Karl Krausun aforizmləri
Karl KRAUS (1874-1936)
Avstriyalı satirik nasir, şair, aforist, ədəbi tənqidçi,
felyetonçu və publisistdir.
1874-cü il aprelin 28-də Almaniyanın Bohemiya əyalətinin Yiçin şəhərində doğulub.
Atası yerli Kağız fabrikinin sahibi olub.
Ədəbiyyata və
teatra olan dərin maraq hissini balaca Karla anası
aşılayıb.
Əvvəllər qəlbi aktyor olmaq arzusuyla çırpınan bu oğlan anadangəlmə fiziki qüsura malik imiş
deyə,
anası
onu bu niyyətindən daşındırmağa nail olur.
Ona görə də gənc Karl sonralar Vyana Universitetində fəlsəfə və ədəbiyyat
üzrə
ali təhsil alıb.
1892-ci ildən etibarən o, dövri mətbuatda Avstriya ilə Almaniyanın ədəbi və teatr həyatı
ilə bağlı yazılarıyla
çıxış etməyə başlayıb. 1899-cu ildə
"Məşəl" (Die Fackel) dərgisini təsis edib.
Əvvəlcə onun redaktorlarından biri, 1912-ci ildən sonrakı
dönəmdə isə yeganə
redaktoru kimi fəaliyyət göstərib. Oxucular arasında böyük rəğbət görən jurnal Krausa görünməmiş şöhrət gətirir,
hətta müasirləri ona "Almaniyanın Yuvenalı"
ləqəbini də
yaraşdırırlar.
Özünün ədəbi-siyasi yazılarında Kraus Avropa mədəniyyətinə yad bütün cəhətləri amansız satira atəşinə tutur, liberal mətbuatdakı
ikiüzlü
yazarlardan başlamış ta Ziqmund Freydin (1856 - 1939) Psixoanaliz təliminə
qədər hər şeyi amansız tənqid eləyir.
Millitarizmə qarşı
çıxan Kraus, təbii ki,
Birinci dünya müharibəsindəki məğlubiyyətin qisasını almaq barədə fasiləsiz
çağırışlar edən revanşistləri də
açıq-aşkar qınayırdı.
Sülh ideyalarına arxa çevirdikləri
üçün sosialistlər və din xadimləri isə
vaxtaşırı onun kəskin tənqidlərinə
tuş
gəlirdilər. Krausun
1915-19-cu illərdə
yazdığı
"Bəşəriyyətin son günləri"
dramında yaxınlaşmaqda olan növbəti qlobal faciənin ilk siqnallarını, əlamətlərini duymaq heç də çətin deyildir.
Öz ana dilinin saflığı uğrunda durmadan mübarizə
aparan Kraus onu xalqın həm estetik,
həm də mədəni nailiyyəti sayırdı.
Onun bu mövzuya həsr etdiyi məqalə
və esselər vəfatından sonra, yəni 1937-ci ildə
"Dil"
adlı
kitabında bir arada toplanıbdır.
Doqquz kitabda yer alan şeirləri və
dörd cildlik "Sözə çevrilənlər" kitabında cəmlənən aforizmləriylə
Karl Kraus almandilli ədəbiyyatda
özünəməxsus bir yazı
üslubu yaratdığını sübuta yetiribdir.
Ən maraqlı cəhətlərdən biri də
budur ki,
istər siyasi,
istərsə
də mədəni baxışlarında o, öz zəmanəsinin aparıcı tendensiyalarına əsla boyun əyməyib,
öz sərbəst düşüncə
tərzinə,
şəxsi mövqelərinə
həmişə
dərin sədaqət sərgiləyibdir.
Yaşadığı dövrdə
hakim mövqelərə yüksələn
realist dram tərzinə qarşı
çıxaraq, o, poetik
teatrın prinsiplərini
irəli sürüb və sırf bu sayədə Bertolt Brext kimi dünyamiqyaslı
dramaturqun və rejissorun meydana çıxması üçün
münbit şərait
yaradıbdır. A.Şönberq həmişə
vurğulayırdı ki, gənc
qələm sahibləri
- digər yazarlardan fərqli olaraq - Karl Krausdan orijinallıq baxımından misilsiz dərslər ala bilərlər.
1889-ci ildə o, yəhudi icmasından çıxdığını
elan edir, 1911-ci ildə
xaçpərəstliyi, 1923-cü ildə isə katolik məzhəbi qəbul etdiyini rəsmən bildirir. Nüfuzlu yəhudi ziyalılarına (Otto Veyningerə,
H.S.Çemberlenə) və ümumilikdə sionizmə qarşı kəskin çıxışları
K.Krausun zamanla aşkar bir antisemit kimi dəyərləndirilməsinə imkan yaradır. Öz milli mənsubiyyətindən,
yəni yəhudiliyindən
xəcalət hissi duyan Kraus hər cür millətçiliyin
də qatı əleyhdarına çevrilir,
kosmopolit baxışların
isə daha qızğın bir şəkildə müdafiəsinə
qalxır. "Ümumilikdə
götürəndə, insanoğlunun
bəlli bir dəyəri varsa, bu, onun hansı
milliyyətə mənsubluğundan
asılı ola bilməz"
fikri onun dünyagörüşünə tam mənada hakim kəsilir.
1933-cü
ildə Almaniyanın
Radio Verilişləri Komitəsi
Krausun alman dilinə çevirdiyi U.Şekspir
sonetlərinin efirdə
səsləndirilməsiylə bağlı ondan izn istəyəndə,
Kraus dərin kinayə
ilə bildirir ki, həmin şeirləri ingiliscədən yox, ivrit dilindən almancaya çevirib, ona görə də bu cür
mətnlərin efirdə
səsləndirilməsi ölkədəki
irqçi və millətçi rejimin xalqa sırıdığı
hakim ideologiyanın tələbləriylə
daban-dabana ziddir.
Hələ 1923-cü ildən etibarən
öz məqalələrində
Adolf Hitlerin Avropanı
hansı bəlalara sürükləyə biləcəyini,
pangermanizmin və Avstriyanın ilhaqının
irəlidə daha nələrə səbəb
olacağını o, dəfələrlə,
həm də qorxu-hürküsüz açıqlayıb.
Ömrünün son illərində
isə Karl Kraus belə
qənaətə gəlibmiş
ki, iudaizm və xristianlıq öz səylərini birləşdirməklə,
rasizmə (irqi gözümçıxdılara) qarşı vahid bir cəbhə yaratmalıdır.
Bəzi
qadınlar əslində
gözəl-zad deyillər,
sadəcə elə təəssürat yaratmağı
bacarırlar.
İnsanı daha betər günə qoyacağına
inanan şeytan hər halda hədsiz nikbindir.
Razıyam, it - həqiqətən sədaqət simvoludur. Ancaq o, biz insanlar üçün necə sədaqət simvolu sayıla bilər ki?! Axı, o - bütün qalan itlərə yox, məhz insana, öz sahibinə münasibətdə
sədaqətlidir.
Əsəri bir dildən digərinə çevirmək
ona bənzəyir ki, əvvəlcə onun dərisini soyub, sərhəddən keçirir,
orada ikən milli libas geyindirməklə, onu bəzəyib-düzəyirsən.
Necə
davranacağını bilmədiyin
məqamlarda sən dürüst davranmağa üstünlük verməlisən.
Bakirəlik - bakirə qənimlərinin
can atdığı bir
idealdır.
"Üstün insan" ideyasını gerçəkləşdirəcək
şəxsin əvvəlcə
adi insan olması da vacib şərtdir.
Uşaqlar "dava-dava" oynayanda
əsgərləri yamsılayırlar
və bu, başa düşüləndir.
Bəs görəsən
əsgərlər niyə
bəzən davada məhz uşaqları yamsılamağa çalışırlar?!
Daha az oxumaqdan ötrü
yetərli vaxtı axı mən haradan tapım?!
Boş başda yeni biliklər üçün daha çox yer tapılır.
Ümumilikdə götürəndə, insanoğlunun bəlli bir dəyəri varsa, bu, onun
hansı milliyyətə
mənsubluğundan asılı
ola bilməz.
Mətn
oxumağa girişən
şair bir mənada xörəyin dadına baxan aşbazı xatırladır.
Zəif
iradəli adam adətən qərar verənə qədər tərəddüdə qapılır,
güclü şəxsiyyət
isə - qəti qərara gələndən
sonra.
İlk maşını kəşf
edərkən biz yetərincə
zəki idik, amma ondan yararlanmağa
başladığımız vaxt nə qədər
bəsit məxluq olduğumuz ortaya çıxdı.
Müəllimlərinin "çeynəyib
tökdüklərini" şagirdlər
"hopp edib, udmağa" məcburdur.
Öz axırının yetişdiyini
anlayan istənilən
mədəniyyət sırf
keşişlərin ümidinə
qalır.
Başqasına qarşı əsl
donuz kimi davranan adam sonradan:
"Əfv edin, axı mən də adi insanam!"
- deyir. Elə ki onun özünə qarşı donuz kimi davranırlar, onda aksentini bu cür dəyişir:
"Bura baxın ey, amma mən də
bir insanam axı!"
Mən yaşadığım şəhərdən
yalnız asfalt yol, kanalizasiya sistemi və isti su tələb
edirəm. O ki qaldı
mədəni səviyyəyə,
mən özüm də elə yetərincə mədəniyəm.
Mənim
yazı dilimin formalaşması bir sürtüyün sütül
bakirəyə çevrilmə
prosesini xatırladır.
İşində ustalaşan psixoloq
xəstəsini asanlıqla
öz ovqatına sala bilir.
Psixoanalitik - nəinki pasiyentin
özünün, hətta
onun ata-babasının
da tövbəsini qəbul
etməyə qadir bir keşişdir.
Psixoanalitiklər gördüyümüz yuxuları elə ələk-vələk edirlər
ki, sanki cibimizdə eşələnirlər.
Əslində mən qadınların
tərəfini tutmuram,
sadəcə kişilərə
qarşıyam.
Psixoanaliz
- məhz yüksək
inkişafa malik (emansipasiyalı
- A.Y.) yəhudilərin yoluxduğu
mərəzdir. Dindar yəhudilər isə elə diabetlə də keçinirlər.
Çağdaş musiqi - öz təbii qüsurlarını
sanskrit dilində nöqsansız danışmasıyla
ört-basdır eləməyə
çalışan qadına
bənzəyir.
Qadın
o dərəcədə dərin
zəkalı olmalıdır
ki, onun ağlının
hətta dayazlığı
da kişiyə gözlənilməz
bir sürpriz təsiri bağışlasın.
Təvazökarlıq - sənət adamının haqqıdır,
şöhrətə düşkünlük
isə onun boynunun borcudur.
Elə insanlar var ki, heç bir sədəqə verə bilmədiklərini
dilənçiyə heç
cür bağışlamazlar.
Təbabət adamdan həm canını, həm də pulqabısını
tələb edər.
(Qeyd: Adətən öz qurbanlarının üstünə silah çəkən quldurlar:
"Pulqabını ver,
yoxsa canından olacaqsan" deyə onları hədələyirlər.
Bu aforizmiylə K.Kraus demək istəyir ki, soyğunçulardan
fərqli olaraq, təbiblər (həkimlər)
adamın canını
da alır, pulunu da -
A.Y.)
Psixoanaliz
- bizi öz-özündən
qorumağa çalışan
bir xəstəlik növüdür.
Natiqin əsas sirri bundadır: gərək özünü o qədər
axmaq göstərə
ki, zaldakı dinləyicilər
də özlərinin
elə onun qədər ağıllı
olduqlarına inansınlar.
Bəziləri öz yamsılayıcılarının
köməyilə sübuta
yetiriblər ki, heç
özləri də orijinal birisi deyillər.
Təhsil
elə nemətdir ki, ona yiyələnən əksəriyyət tezliklə
bütün öyrəndiyini
unudur, çox az adam isə
ömrü boyu təhsillə baş-başa
yaşayır.
Təhsilli adamlar aldıqları
təhsildən kənar
mövzularda fikir söyləyincə, təhsilin
gerçək dəyəri
daha aşkar nəzərə çarpır.
Şəxsi işlərimə qarışmağı
mən hətta özümə də... yasaqlamışam.
Fetişist - qadının yalnız
tuflisinə bənd olduğu üçün
ümumilikdə qadınla
necə davranacağını
bilməyən və
buna görə yasa batan kəsdir.
Bəzən saxta arqumentlər
də gerçək nifrətə rəvac verə bilir.
Ustad rəssam - hətta ayaqsız idmançını
da qaçarkən təsvir
eləyə biləndir.
Ən geniş yayılmış
xəstəliklərdən biri də - başqalarına asanlıqla
diaqnoz qoymaqdır.
Bir çox hallarda tarixçi bizə keçmiş əyyamlardan
yazan jurnalisti xatırladır.
İndiki
zəmanədə yalan
- ağappaq səthdəki
qaralamadır.
Deyəcək söz tapmayanda
jurnalistlər elə
hey nələrsə yazırlar.
Deyəcək sözləri
olanda isə durmadan
nələrsə... uydururlar.
Əsnədiyi zaman heyvanın sir-sifəti
insanınkına necə
də bənzəyirmiş!
Jurnalist
olmaqdan ötrü sən bir şey
barədə mövcud
olmayan fikrini də ifadə eləməyi bacarmalısan.
Aforizmlər heç vaxt həqiqətin birə-bir
eynisi deyillər: onlar ya yarımhəqiqətdirlər,
ya da biryarımhəqiqət.
İstənilən evlilik - mezalyansdır
(bərabər maddi imkanlara və ictimai mənşəyə
sahib olmayan şəxslərin
nikahıdır - A.Y.)
Dünya
necə idarə olunur və müharibələr necə
alovlanır? Diplomatlar
jurnalistlərə yalan-palan
məlumatlar ötürürlər
və sonra öz yalanlarının qəzetlərdə çıxan
versiyalarını əsl
həqiqət kimi qəbul edirlər.
Mənim
vur-tut ikicə sətirdə ifadə etdiyim fikri tam iyirmi səhifədə açıqlaya bilən yazarlar da var.
Qadın
hüquqları - sırf
kişilərin vəzifələrindən
ibarətdir.
Bəziləri məhz mühakimə
olunmaqdan öz yaxalarını qurtarmaqdan
ötrü başqalarına
hökmdarlıq, rəhbərlik
edirlər.
Əsl söz sənəti - köhnə sözlərə
yenidən can verməkdir.
Dil - fikrin doğması, qohumu sayıla bilər, amma onun qulu da deyil.
Nikaha girən hər kəsdən ikiüzlülük
və əzabkeşlik
tələb olunur.
Çirkinləşməyi bacarmayan qadını... gözəl
birisi saymaq olmaz.
Hansısa sualın cavabını
qəliz tapmacaya çevirə bilməyən
adamdan yazar çıxmaz.
Qısqanclıq - oğrunu hadisə
yerinə cəzb edən it hürüşüdür.
Eyni günahı təkrar işləməyi diləməyənlərə
elə cəza kəsilməlidir ki, onlara
həmişəlik ibrət
dərsi olsun.
Bu dünya elə bir türmədir ki, oradakı təkadamlıq
kamera digərlərindən
daha arzuolunandır.
Tərcümə: Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, №44.- S.7.