Bir kitab haqqında bir neçə söz

 

Bu günlərdə görkəmli Azərbaycan alimi, şəxsiyyətinə, biliyinə və təfəkkürünə dərin hörmət bəslədiyim akademik Nizami Cəfərovun "Ərəblər, Farslar... Türklər" adlı kitabını oxumaq fürsətim oldu. Kitab mənim ixtisas sahəmə aid olmasa da, həvəslə oxudum.

Kitabda hər bir Azərbaycan ziyalısını hər zaman düşündürən bir çox fundamental məsələlərlə bağlı geniş izahlarla rastlaşdım. Diqqətimi özəlliklə çəkən məsələlərə bölgəmizin əsas xalqları olan ərəblərin, farsların türklərin ortaq fərqli cəhətləri, məhşur tarixçi Lev Qumilyovun etnogenez barədəki passionarlıq nəzəriyyəsinin pozitiv mübahisəli tərəfləri, türk etnosunun inkişaf mərhələləri, Azərbaycan etnosunun formalaşma mərhələləri, Azərbaycanın Qafqazın qədim tarixinə köhnə yeni baxış konsepsiyaları, Azərbaycanın Avesta problemi, Azərbaycan dilinin formalaşma mərhələləri yeni Azərbaycan dilinin formalaşmasında el aşıqlarının müstəsna rolu, Firdovsinin "Şahnamə" əsərində türklərə münasibət, böyük türk filosofu Fərabinin İslam dininə fəlsəfi yanaşması, dinin fəlsəfənin ortaq tərəfləri, Nizaminin türk dünyası Atabəylər haqqında tarixi faktlara  məntiqə əsaslanan orijinal fikirləri aid edə bilərəm.

Kitabdan əldə etdiyim biliklər bir çox cəhətdən mənə faydalı oldu. Birincisi, çoxlu miqdarda bilmədiyim yeni məlumatları əldə edə bildim. İkincisi, bildiklərimi, lakin pərakəndə şəkildə olan məlumatlarımı sistemləşdirmə imkanı qazandım. Nəhayət, mübahisəli olan bəzi məsələləri dəqiqləşdirməyə istinad etməyə imkanım yarandı. Ümumilikdə bu kitabı Azərbaycanın tarixi, Azərbaycan türk etnosunun dilinin təşəkkülü, həmçinin Türk Dünyası barədə dünyagörüşünün formalaşması üçün önəmli yolgöstərici kimi qəbul etdim. Ona görə özünü Azərbaycan ziyalısı hesab edən hər bir kəsin bu kitabı oxumasını tövsiyə edirəm.

 

Nuru Bayramov,

Professor, AMEA-nın müxbir üzvü

 

17.11.2023

 

Ədəbiyyat qəzeti.- 2023- cü il.- 25 noyabr.- № 45.- S. 15.