Respublika Gənclər Kitabxanası Xalq yazıçısı İmran Qasımov haqqında videomaterial hazırlayıb

 

Noyabrın 25-i Xalq yazıçısı, dramaturq, Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən, xüsusi kino təhsili almış ilk peşəkar ssenariçilərdən biri - İmran Qasımovun 105 illik yubileyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında İmran Qasımovun 105 illik yubileyi münasibətilə yazıçının həyat yaradıcılığından bəhs edən geniş videomaterial hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda İmran Qasımovun Azərbaycan ədəbiyyatının, kino teatrının inkişafında olan əvəzsiz xidmətləri, “Uzaq sahillərdə”, “İnsan məskən salırkimi əsərləri haqqında məlumat verilir.

Videomaterialda İmran Qasımovun ssenarisi əsasında çəkilən Azərbaycan kinosunun inciləri hesab edilən filmlər haqqında məlumatlar dünyanın 25 dilinə tərcümə olunan, Asiya Afrika ölkələrinin festivallarında birinci yer tutanUzaq sahillərdəfilmindən fraqmentlər təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan videoçarxda Qırğızıstan yazıçısı Çingiz Aytmatovun, Xalq yazıçısı Anarın İmran Qasımov haqqında söylədikləri dəyərli fikirlər, dramaturqun layiq görüldüyü təltif mükafatlar yer alır.

Xalq yazıçısı İmran Qasımov 105” adlı videomaterial kitabxananın rəsmi saytında sosial şəbəkələrdə yerləşdirilib.

 

 Ədəbiyyat qəzeti.- 2023- cü il.- 25 noyabr.- ¹ 45.- S. 23.