Dan ulduzu

 

Rumın ədəbiyyatı Mihay Emineskunun şeirləri Azərbaycan dilində

 

Mihay Emineskunun seçmə şeirlərinin bir poemasının daxil edildiyi "Dan ulduzu" toplusuna poetik mətnlərin əsas tərcüməçisi, şair Səlim Babullaoğlunun yazdığı "Son söz" yazısını, oxucularımız üçün maraqlı olacaq, deyə diqqətinizə çatdırırıq. Kitabın Babullaoğlu tərəfindən qeyd olunan bir məqamı biz diqqətinizə çatdırmağı lazım bilirik: bu yazının  hazırlanmasında tarix elmləri doktoru G.Yoloğlunun "Mihay Eminesku: tarix ədəbiyyatın güzgüsündə", filologiya elmləri namizədi N.Sadıqovanın "Mübarizədə keçən ömür", şairə, tərcüməçi F.Hacıyevanın "Ulduzlardan pay istərəm" kitabına yazdığı "Ön söz", tarix filologiya üzrə fəlsəfə doktoru J.İsmayılın "Rumın ədəbiyyatı XIX-XX yüzilliklərdə: faktlar mülahizələr" "Azərbaycan-Rumıniya ədəbi əlaqələrinə bir nəzər", filologiya elmləri doktoru M. Metlyayevanın "Mihay Emineskunun "Dan ulduzu" poeması: tərcümə təcrübəsi üzərində avtorefleksiya", M.Lupaşkonun "Emineskunun sirri" məqalələrindən istifadə edilib.

 

(Əvvəli ötən sayımızda)

 

Bir neçə kəlmə yeni, orijinaldan olunan tərcümələr barədə danışmaq yerinə düşərdi. Mihay Emineskunun poeziyası üstqatı, strukturu metrikası ilə (bəzən süjeti ilə ) rumın folklorundan, xalq şeirindən qaynaqlanmış kimi görünür (əlbəttə, bu, xeyli dərəcədə belədir), onun xüsusən, bu kitaba daxil etdiyimiz orijinaldan tərcümə olunmuş şeirləri bu mənada "sadə teksturalıdır", amma obrazlar sistemi, hissi bazası ilə bu mətnlər tamam başqa səciyyə daşıyır ki, bu başqalaşma daha çox şairin metrik improvizələr əlavələr etdiyi anlarda özünü daha aydın büruzə verir. Deyək ki, "Dan ulduzu" poemasında (80-dən artıq dilə tərcümə edilmiş poema a-b-a-b qafiyə sistemi 8-7-8-7 heca sxeminə malikdir), yaxud "Əlvida" şeirində (şeir a-b-a-b qafiyə sistemi, 8-7-8-3 heca sxeminə malikdir) olduğu kimi. Kitab üçün seçib tərcümə etdiyimiz 21 şeirdən yalnız üçündə ("Yalnız şair" "Sisli gecələr" - orijinalda "Səssiz gecələr" - kimi qısa, həmçinin "Çiçəklər" - orijinalda "Cökə çiçəkləri" - kimi uzun şeirdə) qismən improvizələr əlavələr etdik. Tutalım, orijinalda "Çiçəklər" a-b-b-a qafiyə sistemi 5-6-6-5 heca sxeminə malikdirsə, tərcümədə biz bunu 6-5-6-5 heca sxeminə keçirdik, üstəgəl, hər bəndin yalnız 2-ci 4-cü misralarını qafiyələndirdik. Yaxud 8-6-8-6 heca sxeminə malik 14 misralıq "Yalnız şair" şeirini tərcümə edəndə heca sxemini gözləsək (şeir sərbəst qafiyə sisteminə malikdir deyə burda çətinlik olmadı), məna itkisi olmasın deyə, misraların sayını 18-ə çatdırdıq. Eləcə "Sisli gecələr" şeirində biz orijinal a-a-a-b-c-c-c-b + ç-ç-ç-d-e-e-e-f qafiyə sistemini birəbir saxlamağa müvəffəq olduqsa hətta hər bəndin ilk üç misrasındakı bütün sözləri qafiyələndirərək gücləndirdiksə , heca sxemində yalnız "beşlik hissə"ni saxladıq, daha doğrusu, bütün şeiri "beşlik"lə çevirdik; qismən məna "dəyişikliyi" etdik. Qalan bütün şeirlərdə (onların arasında yeddilik, onüçlük, səkkizlik, onaltılıq, beşlik, onbirlik, onbeşlik qarışıq) orijinal metrikanı saxladıq, qafiyə sistemini qoruduq.

Onu da söyləməyi lazım bilirik ki, Eminesku dəqiq qafiyələrlə yanaşı, zəif qafiyələrlə, qulaq qafiyələri ilə işləyib biz bu "xətalar"dan yan keçməmişik.

"Dan ulduzu" poeması ilə bağlı son məqam. Əvvəla, onu deyək ki, poema təkcə Eminesku yaradıcılığının deyil, bütünlükdə rumın poeziyasının əlçatmaz zirvəsi sayılır. Şair bu poemanı fasilələrlə səkkiz ilə yazıb. Milli folklor əsasında yaranan poema ideyası fəlsəfəsi baxımından çox dərin zəngindir. Ruh etibarı ilə böyük rus şairi M.Y. Lermontovun "İblis"ini xatırladan poema, üstqatı ilə məhəbbət, altqatı ilə isə daha çox metafizik, mənəvi məsələlərdən, əbədi ötərinin davamlı qarşıdurmasından bəhs edir. Müəllifin özü bunu gizlətməyib, ""Dan ulduzu" Lermontovun "İblis"inə yad deyil" söyləyib.

Bir detal: poemanın iki əsas qəhrəmanından biri "krallar nəslindən bir qız"dır (din rude mari imp?r?teşti ), kobud desək, şahzadədir. Məsələ budur ki, əksər tərcümələrdə, xüsusən, bizim yaxından tanış olduğumuz rus dilinə olan 5 tərcümədə qızın məhz şahzadə olduğu bildirilir ( bu bircə söz tərcüməçinin işinə xeyli dərəcədə yarayır, onun işini asanlaşdırır), halbuki belə deyil, qız krallar nəslindəndir, amma şahzadə deyil, əsilzadədir; təəssüf ki, biz poemanın əvvəlki əlyazma, daha doğrusu, "qaralama" versiyasında bu yanlışa yol versək , kitabı nəşrə hazırlayanda öz "səhvimizi" düzəltdik.

Bədii çeviri prosesində sətri tərcümələri hazırlayan Jalə İsmayılla yanaşı, biz dostumuz, tanınmış rumın şairi, moldovalı Nikolae Spetaru ilə tez-tez məsləhətləşirdik ki, hər iki dəyərli həmkarımıza minnətdarlıq etməyi özümüzə borc bilirik.

Biz bu kitabı hələ 2020-ci ildə (şairin yubiley ilində), ən geci, 2021-ci ilin yanvarında təqdim etməliydik, rumın ədəbiyyatından tərcümələrimizə, həmişə olduğu kimi, lütfkarlıqla dəstək verən əziz dostumuz Vüqar Novruzovla da belə düşünmüşdük. Amma məlumdur ki, pandemiya bütün yaradıcı planları alt-üst etdiyindən gecikmə oldu araya digər cari işlər, problemlər girdi. Bir müddət sonra gözəl bir təsadüf nəticəsində Rumıniyanın ölkəmizə yeni təyin olunmuş səfiri, hörmətli Vasile Soare bu tərcümələrimizdən xəbər tutdu, təklif etdi ki (etiraz etmiriksə), səfirliyin hazırladığı illüstrasiyalı nəşr üçün tərcümələri ona təqdim edək. 2021-ci ilin noyabrında cənab səfirin yaxından iştirakı dəstəyi, eləcə rumın ədəbiyyatçılarının qatqısı ilə ərsəyə gələn, əsasən, rumın rəssamlarının illüstrasiyaları ilə müşayiət olunan 20 şeirdən ibarət ikidilli nəfis poliqrafiyalı kitab işıq üzü gördü ki, həmin kitabı da Emineskunun orijinaldan dilimizə tərcümə edilərək çap olunan ilk kitabı saymaq olar.

Hazırkı kitaba isə həmin əvvəlki nəşrdəki şeirlərlə yanaşı, daha bir şeir ("İlk məktub"un fraqmenti) "Dan ulduzu" poeması əlavə olunub, üstəgəl, bütün mətnlər yenidən redaktə edilib. Tanınmış rəssam Ayxan Rəsulun maraqlı qrafik illüstrasiyaları isə nəşrə xüsusi bir mahiyyət qazandırıb.

Qalan sözləri oxucular söyləyəcək deyə, hələlik, böyük şairin bioqrafiyası ilə tanış olaq.

Mihay Emineskunun doğum tarixi rumın dövlətinin yaranışı prosesini (1859-cu ildə birləşmiş milli rumın dövlətinin yaranmasının I mərhələsi başa çatdı - Valaxiya Moldova knyazlıqları birləşdi) 9 il qabaqlamış, yaradıcılığının yetkin dövrü isə Rumıniyanın müstəqil dövlət olduğu tarixlə (10 may 1877-ci il) üst-üstə düşmüşdü.

Emineskunun doğum tarixi 1850-ci il 15 yanvar kimi qəbul edilsə , bu tarixlə bağlı mübahisələr, başqa ehtimallar da var. Belə ki, bəzi sənədlərdə yazılır: "XIX əsrin ikinci yarısında yanvar ayının ortalarında İpoteştıdan olan kiçik torpaq sahibi Georgi Eminoviç, Botaşarıda yerləşən Uspen kilsəsinə gələrək yeddinci oğlunu qeydə aldırmaq istədiyini bildirdi..." 3 nömrəli həmin qeyddə biz Emineskunun doğumu xaç suyuna salınması haqqında məlumat əldə edirik. Şairin qardaşı Matey Eminesku isə onun doğum vaxtı kimi 20 dekabr 1849-cu il tarixini göstərir. Emineskunun həyat yaradıcılığının yorulmaz tədqiqatçısı Oktava Minaha isə Mihay Emineskunun 21 dekabr 1850-ci ildə doğulduğunu iddia edir.

Şairin uşaqlığı barədə məlumat çox deyil. Haqqında yazılanlardan, müasirlərinin söylədiklərindən bəzi bioqrafik yazılardan belə qənaətə gəlmək olar ki, uşaqlığını təbiətin qoynunda, kənd sakinləri ilə bərabər keçirən Mihay, çox erkən yaşlarından dünyanı dərk etməyə, anlamağa meyilli olub. Ən yaxın dostu hamisi olan anası onun üzərində dərin iz buraxıb. Atasının çox da zəngin olmayan kitabxanası ona dünyanı tanımağa, sadə eyni zamanda böyük suallarına cavab tapmağa, əlbəttə, bunun üçün isə ilk növbədə, mütaliə vərdişlərini formalaşdırmağa kömək edib. Bəzi tədqiqatçıların fikrincə, Eminesku təhsilinin ilk iki ilini ev şəraitində alıb. 1858-ci ildə Çernovtsıda (Ukraynada vilayət mərkəzi) yunan-şərq ibtidai məktəbinin birbaşa üçüncü sinfinə daxil olub, daha sonra isə təhsilini alman gimnaziyasında davam etdirib.

1866-cı ildə maddi çətinlik üzündən təhsilini yarımçıq qoyaraq işləmək məcburiyyətində qalıb, bir müddət müxtəlif teatrlarda suflyor, mehtər, yükdaşıyan kimi çalışıb.

 

(Davamı olacaq)

 

Səlim BABULLAOĞLU

 

Ədəbiyyat qəzeti.- 2023.- 25 noyabr, №45.- S.20.