“Balalara
hədiyyə” kitabı 9-cu Bakı
Beynəlxalq Kitab Sərgiində təqdim olundu
Respublika Uşaq
Kitabxanası və “Təhsil” nəşriyyat evinin birgə təşkilatçılığı ilə Firidun bəy Köçərlinin
“Balalara hədiyyə”
kitabı yeni tərtibatda oxuculara təqdim edilib.
9-cu Bakı Beynəlxalq
Kitab Sərgisi çərçivəsində keçirilən təqdimat
mərasimi 3 nömrəli
Uşaq-gənclər inkişaf
mərkəzin “Çiçəyim”
uşaq teatrı üzvlərinin təqdimatında
“Tık-tık xanım”
və “Qaravəllilər”
kompozisiyası ilə
başlanıb.
Filologiya elmləri
doktoru, AMEA-nın Ədəbiyyat İnstitutunun
Uşaq ədəbiyyatı
şöbəsinin müdiri
Elnarə Akimova çıxışında qeyd
edib ki, F.Köçərlinin “Balalara
hədiyyə” kitabı
xalqın öz ana dili, soykökü
ilə qurduğu mənəvi-ruhsal rabitə
kimi dəyərlidir:
“Köçərli haqqında
ən gözəl təyinlərdən birini
görkəmli yazıçı-ədəbiyyatşünas
Mir Cəlal Paşayev verib: “Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli
təkbaşına görmüşdür”.
Eyni qənaəti onun “Balalara hədiyyə” kitabı haqqında da səsləndirmək mümkündür.
“Balalara hədiyyə”
kitabı sonrakı neçə nəslin dünyagörüşünün formalaşmasında, mənəvi-əxlaqi
keyfiyyətlərin dolğunlaşmasında
xüsusi rolu olan mətnlər toplusudur”.
Filologiya üzrə
fəlsəfə doktoru
Aygün Bağırlı
bildirib ki, 160 illiyini qeyd etdiyimiz
maarif xadiminin irsi hər zaman
aktuallıq kəsb etdiyi üçün yenidən araşdırılmasına,
nəşr olunmasına,
gənc nəslə təqdim olunmasına ehtiyac var. Bu
kitabın yenidən nəşr olunması ömrünü uşaqların
işıqlı sabahına
həsr edən Firidun bəyin xatirəsinə də ehtiramdır.
“Balalara hədiyyə”
kitabının redaktoru,
uşaq yazıçısı
Sevinc Nuruqızı və “Təhsil” nəşriyyat evinin rəhbəri Tural Axundov da kitabın
yeni nəşri ilə bağlı fikirlərini bölüşüb,
bu işdə uşaqların iştirakını
xüsusi qeyd ediblər.
Nəşrin tərtibçisi, Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qeyd edib ki, Azərbaycan xalqının böyük maarifpərvər oğlu Firidun bəy Köçərli geniş xalq kütləsinin savadlanması yolunda çox iş görüb. 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabı da belə ali məqsəd daşıyırdı. Kitabda müəllif Azərbaycan folkloruna aid topladığı materialları oxuculara çatdırıb. Müəllif yaş səviyyəsinə müvafiq olaraq kitabın birinci hissəsinə 49, ikinci hissəsinə 26 didaktik mənzum parça, nağıl, hekayə, tapmaca, sayaçı sözlər və başqa təlim-tərbiyə üçün zəruri olan mətnlər salmışdr. Yeni nəşrə 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin rəsm dərnəyi üzvlərinin mövzuya uyğun çəkdikləri rəsm və illüstrasiyalar da daxil edilib. Kitab F.Köçərlinin 160 illik yubileyi münasibətilə nəfis tərtibatda, “Balalara hədiyyə”nin 1967 və 1987-ci il nəşrləri (“Gənclik” nəşriyyatı) əsasında hazırlanı
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.11.