri.
Sən
bir abidəsən, ey türk əsgəri!
Cənublu
bəstəkar-müğənni
Arif
Mehmandosta
Arazdan o
tayda düşüb saça dən,
bu tayda səbrinmi
azalıb, Arif?!
Başında
açılır səhər, deyəsən,
günorta
üstünə,
az qalıb,
Arif!
Bu tayda səbrinmi
azalıb, Arif?!
Nə
yaxşı
Qələm
dostum
Yasif Nəsirlinin
85 illiyinə
Hardan
düşdü yadıma,
eşitdim mən o
səsi,
istədim
ki, çağıram,
deyəm, nə
yaxşı varsan!
Hərəmiz
bir sahənin
Moskva tələbəsi,
bax, o
gülüşlərindən
sən mənə
yadigarsan.
İstədim
ki, çağıram,
deyəm, nə
yaxşı varsan!
Yasif, qoy
sənin olsun,
açılan yeni
səhər,
qalmırsan
yenə yəqin,
sən öz
zarafatından.
Biz nə
vaxt yaşadıq ki,
belə keçdi
bu illər? -
85-in
mübarək!
Nə vaxt gəldi,
bu, hardan?
Qalmırsan
yenə yəqin,
sən öz
zarafatından.
Həyat
- biz yazdığımız,
tərcümeyi-hal
deyil,
nədir
bizi ayıran,
bizi
görüşdürən də?
Getdi sənin
xanımın,
dünyan itdi elə
bil,
uçdu,
getdi əlimdən,
gördüm təkliyi
mən də.
Nədir
bizi ayıran,
bizi
görüşdürən də?
Xatirə
gözəl qızım,
Könül də
gözəl qızın
əvəzsiz
bir töhfəsi
deyilmi
dünyamızın?
"Dünya
- yalan dünyadı", -
dedilər,
birər-birər,
guya kəşf
elədilər.
Qoymadılar
yaşayaq,
təsadüf
də var ancaq,
"yalan
dünyada" Yasif,
deyirəm,
yaşa, Həyat!
Qızlar
rəfiqədilər,
bacıdılar,
şadam-şad,
deyirəm,
yaşa, Həyat.
Adət
Bu
gün, bu tədbirdən qaça bilərdim,
şeirimin
üstündə əl gəzdirərdim.
Nəvəm
gözləyirdi, gedib dəyərdim,
işdən
axtarıblar, zəng eləyərdim.
Bir qazi
deyirdi şeir yazmışam,
dəvət
eləmişdim evə, bu axşam.
İndi
görürəm ki, tamam əksinə, -
tədbirə
qaçmışam,
iş əvəzinə...
Dərdiş
Səndən
nigaran qalmışam,
insafın
hardadı, dərdiş?
Sən
hardasan, mən ordayam,
canım
da ordadı, dərdiş.
Sən əzizim,
mehribanım,
necə
susum, necə danım?
Sənsiz
günüm-güzəranım,
gözə
bir pərdədi, dərdiş.
Sözümü
saxla yadında,
ovsun var sənin
adında.
Kölgəm
ayağın altında,
yanında
- yerdədi, dərdiş.
Hərdən
mənə baxaydın
Nəğmə
mətni
Mən
yeniyetmə bir cavan,
sən
bir az uşaq olaydın.
Mən
ayıq, təmkinli-filan,
sən
yenə şıltaq olaydın.
O şəlalə
gülüşlərə
qataydın
bu "can!" səsini.
Açaydın
sən o gözləri, -
o
Tanrı pəncərəsini.
Hərdən
mənə baxaydın,
yandıraydın-yaxaydın.
"Yuxum
gəlir" deyəydin,
məni
sehrləyəydin.
Budaqları
əyəydim,
gündən
kölgələyəydim.
Gözdən-nəzərdən
uzaq,
sən
yuxulu, mən oyaq.
Oxumayın,
durnalar,
o, yuxudan
oyanar.
Üç
qardaş nağılı
Uşaqlar
üçün
Onlar
üç qardaşıydı,
böyük
qardaş - başıydı.
Ortancıl
- ortadaydı,
kiçiyinə
- ataydı,
sağ və
salamatıydı.
Kiçiyi
- sadə, həssas,
yoldaşı
- darda qoymaz...
Hansı
alicənabdı?
Hansı
sadədi, safdı?
Varmı
bir xeyirxahı?
Bu
dünyadan agahı?
Seçin,
deyin özünüz,
nə desəniz,
yüzə-yüz!
Şərikəm
mən də sizə,
Gələn
söhbətimizə,
gələn
dəfə başlayaq,
Qalibi
alqışlayaq.
Nəriman
HƏSƏNZADƏ
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.16-17.