Yol haqqı
Daha vaxtım ötdü yoldan çıxmağa,
Yola qayıtmağa heçdi,
yol haqqı.
Qərib
çağlarıdı girinc
qalmağın,
Hərə öz yolunu seçdi yol haqqı.
Doğru
qaydaların çox gopu varmış,
Həyatın nə qədər
"hap-hop"u varmış.
Pozduğum qaydanın STOP-u varmış,
Ömrüm ağ zolağı
keçdi, yol haqqı.
Yoldu,
gah tələsə, gah dura getmək,
Getmək
qara yola, ağ nura getmək...
Olmur ey, həmişə uğura getmək,
Təzə yol aramaq gecdi, yol haqqı.
Çıxacağı olan şeir
Yaman tələ qurdu bir adı nəsə,
Gördüyüm bu yuxu, gərək, dan çıxa.
Partlayan
quş kimi sığmır qəfəsə,
Ürəyim az qala ağzımdan çıxa.
Qəlbə düşən çata
vurulmaz yamaq,
Olur, yeri deyil susub
qalmağın.
Bir başqa ləzzətdir yol qarşılamaq,
Kədəri ayrıdır yola
salmağın.
Getdi, - nə əl çatan, nə yetəndi səs,
Qayıtmaq da olmur ötən
çağlara.
Canımdan ayrıldı "can" dediyim kəs,
Vardı
ən yaxınım ən uzaqlara.
Qaldıq
arzusu kor, ümidləri şil,
Vətəni buraxaq yadamı,
dostum?
Təkcə topla deyil, tüfənglə deyil,
Çörəklə vururlar adamı, dostum...
Yaşamaq olardı ümid
edib də,
Gözləri sozalı qalmağı
neynək?
Gedən
məni yordu, qəfil gedib də,
Gözümü yollara salmağı
neynək?
Sıxıldı ürəyim, nə
deyim buna?
Yoxluğu canımı sarmış
gedənin.
Mən daha ümidin çıxdım sonuna,
Demək,
çıxacağı varmış
gedənin.
Heçi olmayan şeir
Bu gedişlə gəlməyəcək
gələcək,
Nə dayanmaq, nə qayıtmaq olmur heç...
Qara gözü dümağ olur yolların,
Qara baxtı adamın ağ olmur heç...
Daha keçib saxta "qadan alım"dan,
Kimdi döyən dizlərinə
yalandan?
Nə çıxar ki, dosta quru salamdan,
Min "sağ ol"a bir canı sağ
olmur heç...
Nə əyridir, bir bax, nəyin düz deyil,
Hər şapalaq qızardan üz üz deyil.
Düz söz üçün güvənməyin düz
deyil,
Çöl adamın ürəyi
dağ olmur heç...
Qəlbi
yoxdur atəşə
kül deyənin,
İçi boşdur buz üstdən tül geyənin.
Gecə-gündüz dərd çəkib, qəm yeyənin
ürəyində bir damcı yağ olmur heç...
Ağ gözünə qara tor çək, gözləmə,
Tənha
durub, dayanıb tək gözləmə.
Gözlədiyin gəlməyəcək, gözləmə,
Adam dönüb bir də uşaq olmur heç...
Su
kimi şeir
Oyunmu
var udulası, dünyada?
Gözlərimi oyub gəldim sularda.
Yer qalmadı tutulası, dünyada,
Əllərimi qoyub gəldim sularda.
Gözmü qaldı üfüqləri
süzməyə,
Bir ömürü xoşa, bədə düzməyə?..
Mən bir ürək daşıyıram üzməyə,
Üzülməyə doyub gəldim sularda.
O limanda körpü yoxdur Sirattək,
Dalğalarla qovğa etdi bir adtək.
Öz yolumu özüm kəsdim pirattək,
Öz-özümü soyub gəldim sularda.
Bətni
zülmət, işıqlıdır
yan üzü,
Dalğalarda can üzülür, can üzür...
Nə ümid var, nə güman var dan üzü,
Sahilləri yuyub gəldim sularda.
Tapılmaz
Hər kəsin özünə görə bazarı,
Məndə sən alası
qada tapılmaz.
Bir gün kömək kimi, bir gün
təamtək,
Hər ömür çevrilə
dada, tapılmaz.
"Canım" deyənlərin
çıxmaz canları,
Ağırlıq eləmi basar yanları?
Vursan bir-birinə okeanları,
Tənha
dolanmağa ada tapılmaz.
Bizim arzularda kəsir, qalıq yox,
Tilov gümüşdəndi, qızıl
balıq,-
yox...
Çıxıb yaşamağa bir
ucalıq yox,
Özünü atmağa, ya da tapılmaz.
Zərə uduzmaq...
Dağa
vardım nəfəs
dərə, gül dərə,
Dağ ömrümü dərə-dərə
uduzdum.
Nə gözəlmiş məğlub
olmaq güllərə,
Əllərimi çiçəklərə uduzdum.
Sübh
şehiydi yaş üstümdən sıxdığım,
Dan üzünə çiyələkdi
yığdığım.
Xeyir idi zəfər deyib, çıxdığım,
Qəfil
çıxdı yolum
şərə, uduzdum.
Baş qoşmadım başda gələn ada mən,
Heç
vermədim dostlarımı
bada, mən.
Görk
olmadım doğmaya mən, yada mən,
Bir ölümə neçə
kərə uduzdum...
Çətin olur, - az sevinclə yaşa çox,
Gələn gəlir ayağa
yox, başa çox...
Güvənirdim atacağım daşa
çox,
Son oyunda düşən zərə uduzdum.
Özünə dönüş
Özümdə deyildim sənə
çatanda,
Bir udum nəfəstək dərdim yolları.
Hardasa, bir çiçək şehə batanda
Günəş şüasına sərdim
yolları.
Dəydi
qulağıma su hənirtisi,
Ağaran
üfüqdə yamac
əyridi.
Çin
çıxan yuxuydu gözümdə sisi,
Dağların başında duman
səyridi.
Başladı quşların sabah
oxusu,
Sehrinə daldığım qədim
sirdi səs.
Yasəmən ətiri, iydə
qoxusu
üstümə min yerdən çiləyirdi
səs.
Əsən güllər idi
ikindi vaxtı,
Qaçdı sübh çağının
mehi üstümə.
Biçənək yellənib axdı,
nə axdı,
Qondu çiçəklərin şehi
üstümə.
İşıqsan, batıbsa nura,
dörd yanın,
Günəşi görmüşdüm xəyal yerinə.
Əsəb mərkəzindən qaçıb dünyanın,
Yetişdim sükutun ən
lal yerinə.
Gözəlmiş imana-dinə qayıtmaq,
Dilimdə titrəyən sözümə
gəldim.
A doğma yurd-yuva, a meşə, a dağ,
Düşüb havanıza, özümə
gəldim.
Bir ömürlük şeir
Sonra unutmağa çalışır
adam,
Ətrini
yellərə çırpa
üstündən.
Ayaq izlərini silmək istəyir
O çəhlim üstündən,
bu qır üstündən.
Nədir
bu tüstünün içində azmaq? -
Bir dayan axırı, bir dur axırı...
Ürək yanğısıyla getdiyin
yolun
deyən
də olmadı, yoxdur axırı.
Nə vaxtsa, hardasa sevinc adında,
Özü dərd, sözü
qəm, - kədər
qız oldu.
Nə olsun, yapışmır...
uzanır,
amma,
Yollar ayağında qırsaqqız
oldu.
Dünyada hərəyə bir
toy tutan var,
Qəlbində qurduğun o yası
unut.
Hər kəsin haqqı var unudulmağa,
Sonra...
sonranın da sonrası, unut!
"Bu
da keçər"...
"Keçməz" demə
heç vaxt heç nə...
Demə,
yox!..
Hər adamın ömründən
bir vaxt keçər.
Gözlərini yumduğun bu körpünün,
Altından su, üstündən
kor baxt keçər.
Tale yolu bağlı olmur tamına,
Çıxış üçün
bir cız qalar adamda.
Nə olsun ki, sədaqətdə
it deyil,
Dar macalda it canı var adamda.
Yığılanda su boğaza, qorxma,
Meymununa
bala verib yaradan.
Asılmağa, atılmağa bürcü
çox,
Satılmağa qala verib yaradan.
Təsəllinin bir adı da qədərdi,
İxtiyarı şaha verir, nə olsun?!
Bu dünyada dərddi ucuz, dərdverən
dərmanını baha verir, nə olsun?!
Ömür nədir, bir dünyalıq səyahət,
Vida anı kim ağlayar,
kim gülər.
Varlı-kasıb, fərqi yoxdur,
sonuna,
Eyni yoldan keçib gedir körpülər.
Xırmanı da, yabası da cəhənnəm,
Özünə qəsd eləməkdə
şərt yoxdur.
Qu da keçər, su da keçər yuxundan,
Qəm eləmə, çəkilməyən
dərd yoxdur.
Bir gediş var hər adamda müləli*,
Öz yolunu özü seçər, qadası.
Bacar, keçir qıl körpüdən kor bəxti,
"Keçməz" demə,
hər şey keçər, qadası.
* Müləli-sirli
Çıxır
Dərd
çəkməyə var canımız,
Son məqamda qalan çıxır.
Haqdan sözdü olanımız,
O da çox vaxt yalan çıxır.
Sevinməyi qoyduq dəmə,
Gözümüz alışdı nəmə.
Satan satsın cəhənnəmə,
Sonumuza alan çıxır.
Hər işi düz əyilənin,
Yeməsi
var yeyilənin.
Hər
"qurulur" deyilənin
alt qatından talan çıxır.
Görmək olmur yüz olanı,
Astar sevməz üz olanı.
Düzənliyə düz olanı,
Dağa-daşa salan çıxır...
Qan-qarğışdı o ah nəfəs,
Şər düşəndə batandı səs.
Ey yolları kor qoyan kəs,
Arxanca öz balan çıxır.
Süleyman Abdulla
Ədəbiyyat
qəzeti.- 2023.-7 oktyabr, ¹37-38.- S.27.