Ümmülbanu-Banin haqqında bilmədiklərimiz

 

Banin haqqında bu günə qədər müxtəlif səpkili məqalələr yazılıb, sağlığında onunla müsahibələr aparılıb. Bəs Banin "Qafqaz günləri"ndə müsahibələrində həqiqətləri açıqlayıbmı? Məncə, həyatı ilə bağlı sualların çoxuna cavab verməkdən yayınıb.

Anasız böyüməsi, enişli-yoxuşlu həyatı Banində dərin psixoloji travmalar buraxmışdı. "Qafqaz günləri"ni oxuduğumuz zaman bunu açıq-aşkar hiss edirik. Təbii ki, romanın səs-küy yaratması, maraqlı olması üçün bir çox hadisəni təxəyyül məhsulu olaraq əlavə etdiyini düşünürəm.

Bir alman dayə tərəfindən yetişdirilməsi Banində Qərbə qarşı böyük heyranlığın yaranmasına səbəb olmuşdu. Romanda nənəsinin Baninə kafir təhsili verdiyi üçün atasını danlamasından da uzun-uzadı bəhs edilir. Dayənin Banini bacılarını gizlində xristian dini mərasimlərinə aparması da onun dini fikirlərinin haçalanmasına, zədələnməsinə imkan yaratmışdı.

Bu romanda Baninin "boynuma almalıyam ki, özümdə heç kimə qohumluq duymamışam. Bilmirəm, bu bəşəri hissdir, yoxsa, mən təbiətən pis adamam" qəbilindən olan ailəsini gözdən salan fikirləri çoxdur.

Banin romanda həyat yoldaşı Cəmil ailəsi haqqında da ötəri məlumat verir. Müsahibələrinin heç birində isə əri ailəsi ilə bağlı açıqlama vermək istəməmişdir. Bu məqalədə Baninin romanda mənfi surət kimi təqdim etdiyi həyat yoldaşı Cəmil - Balabəy Qocayev (Qocagil) ailəsi haqqında həqiqətlərə işıq tutmağa çalışacağıq.

Əvvəlcə, ondan başlayım ki, Balabəy Qocayev nənəmin dayısıdır. Baninin romanda ciddi bir şəkildə tənqid etdiyi bu ailə Bakının nüfuzlu, təhsilli ailəsi idi. Balabəy, Qarabəy Aşurbəyovun qız nəvəsidir. Qeyd edim ki, nənəmin əmisi Bakı qazısı Əbdürrəhim Hadızadə XX əsrin əvvəlində qurulan Səadət mədrəsəsində dövrün mütərəqqi ziyalıları (Əlibəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Fərhad Ağazadə) ilə birlikdə fəaliyyət göstərmişlər. Səadət mədrəsəsinin şagirdləri üçün 10-a yaxın şəriət dərsliyi yazmışdır. Əliheydər Ağabəy Qocayev isə cumhuriyyətin xaricdə təhsil almış (Kiyev Almaniyada) tələbələrindən idi. "Azərneftkəşfiyyat" Birliyinin baş mühəndisi Mahmud Yusif oğlu Salamov da bu ailəni təmsil edirdi. Bu siyahını yaxın vaxtlarda nəşr olunacaq "Saray saraylılar" kitabında görə bilərsiniz.

Balabəy Qocayev təxminən 1880-ci ildə Bakının Saray kəndində anadan olmuşdur. Atası Ağabəy Qocayev, anası Xanımbacı neft milyonçusu Teymur Qarabəy oğlu Aşurbəyovun bacısıdır. Köhnə Çay fabrikinin yanında ikimərtəbəli evdə yaşayırdılar. Qeyd edək ki, Stalin repressiyaları bu ailəni pərən-pərən etmişdi.

Onlar ailədə 4 uşaq idilər - böyük bacısı Yaxşıxanım, qardaşı Əliheydər Qocayev, kiçik bacısı Törə xanım. Qardaşı Əliheydər, əvvəlcə, Bakıda texnikumda, daha sonra Kiyevdə daha sonra Almaniyada universitetdə təhsil almışdır. Pianoçu olan Törə xanım, Ənvər Paşa ilə birlikdə Bakıya gəlmiş, Mühiddin bəyə ərə getmiş Türkiyəyə köçmüşdür.

Balabəy Qocayev haqqında qohumu Sara Aşurbəylinin xatirələrində vəfatıyla əlaqədar Ankarada nəşr olunan "Azərbaycan" jurnalındakı nekroloqda məlumat verilmişdir. B.Qocayev, ilk öncə, Bakıda, daha sonra Belçikanın Liej şəhərində təhsil almış ixtisasca mühəndis olmuşdur. Zənnimizcə, Balabəy Qocayev T.Aşurbəyovun xaricə göndərdiyi tələbələrdən olmuşdur. Teymur Aşurbəyov neftdən əldə etdiyi gəlirlə məktəb tikdirmiş, məscidlərin tikintisinə köməklik göstərmiş, tələbələrin xaricdə oxumasına vəsilə olmuşdur. Aşurbəylilərin təqaüdü ilə Mirəsədulla Mirqasımov, Hənifə Pirverdiyeva, Ruhulla Axundov kimi tanınmış xadimlər xaricdə təhsil almışlar.

Professor Sara Aşurbəyli o illərdə çox sayda türk aydınının yetişdiyni yazır onların arasında qohumu olan Balabəy Qocayevi xüsusi olaraq xatırlayır:

"K gtomu periodu otnositsə i zarojdenie bolğşoy qruppı törkskoy intelliqenüii. Mnoqie iz nix poluçili obrazovanie za qraniüey. Papin rodstvennik Balabek Xodjaev, matğ kotoroqo Xanbadji urojdennaə Aşurbekova, poluçil diplom injenera-gkonomista v Belğqii".

"Bu dövrdə böyük bir türk ziyalı qrupu ortaya çıxmışdır. Bunların çoxu xaricdə təhsil almışdır. Atamın qohumu olan Balabəy Qocayev Belçikada təhsil alaraq mühəndis-iqtisadçı diplomu almışdı. Onun anası Aşurbəylilərdəndir".

Sara Aşurbəyli, Balabəy Qocayevin SSRİ Xarici Ticarət Nazirliyində ("Vneştorq") işlədiyini qeyd edir.

Balabəy Qocayev, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ticarət Sənaye naziri olmuş Mirzə Əsədullayevin qızı Ümbülbanu ilə evlənsə , fəqət bu evlilik uzun sürmür.

Mirzə Əsədullayev, 1920-ci ildə ruslar tərəfindən həbs edilmiş, Balabəy Qocayevin köməyi ilə qısa müddətdə həbsdən azad olunmuşdur. Balabəyin dəstəyi ilə Fransaya gedən Ümbülbanu orada "Banin" təxəllüsü ilə yazıçı kimi fəaliyyət göstərmişdir.

Sara Aşurbəyli, Balabəy Qocayev ilə Ümbülbanunun izdivacı haqqında da məlumat verir öz fikirlərini əlavə edir:

"...No, vskore Ummulğ-Bani uvidela, kak təjelo ey stalo jitğ bez otüa i çto u nix uje ne ostalosğ boqatstva, ona stala nujdatğsə, jila ploxo s tetkoy i babuşkoy. Balabeku ona ponravilasğ i on stal ee svatatğ. Pervıy raz ona emu otkazala, xotə on bıl dovolğno priətnoy vneşnosti i poluçil obrazovanie v Belğqii. No, koqda ona uznala, çto on poluçil komandirovku v Turüiö, ona dala soqlasie, i on s ney priexal v Stambul, qde jila eqo sestra Tura-xanum, vışedşaə zamuj za turka... Vskore oni uexali v Parij... Okazıvaetsə Ummulğ-Bani s korıstnoy üelğö vışla zamuj za Balabeka, çtobı vıbratğsə iz Baku i popastğ k otüu v Parij" (Aşurbeyli).

"...Qısa müddətdən sonra Ümbülbanu atası olmadan yaşamağın çətin olduğunu, pulsuz qaldığını, bibisi nənəsiylə birlikdə yaşaya bilmədiyini başa düşdü. Balabəyin ondan xoşu gəlirdi. Ancaq Balabəyin ilk təklifinə etiraz etdi. Baxmayaraq ki, o, olduqca yaraşıqlı idi Belçikada təhsil almışdı.

Amma onun Türkiyəyə ezamiyyətə gedəcəyini biləndə razılaşdı o, onunla birlikdə - türklə ailə quran bacısı Törə xanımın yaşadığı İstanbula gəldi... Tezliklə Parisə yola düşdülər... Məlum olur ki, Ümbülbanu Bakıdan çıxıb Parisə - atasının yanına getmək üçün məqsədli bir şəkildə Balabəylə evlənmişdir".

Balabəyin Ümbülbanu ilə görüşü evliliyi onun "Qafqaz günləri" əsərində yer almışdır (Banin: 2006). Balabəy Qocayev nüfuzundan qohumluq əlaqələrindən istifadə edərək Ümbülbanunun atası, keçmiş nazir millət vəkili Mirzə Əsədullayevi həbsdən azad etmişdir. Bunun müqabilində M.Əsədullayev Balabəyin öz qızı ilə evlənməsinə razılıq verib. Balabəy Qocayev istər ailəsi, nəsli, təhsili, vəzifəsi, dövlət səviyyəsində nüfuzu baxımından Ümbülbanudan üstün olsa da, qadın öz yaradıcılığında onun haqqında mənfi məlumatlar vermişdir.

Sara Aşurbəyli xatirələrində Balabəy Qocayevlə İstanbuldakı görüşünü təsvir etmişdir:

"V 1924 qodu papa vstretil v Stambule svoeqo rodstvennika Balabeka Xodjaeva, sına sestrı Teymur-beka Aşurbekova Xanbadji-xanum. On priexal v Stambul v komandirovku ot Vneştorqa s molodoy jenoy, doçerğö Mirzı Asadullaeva Ummulğ-Bani-xanum. Papa priqlasil eqo s jenoy na obed... İtak Ummulğ-Bani-xanum s Balabekom prişli k nam v qosti na obed. Marika, naşa kuxarka, priqotovila plov i druqie vkusnıe vehi. dolqo besedovali s nimi" (Aşurbeyli).

"1924-cü ildə atam İstanbulda qohumu Balabəy Qocayevlə görüşdü. O, Teymurbəy Aşurbəyovun bacısı Xanbacı xanımın oğluydu. O, Mirzə Əsədullayevin qızı olan gənc həyat yoldaşı Ümbülbanu xanımla birlikdə SSRİ Xarici Ticarət Nazirliyindən İstanbula gəlmişdi. Atam onu evimizə günorta yeməyinə dəvət etdi...Ümbülbanu xanım Balabəylə birlikdə bizə yeməyə gəldi. Xidmətçimiz Marika plov digər gözəl yeməklər hazırlamışdı. Onlarla uzun-uzun söhbət etdik".

B.Qocayev, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə Fransanın Sorbon Universitetindən məzun olan, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində jurnalist, yazıçı diplomat kimi fəaliyyət göstərən Ceyhun Hacıbəyli kimi önəmli şəxsiyyətlərlə dostluq əlaqələri qurmuşdur. M.Ə.Rəsulzadənin "Məktublar, Şəfibəyçilik" adlı məqaləsində bu mövzuya toxunulmuşdur. M.Ə.Rəsulzadə 24 aprel 1924-cü ildə İstanbuldan Parisə - Ceyhun Hacıbəyliyə göndərdiyi məktubunda yazır: "Dostun Balabəy Qocayev İstanbula gəlmiştir. Çok mümkün ki Parisə gedəcəkdir. Həyat yoldaşı ilə bərabərdir. Mənimlə hələ görüşməyib. Çok diqqətlidir... Parisə gəlmədən öncə Balabəyə məktub yazmaq istəsən mənə göndər. Mən ona çatdıraram".

Deməli, B.Qocayev, Sovet rejimindən bezmiş ezamiyyəti fürsət bilərək Türkiyədə qalmışdır. Azərbaycan Kültür Dərnəyi tərəfındən nəşr olunan "Azerbaycan" dərgisində B.Qocayevin birbaşa siyasətlə məşğul olmadığı, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Türkiyədə Türkiyə xaricində "Müsavat" adı altında həyata keçirilən bütün milli fəaliyyətlərdə əvvəldən sonuna qədər əlindən gələn hər cür vasitələrlə dəstəklədiyi qeyd olunmuşdur.

Banin "murdar şəhər" dediyi Bakını deyil, Parisi seçdi. Fəqət, qürbət ona arzuladıqlarından heç birini - şöhrət, sərvət, xoşbəxtlik bəxş etdi. Vətəndə vəfat etsəydi, ən azından İslam adət-ənənəsinə uyğun dəfn ediləcək məzarı olacaqdı. Bunların heç biri ona nəsib olmadı. Bütün bunları Banin özü istədi. Amma yenə ona Vətəni sahib çıxdı.

 

Vüsalə MUSALI

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 noyabr, №44.- S.8-9.