Yerin görünür  

 

Ədəbiyyatşünaslıq tədqiqatlarında mövzunun xarakterinin, mahiyyətinin müəllifin ideallar dünyasına, hətta fərdi xarakterinə yaxınlığı, uyğunluğu da çox əhəmiyyətlidir. Lirik satirik əsərlərin tədqiqi, təqdimi bu cəhətdən daha böyük estetik yaşantı psixoloji sərrastlıq tələb edir... Görkəmli ədiblərin yaradıcılığında fərdi xarakterlərinin təzahürləri olduğu kimi kamil ədəbiyyatşünaslıq əsərlərində müəllifin ideallar dünyasından, vətəndaşlıq əzmindən xəbər tutmaq olur.

Həyatını fədakarlıqla elmə, təhsilə həsr etmiş unudulmaz dostumuz filologiya elmləri doktoru, professor Firidun Hüseynovun elmi yadigarları buna gözəl nümunədir.

Adi söhbətlərində belə əsas mətləbini, münasibətini sakit sərrast kinayədə, eyhamda demək Firidun müəllim üçün səciyyəvi idi. Çox vaxt özü zahirən ciddi görünürdü, amma gizli kinayəsini "əsirgəmirdi". Zahiri ciddilik ilə məzmundakı kinayə, eyham daha effektli olurdu... Təsadüfi deyil ki, əsas tədqiqatları Mollanəsrəddinçilərə aid idi. Namizədlik dissertasiyasını görkəmli satirik şairimiz Əli Nəzminin yaradıcılığına, doktorluğunu isə dahi C.Məmmədquluzadənin nəsrinə həsr etmişdir.

Firidun müəllim elmi-pedaqoji fəaliyyətində , dostluqda da çox ciddi iradəli idi. Filologiya fakültəsinin dekanı olanda da, kafedramızın müdiri kimi xüsusilə qəbul imtahanlarında da son dərəcədə məsuliyyətli prinsipial idi. Ən yaxın dostu isə kafedramızda yeri görünən səmimi şəxsiyyət olan professor İnayət Bəktaşi idi. Bir qrupda oxumuşdular, axıradək etibarlı dost oldular.

Firidun müəllim lap uşaqlıqdan həyatın ağır sınaqlarını görmüşdü. Bəlkə elə buna görə heç kəsin himayəsinə sığınmadan əzmkar, halal zəhməti ilə görkəmli alim müəllim oldu, gözəl, halal bir ailə qurdu. Balaları da ata ocağının halallığını, ucalığını bu gün ləyaqətlə yaşadırlar.

Firidun müəllimin yəqin ki, ən böyük "əsəri" olan qızı Jalə xanım kafedramızın dosenti kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam edir.

Firidun müəllimin əsərləri isə onun elmi irsinin davamı kimi tələbələrin vacib məsləhətçisidir.

"Molla Nəsrəddin" ədəbi məktəbi Firidun müəllimin elmi fəaliyyətinin əsas obyektidir. Mürəkkəb, təzadlı ömür yaşamış görkəmli satirik Əli Nəzmi yaradıcılığına aid ən nüfuzlu mənbə , şübhəsiz ki, Firidun müəllimin tədqiqatlarıdır. Müxtəlif ictimai-siyasi zəmanələr mühitində təzadlı yaradıcılıq yaşamış Ə.Nəzminin çoxjanrlı əsərlərindəki satirik mətləblərin məzmun forma, dünyagörüş istedad müstəviliklərindəki təhlilləri tam əsaslıdır, mükəmməl nəzəri nəticələrdir.

Bu gün Ə.Nəzmi yaradıclığının əsas elmi mənbəyi məhz Firidun müəllimin tədqiqatlarıdır. Onun "Əli Nəzmi" monoqrafiyası bu talesiz sənətkarın yaradıcılığına aid yeganə nüfuzlu mənbə təsəllidir.

Firidun müəllim Əli Nəzmi yaradıcılığı əsasında "Molla Nəsrəddin" ədəbi məktəbinin səciyyəvi cəhətləri barədə orijinal nəzəri fikirlər söyləmişdir. Əli Nəzminin müxtəlif zəmanələr siyasətlər meydanındakı coşğun fəaliyyəti, gülüşünün ictimai estetik xarakteri barədə dəqiq müfəssəl təhlillər aparılmışdır. Şairin satirik üslubu, əsərlərinin siyasi-bədii kəsəri, orijinallığı, hətta əlyazmaları barədə mükəmməl filoloji təhlil diqqəti cəlb edir. Haqlı olaraq bütün tədqiqat Ə.Nəzmi zəmanəsi kontekstində aparılmışdır. Ədibin realizminin, xüsusən satirasının özəllikləri dəqiq şərhini tapmışdır. Ə.Nəzmi əsərlərindəki kinayə, istehza məsxərədən istifadə üsulları, felyetonlarının kompozisiya orijinallığı nəzərə çatdırılmışdır. Yaxşı cəhətdir ki, ədibin yaradıcılığına M.Ə.Sabirin təsiri Ə.Nəzmi orijinallığı müqayisəsi aparılmış, fərdi, fərqli cəhətlər dəqiqləşdirilmişdir.

C.Məmmədquluzadə yaradıcılığı  hər tədqiqatçı üçün ciddi imtahandır. C.Məmmədquluzadə nəsri Firidun müəllim tərəfindən yeni "traktovkada" tədqiq olunmuşdur. Firidun müəllim bu əsərində tarix, ictimai mühit, dünyagörüş bədii yaradıcılıq prosesi, poetika problemləri ardıcıllığı ilə gedərək orijinal nəticələr söyləmişdir.

Firidun müəllimin nəzəri təhlilləri əsaslıdır, məntiqlidir. O, Mirzə Cəlil gülüşünü daima Mirzə Cəlil dərdi kimi şərh edə bilir. Oxucunu əsərin məhz yaranma, yazılma prosesinə, tarixinə apara bilir, müəllifin həmdərdinə çevirir...

Bu cəhətdən onun "Adi əhvalatlarda böyük həqiqətlər", "Molla Nəsrəddin mollanəsrəddinçilər" kitabları çox maraqlıdır. Birinci kitabda C.Məmmədquluzadə nəsrinin ideya-bədii özünəməxsusluğu əsas mövzudur. İkincidə isə C.Məmmədquluzadə başda olmaqla Mollanəsrəddin ədəbi məktəbinin ideya-bədii xarakteri, görkəmli mollanəsrəddinçilərin fərqli, orijinal yaradıcılıq poetikası, xüsusilə kinayələrinin məcazi mahiyyəti, quruluşu xarakteri, ən başlıcası C.Məmmədquluzadə gülüşünün əsl tragik mahiyyəti xarakteri ifşa ittiham üslubunun böyük cazibəsi, tarixi milli koloriti, konkret detallarla zəmanə əlamətlərinin nəzərə çatdırılması, əsaslı poetik təhlillər diqqəti cəlb edir. M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Qəmküsar başqa sənətkarların da fərdi yaradıcılıq üslubu dəqiq şərhini tapmışdır. Hər bir sənətkarın dünyagörüşündəki səciyyəvilik, poetik ustalığındakı orijinallıq, xüsusilə realizmindəki səciyyəviliklər göstərilir, ümumi siyasi-ictimai platformada, şəraitdə satirik hünərinin mahiyyəti nəzərə çatdırılır.

Firidunun yüksək müəllimlik mədəniyyəti var idi. O, Bakı Dövlət Universitetinin müəllimi olmağın məsuliyyətini şərəfini qiymətləndirməyi bacarırdı ömrü boyu pedaqoji missiyasına sədaqətli oldu!

Bu fani dünyada ən böyük sarcıdıcı itki əvəzsizlikdir! Dostun, həmkarın əvəzsizliyi onlardan sonra yaranan boşluqda daha aydın bilinir.

Kafedramızda Firidun müəllimin yoxluğu getdikcə daha çox nəzərə çarpır.

 

Təhsin Mütəllimov

 

Ədəbiyyat qəzeti.- 2023.- 25 noyabr, №45.- S.10.