İlk kitabın xoş ovqatı
Nigar Arifin “Adamların yağışı” kitabı
haqqında
Taleyini ədəbiyyata bağlamaq istəyən gənclər uzun və çətin bir yol başladıqlarını bilməli, ilk addımlarından başlayaraq bütün yazılarına, kitablarına məsuliyyətlə yanaşmalıdırlar. "Hələ yolun əvvəlindəyəm" deyib, sözə başdansovdu yanaşmaq olmaz; düzgün atılmayan ilk addım sonrakı yolu dolaşıq salar. Buna görə də müəlliflərin ilk kitablarını qayğı və həssaslıqla dəyərləndirmək lazımdır.
Gənc şairlərimizdən Nigar Arif məni "Adamların yağışı" adlı ilk kitabının təqdimatına dəvət etmişdi. Kitabını oxudum, lakin təqdimata getməyə imkan olmadı.
Nigar Mingəçevirdə, o qədər də böyük ədəbi ənənələri olmayan bir yerdə anadan olub.
Onu şagird vaxtından tanıyan şair-publisist Elşən Əzim Nigarın elə o illərdən bədii mətnlər yazması ilə yaşıdlarından seçildiyini vurğulayır.
Əslində, hər şey uşaqlıqdan, ailə, məktəb tərbiyəsindən başlanır; sözə, ədəbiyyata, təbiətə bağlılıq da, vətən sevgisi də.
"Adamların yağışı"nı geniş təhlil etmək niyyətim yoxdur. Lakin Nigarın şeirlərini bəyəndiyimi bildirməyi, təcrübəli bir qələm sahibi kimi, özümə borc bilirəm.
Onun poetik duyumu müraciət etdiyi mövzuların mahiyyətinə baş vurması və öz duyğularını fərqli bir tərzdə ifadə etməsindən, özünəxas metaforalarla danışmaq bacarıgından görünür. Bu, onun şeirlərinə bir istilik və səmimiyyət aşılayır. Nigarın kitabının əsas ruhu - sevgidir; öz tale qismətini axtaran, tapan, ürəyinin zərif duyğularını etiraf edən, eyni zamanda ayrılıqdan, gözləməkdən gileyli olan gənc lirik qəhrəmanın könül dünyası həm də xalqa, təbiətə, ailə ənənələrinə, mənəvi gözəlliklərə bağlıdır. Bu sevginin, həm də bir fəlsəfi tərəfi var.
Bu anlamda Nigarın ilk kitabı üçün seçdiyi ad şeirlərinin ruhuna uygundur, çünki təqdim olunan şeirlərinin çoxunda insan taleləri ilə bağlı düşüncələr, mərhəmət, itkilərdən doğan kədər, görüş həsrəti əksini tapıb. Buna görə də yaşadığı şəhəri tərk edib gedən insanlar onun döləmində şəhərin gözündən axan yaşlara bənzədilir. Adamlar yağış kimi tökülüb gedirlər.
Rəngi qaçır şəhərin,
rənglərini qapıb gedir adamlar.
Boz danışır, boz dinir,
Bu şəhərin gözlərindən yağır, yağır adamlar,
İslanır ürəyində
qaçıb gedə bilməyən fağır-fağır adamlar...
"Sən elə şeirsən... mən səni yazıram" adlı şeir də Nigarın kitabının əsas mövzusunu, ruhunu göstərən nümunələrdəndir. Gənc müəllif elə ilk kitabından insanın mənəvi dünyasını, öz arzularını reallaşdırmaq üçün apardığı mübarizələrin, qısa ömrünə yüzillərin quruculuq gücünü dolduran eşqin, haqqa və gözəlliyə bağlılığın ədəbiyyat üçün əsas mövzu olduğunu nümayiş etdirir. Yəni onu da düşündürən və ilhamlandıran ədəbiyyatın baş qəhrəmanı olan insan və onun yazıldıqca bitməyən, köhnəlməyən duyğularıdır. Görünür, poetik ənənələrimizi yaxşı bildiyinə görə onun da bədii düşüncə və ifadə tərzinin mərkəzində yüksək mənəvi dəyərlərə bağlılıq, insanın gizli dünyasına nüfuz etmək və bunun üçün uyğun dil vasitələri tapmaq istəyi dayanır.
Mən coğrafiya dərslərindən
Həyatın qızarmış gözlərini görürdüm.
Vulkan kimi püskürən gerçəkləri,
gerçəklərin lavasında
yalanların süründüyü düzənləri,
ən uca dağların yerə çökən dizlərini görürdüm...
Nigarın "Həyat", "Qeybət", "Alnındakı cızmaqara", "Çağırış", "Mənim albomum", "Qələmlə söhbət", "Qanadlar köçmək üçündür", "Yol", "İçimdəki daş" kimi uğurlu şeirlərində təbiət, insan həyatı, sevgi, ömrün mənası haqqında düşüncələrdən doğan narahat ruhun çırpıntıları var. Bu qismdən olan şeirlərdə lirik qəhrəmanın özünü daha yaxşı dərk etmək, öz daxili aləminin sirlərini aça bilmək istəyi ifadə olunur:
Çəkil, dünya, çəkil, çəkil,
Gedirəm, özümə gəlməyə.
Elə nə vaxt ağlayıram,
Başın qarışır gülməyə.
"Gedirəm, özümə gəlməyə"
Özünə gəlmək - qəmlə sevinc arasında keçən ömrün sirlərini, yaşantıların əks qütbləri
Poeziya üçün ənənəyə çevrilmiş təbiəti insanda, insanı təbiətdə görmə və göstərmək bacarığı Nigarın da şeirlərinin əsas poetik boyalarına çevrilir; insanın ruh aləmi təbiətin durumu ilə şəkilləndirilir:
Mən adam deyiləm, adam deyiləm,
Qapısı qıfıllı bir
evəm, bəlkə,
Özüm öz içimdən
çıxa bilmirəm.
***
Sarmaşıb baxışlar qəm
hasarına,
Yaşlar
salxımında gilə-gilədir.
Sevinci, nəşəni söylə,
kim dərib?
Kədərin işvəsi cilvə-cilvədir.
***
Elə baxma, mənim də tərs yanım var,
Sənin
boyda bir məzarlıq canım
var...
***
Bax belədir, əzizim,
Yol uzundur, zaman dar.
Hardan biləydik axı,
Div boyda arzuların
Cırtdan ayaqları var?!
***
Görən, hansı dərzi
yolumu biçib,
Bu yol təsadüfdi, ya mən naşıyam?!
***
Çırpınır əksim də, batır rəsmim də,
Bu dərin dəryaya dözə bilmirəm.
Çıxar, göz yaşında
boğma məni də,
Vallah, heç dənizdə üzə bilmirəm.
"Gözlərdə gizlənən
küçələr", "Həyatın qızarmış
gözləri", "İnsan,
aysberq", "Küçələrin
ağac barmaqları",
"Zamanın yaxası"
və sair təşbehlər Nigarın
yazı tərzini səciyyələndirən cəhətlərdəndir.
Poeziyada
əsrdən-əsrə, hətta
min ildən-min ilə
adlayan təşbehlər,
bənzətmələr var. Qədim Şumer, yaxud yapon nəğmələrində
sevginin böyüklüyünü
və ya sevgilinin gözəlliyini ifadə etmək üçün istifadə
edilən bənzətmələrin
çoxu, min illərdən
sonra da, bədii leksikondan çıxmayıb.
O bənzətmələr yerinə
düşməyəndə maraqsız görünsə
də, yeni, saf duyğularla dolanda, müasirləşir, Nigarın
şeirlərində öz
metaforaları ilə ənənəvi ifadə
formaları qovuşuq
şəkildədir:
Çörəyim-duzum kimisən,
Sənsiz
ömrün dadı yoxdur.
***
Gəmi
boyda arzular
Sinəmdə yelkən açır.
***
Balaca əllərin arzusu böyük,
Balaca əllərim vida istəmir.
Doğma
qucaq bilib sənin ovcunu
Getməyib özgəyə, yada, istəmir...
***
Daha bu yolları tikan, kol basıb,
Keçən günlərimsə, ayaqyalındı.
Sənli
arzularım quru xəzəl tək,
Sənli
xəyalların tozu qalındı.
Ayrı-ayrı şeirlərindən götürdüyüm misralarda
Nigarın bənzətmələri
yeni konteksdə orijinal
səslənir və şair qəlbinin hansı havalar üstə kökləndiyini,
necə döyündüyünü
aydın göstərir.
"Mənim albomum aynalar idi" deyən müəllif, eyni şəkildə:
"mənim albomum yazdıqlarımdır" da deyə
bilərdi. "Adamların
yağışı" kitabından
Nigarın çeşidli
portretləri boylanır,
Bu portretlərin üzündən
və sözündən
zamanın ovqatını,
sevinci və kədərini, nəhayət,
Vətənin durumunu,
müəllifin ümidlərini
oxumaq mümkündür:
Çiçəyinə, gülünə
torpaq olum,
Sən ağac ol, mən
sənə budaq olum.
Əyilməsin - başına bayraq
olum,
Qılıncınla qəlbinə zəfər yazıb.
"Çağırış"
Nigarın lirik qəhrəmanı
kövrək və zərif oldugu qədər də dözümlüdür, fədakardır,
öz dünyasını,
sevgisini qorumaq üçün hər cür çətinliyə
dözəndir.
Mənə nə, bu sevda lap boran olsun,
Geyinib səbrimi isinəcəyəm.
***
Tənha
adamlar tez üşüyür, bilirəm,
Bir qucaq şeirim var, odun əvəzi...
***
Mən də ki, mənəm də...həmişəki
mən,
Yox, sərxoş deyiləm, yox, içməmişəm.
Həmin
küçədəyəm, həmin evdəyəm,
Dönmək istəmirsən?
Gecikməmisən...
Onun sevgi şeirlərinə sızıltıdan kənar,
gənclk həyatının
bütün hallarını
mərdi-mərdanə qarşılamaq
hissi hakimdir və lirik qəhrəmanın
xarakterindəki bu cəhət onu fərqləndirir və sevdirir. Bu baxımdan,
"Təsəlli", "Yaşamaq", "Gün
doğur", "Oyan"
şeirlərinin ovqatı
ayrıca qeyd olunmalıdır. Həyatın
sınaqlarına dözmək,
yıxılanda durmağı
bacarmaq iradəsi
"Uduzan qadın"
şeirində ümumiləşdirilib:
Götür bu sevdanı, başına fırla,
Yaralı
qəlbinin sadağasıtək...
Ört könül qapını,
bərk-bərk qıfılla,
Bu bitən eşqinin qadağasıtək.
Yığ, topla yükünü
kirpiklərindən,
Qurud ürəyində göz yaşlarını.
Ağlama,
sevgiyə uduzan qadın,
O kordu, itirib baxışlarını...
Uşaqlıq xatirələrinin Nigar
Arifin lirik qəhrəmanının
həyatında tutduğu
yeri göstərmək
sarıdan "Xatirələr
otağı" şeiri
də maraqlıdır:
...Görüşürük nə
vaxtsa,
salam da vermirəm heç, -
qürurum üstələyir.
Ürəyimdə nə varsa,
yanıb-yanıb eləcə
əlimdə tüstüləyir...
Kitabın sonunda verilmiş
"Hər şey
var, heç nə yoxdur" adlı mənsur şeir də Nigar Arifin poetik ruhunun davamıdır, ailəylə,
böyüklərlə bağlı
saf, səmimi bir xatirə parçasıdır. Nəvənin
babaya olan sevgisindən çıxan
nəticə öz sadəliyində dərin bir həyat həqiqətini dilə gətirir: İnsanlar bir-birlərinin gözlərində
əks olunduqca yaşayırlar.
Nigarın kitabının təqdimatına
getsəydim, orda da təxminən bunları deyəcəkdim...
25.10.2023
Sabir Rüstəmxanlı
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.14.