Ömür yanmış zəmi kimi...
Su çəkən kağız
kimiyəm,
Gəzdirirəm can yerinə.
Günəş deyil, bəlkə
qandı,
Yığılıbdı dan yerinə?
Məni
sevgi fəsli çəkir,
Göy üzünün qəsri çəkir...
O kimdi eşq rəsmi çəkir,
Sinəmin kətan yerinə?
Ömür - yanmış zəmi
kimi,
Su basmış zirzəmi kimi,
...O qız batan gəmi kimi,
Dönmədi liman yerinə...
Bir qoca təsbeh çevirir...
Neçə qəm əkdim
canıma,
Elə canın sağlığına.
Hər səhər içdim günəşi,
İçdim danın sağlığına.
Min nəfərik, ancaq birəm,
Mən tədbirsiz bir tədbirəm.
Min nemətə and içirəm,
Bir yavanın sağlığına...
Söz danışır, beh çevirir,
Yeri beş səfeh çevirir...
Bu qoca təsbeh çevirir
o cavanın sağlığına.
Eşq tilsimdi - mən də qırım,
Ocaq yoxsa, söz yandırım...
Yüz doğru badə qaldırıb,
Bir yalanın sağlığına...
Lap yox olum... sən
ki, varsan,
Məni
göylərdə taparsan...
Mən ölsəm, şeir yazarsan,
Bu oğlanın sağlığına...
Onun
əllərinə ithaf
Minib bir gəmiyə çıxıb gedəsən,
Səni
yola sala onun əlləri...
O qız əllərini arxanca ata,
Ata əllərini su əvəzinə.
Götürüb qaçdığın arzularını,
Hər axşam sərəsən
ay işığına...
...Çatasan dünyanın
son limanına,
Səni
qarşılaya onun əlləri...
Heyrətdən özünü itirəsən
ki: -
Axı yatmamısan, bu nə yuxudu?
Haçan gəlib səni
keçdi o əllər
-
Yoxsa, o əllərin öz ağ gəmisi,
Yoxsa ki,
o qızın öz dənizi var?!
...Qaçıb o əlləri
qucaqlayasan,
Bağrına basasan son ümid
kimi.
Sonra
ovcundakı o əllər üçün,
Bir üzük yonasan gün işığından...
...Sonra düşünəsən: - bəs
bu əlləri
o qızın canından kim dərib sənə?
Kimsə
ürəyinə pıçıldaya
ki: -
"Təkcə öpmək üçün deyil o əllər,
Tanrı
uçmaq üçün
göndərib sənə..."
Hərdən dərdin
özü elə əlacdı
Bəlkə günah elə
baxışlardadı -
Bəlkə də, bu dünya heç kifir deyil?!
Məni
yağışlar da yuya
bilmədi -
Məndə əzablardı, məndə
kir deyil...
Üzünü dəyişsən, üzünə
baxmaz,
Tüstün əyri çıxsa,
közünə baxmaz.
Bu qələm özgənin
sözünə baxmaz
-
Sürgündə olsa da o, əsir
deyil.
Qorxur kölgəsindən... bu nə ağacdı?
Hərdən dərdin özü
elə əlacdı.
...Öldüm - ölümün
də sirrini açdım,
Daha mənim üçün heç nə sirr deyil...
Yoxa
çıxıb adım
bəlkə?!
Mən də bir saray
tikirəm,
O şah məni bağışlasın.
Günahımı sən bağışla,
Günah
məni bağışlasın.
Çağırmadın... qadın, bəlkə -
Yoxa çıxıb adım bəlkə?!
Sabaha çıxmadım bəlkə
-
Sabah məni bağışlasın.
İsidərmi bu şam səni?
Səhər məni, axşam
səni.
...Göyə qaldırmışam
səni -
Allah məni bağışlasın.
Bir quş qarğışından
ölə bilərəm...
Ayın
işığından əriyər
duman -
Dumanın içindən bir
şəhər çıxar.
Gecə
işıqları yorulan
zaman,
Yerin köynəyindən bir səhər çıxar...
Quruyar o
bağda naçar bir ağac,
Getsəm,
çiçəkləyib açar bir ağac...
Yüyürüb üstümə qaçar
bir ağac -
Elə bir yoluma min nəfər çıxar.
Bir quş qarğışından
ölə bilərəm,
Bir söz yoxuşunda ölə bilərəm...
Bir qız baxışından
ölə bilərəm,
Ancaq qorxuram ki, birtəhər çıxar...
Sənin adına şəhər
Mən sənin adına şəhər salmışam,
Bu gün ad qoyuram
küçələrinə.
Oturub şəhəri tumarlayıram
-
Saçını sərmisən gecələrinə...
Başqa
şəhərlərə yaman dərd olub,
Udur acısını tütün
şəhərlər.
Mən sənin adına şəhər salmışam,
Qaçıb xəritədən bütün
şəhərlər.
...Gəl, öz şəhərini göstərim
sənə,
Uzaqda deyil ki, könlüm yanıdı.
Mən sənin adına şəhər salmışam,
Ürəyim şəhərin baş
meydanıdı.
...Tikdim ürəyimin sahillərində,
Qorxdum gözlərimdən keçə,
yan keçə.
Qala qapısıyam mən bu şəhərin -
Təkcə sənin adın
qapıdan keçər...
Tanrı
bu şəhərə
səni şah seçib,
Nə fərqi: - sarayı, ya taxtı olsun?!
Bir şəhər salmışam
sənin adına,
Saldım
ki, eşqin də paytaxtı olsun!
...Qapını gün açar, pəncərəni
Ay,
Bir yanı gündüzdü,
bir yanı axşam.
Nə olsun, dünyanı verə bilmədim,
Sənə sevgi adlı şəhər salmışam...
Girib bu şəhəri gəzirəm hərdən,
Çıxmaq istəyəndə kimsə
"qal" deyir.
Sənə dünya boyda şəhər salmışam
-
Gör,
sənə bu "şəhər" darısqal
deyil?!
Sevinc axşam gələcəkdi...
Çıraq oldum, işığımı
salmağa bir dam olmadı.
Çoxu
mənə "oğul"
dedi,
Heç
biri anam olmadı.
Düz axtarıb, dağ çıxardım,
Dağı lap axsaq çıxardım...
Bu gecədən sağ çıxardım,
Yanımda bir şam olmadı.
Bu əldi, ya boş
əlcəkdi?
Nə çəkdisə, boş
əl çəkdi...
Sevinc axşam gələcəkdi
-
Gözlədim, axşam olmadı...
Hamı sol yanını
"sağ" istəyirmiş...
Sevinc əkiləndə mən də varıydım,
Yada salmadılar biçində,
qadın.
Tanrı
bir bağlama göndərib mənə
-
Heyif, adın yoxdu içində, qadın.
Sən
hara çəkildin? - Sən
çəkiləndən,
Bir gün də nəşəm yox, min günahım var.
Mən sənə min dəfə
"bağışla" dedim -
Sən elə bildin ki, min günahım var.
Hamı
sol yanını sağ
istəyirmiş,
Bəlkə bu yaraya elə yar mənəm?!
Qəm mənə nə gözəl heykəl ucaldıb -
Yüz heykəl içində füsunkar mənəm...
Gəl,
gedib oturaq öz küncümüzdə,
Bizim nə işimiz özgə masada?
Adam hərdən çıxıb
getmək istəyir,
Lap elə getməyə yer olmasa da...
...Sevinc əkiləndə mən də varıydım,
Yada salmadılar biçində,
qadın.
Tanrı
bir bağlama göndərib mənə
-
Sənin
adın yoxdu içində, qadın...
Darıxmağın rəsmi
Hardasan,
şəhlagözlüm?
Sən ən şirin acımsan.
Hələ də bilmirəm
ki,
Dərdimsən, əlacımsan.
Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün,
Bu sevda uşağını?
Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam
-
Gəl,
səndə daldalanım...
Bu çölü göndərmisən,
Sən mənə azmaq üçün?
Ürəyim bir divarmış
-
Şəklini asmaq üçün.
Ümidim
körpə kimi,
Ağlayır qundağında.
Arzularım can verir,
Kədərin qucağında...
Hardasan,
hardan bilim,
Mən
hara üz döndərim?
-
Darıxmağın rəsmini,
Çəkib sənə göndərim...
Özün məndən uzaqsan,
Kölgən keçir yanımdan.
Adına
soyuq dəyər -
Düşmə dodaqlarımdan...
Hamı çıxır su
üzünə...
Hamıdan çıxıb gedəsən,
Gedəsən çox uzaqlara.
Yer üzünü tapşırasan,
O balaca uşaqlara...
Götürəsən qələmini,
Son şeirinin varağından.
Hərdən əyilib öpəsən,
Çiçəklərin yanağından.
Bir qız çıxa yolun üstə,
O ağlaya, yol ağlaya.
Gedəsən batan günəşi
soraqlaya-soraqlaya...
İşığı tutub gedəsən
qara baxtın inadına.
Yorulanda
baş qoyasan
bir göyərçin qanadına...
Bir səhəri yola salıb,
Bir axşama yeriyəsən.
Gözlərindən Ay işığı
dama-dama
yeriyəsən...
Dalğaları çevirəsən
o üzünə, bu üzünə.
Bat, ya batma, nə
fərqi var -
Hamı
çıxır su üzünə...
...Qoy arxanca danışsınlar:
-
Hara getdi, niyə getdi?
Bir uşaq göyü göstərə -
Allahı
görməyə getdi...
Əlizadə Nurinin
Ədəbiyyat
qəzeti.- 2023.-7 oktyabr, ¹37-38.- S.10.