Qərbi azərbaycanlılar, unudulmuş irs
Məmməd Sadığın şeirləri - Nəsiman
Yaqublunun təqdimatında
Məmməd Sadıq Aran (1895-1971) - Çar Rusiyası dövründə Qarabağ vilayətinin Zəngəzur Qəzasının Sisyan bölgəsində, Rud - Bazarçay kəndində anadan olub. Alxanlı tayfasına mənsubdur.
İlk təhsilini kəndlərində almış, ərəb, fars dillərini öyrənmişdir. Bir müddət Naxçıvanda Rüşdiyyə məktəbində oxumuşdur.
M.S.Aran sonradan Bakı Ali Pedaqoji İnstitutunda da təhsil almışdır.
Türkiyəyə getdikdən sonra,
İstanbul Universitetində Ədəbiyyat fakültəsində
iki il oxumuş, eyni zamanda məktəblərdə
müəllimlik etmişdir.
Sonradan Finlandiyaya getmiş və orada bir il Helsinki Universitetində oxumuşdur.
M.S.Aran rus dilini də mükəmməl öyrənmişdir.
O, klassik Azərbaycan musiqisinə də dərindən bələd
olmuşdur.
M.S.Aran 1918-1920-ci illərdə
Azərbaycan Cümhuriyyəti
Parlamentinin üzvü
olaraq müstəqil dövlətçiliyimizi müdafiə
etmişdir.
1920-ci ilin 27 aprelində, Rusiyanın Azərbaycanı
işğalından sonra
M.S.Aran yaxın
dostları ilə gizli təşkilatda çalışmış, sovet
rejiminə qarşı
mücadilə etmişdir.
Sonradan,
gizli olaraq, İstanbula getmiş, buradakı Milli Azərbaycan
təşkilatı ilə
əlaqə yaratmış,
geri qayıtdıqda Tiflisdə həbs edilmişdir.
Həbsxanada ağır işgəncələrə
məruz qalan M.S.Aran məcburiyyətdən
özünü "dəli"
kimi aparmış,
buna uyğun xəstəxanaya
salınmış və
tezliklə oradan qaçmağı bacarmışdır.
M.S.Aran 1923-cü ildə İrana,
1924-cü ildə isə
buradan Türkiyəyə
getmişdir. Trabzonda bir müddət müəllimlik etmiş, sonra İstanbula getmiş, mətbuat, sosial və iqtisadi sahələrdə
Azərbaycan istiqlal mücadiləsini dəstəkləmişdir.
O, eyni zamanda, əsası M.Ə.Rəsulzadə
tərəfindən qoyulmuş
Azərbaycan Milli Mərkəzində
də çalışmışdır.
M.S.Aran Türkiyədən
Finlandiyaya getmiş, burada İdil - Ural türklərinin uşaqlarını
oxutmaq üçün
bir məktəb açmış, türkcə
və fincə
"Yeni Turan" adlı
qəzet nəşr etmişdir.
Finlandiyadan İstanbula qayıdan
M.S.Aran burada
iki ilə qədər "Ulus" və
"Cümhuriyyət" qəzetlərində
çalışmışdır.
M.S.Aran, eyni zamanda "Azəri Türk", "Türk Yolu", "Ergenekon Yolu"
adlı jurnalların
da redaktoru olub.
Türkiyədə "Türk Kültürünü
Araşdırma İnstitutu"nun
yaradılmasında M.S.Aranın da xidmətləri
vardır.
O, "Sənan" və s. imzalarla da yazılar çap etmişdir.
M.S.Aranın aşağıdakı
kitabları da nəşr
edilib:
1.
"İran Türkləri".
İstanbul, 1942.
2. "Türkün Altun Kitabı". İstanbul, 1944.
3.
"Ergenekon yolları (şeirlər)".
Ankara, 1952.
M.S.Aran 1971-ci
ildə İstanbulda vəfat edib, "Fəriköy" məzarlığında
dəfn olunub.
Görkəmli ziyalmız M.S.Aranın şeirlərini
oxucularımıza təqdim
edirəm.
Yurduma!
Üzündə matəmli kölgələr
sezdim,
Ruhuma acılar çökən
bir axşam.
Bayğın gözlərində min kədər sezdim,
Saralmış yarpaqlar tökən
bir axşam.
Anladım hüznünün səbəblərini,
O incə məlalın bəni yakarkən.
Anladım sevginin hər kədərini,
Ruhuma hicrandan sellər axarkən.
Günəşin qızaran son işıqları,
Hər axşam həsrətlə
ruhumu yoldu.
Dağlarda inləyən batı
rüzgarı,
Mən kimi min yasla hıçqırıyordu.
"Azəri Türk" məcmuəsi, 18 mart
1929-cu il,
il: 2, sayı: (24) 2, səh.
18.
Mayıs
Mayıs,
ey ruhumun solmayan gülü!
Sənsən tariximin şanlı
tuğrası (sancaq, əlamət)
Mənliyim, əməlim səndə
gömüldü,
Silinir səninlə qəlbimin yası...
Əsdikcə üstündə qızıl
fırtına,
Soldurur hər il zümrüd başını.
Söylə bağçandakı qanlı Nisana (aprel),
Çalmasın uğursuz zəfər
marşını.
Nəqş et sinəndəki qanlı
dəftərə,
Günahkar Nisanın qan suçlarını...
Odur çəkən hər gün qanlı məhşərə,
Sənə yol soruşan yolçularını.
Sarsılma qaranlıq yollarda,
yolçu!
Qaranlığın hökmü sübhə qədərdir.
Qoş,
qoş!..
Görünür yolunun
ucu,
Hər yolun mühəqqəq
(doğruluğu
bilinən) bir sonu vardır.
Qoş,
anlat, bu sağır kainata sən,
Tutuşan könlünün diləklərini...
Qoxlat hissiz duran insanlara
sən,
Duyğunun atəşdən çiçəklərini...
Yazdıqca bəşərin qanlı
qələmi,
"Həqiqət bul" deyə, masqaralıqlar (əyləndirici).
Mərhəmət etmə, yax bütün aləmi,
Yansın
haqq tanımaz canavarlıqlar...
"Türk İzi" dərgisi,
mayıs
1952-ci il, sayı 1.
28 mayıs - Azərbaycan İstiqlal bayramı
Hər
il gülümsərkən yeni ilk bahar
Könlümüz tutuşur, içimiz
qanar.
Bağrımızda hicran atəşi yanar,
Həsrətlə inləriz, coşub
çağlarız.
Ruhumuz Mayısın doğduğu
yerdə,
Xəzərin üfüqü boğduğu
yerdə,
Atəş qaranlığı qovduğu
yerdə
Ömrümüz sönsə də,
sönməz əməllər,
Əməl qüdrətiylə çökər
əngəllər.
Mayıs
təbiətə yeni can verir,
Solan hər filizə (toxumdan
çıxan
körpə) təzə
qan verir.
Umud çiçəklənir, həyəcan
verir.
Süslənir baxçalar, sevinir
quşlar,
Çəkilir bağlardan qara
bayquşlar.
Təsəlli duyarız qan ağlasaq da,
Sevinclə kədərlər əkiz
yan-yana.
Ellərdə kimsəsiz, öksüz
qalsaq da,
Könlümüz uzanır Azərbaycana.
Qurtuluş eşqiylə dolar
başımız,
Bir ləhzə güləriz,
dinər yaşımız.
Ah, zavallı yurdum, Azərbaycanım!
Yalnız
sənə vurğun bu əziz canım...
"Türk Yolu" dərgisi, 28 mayıs
1955-ci
il, il: 4 sayı: 8, səh.
15.
Ağladı, keçdi
Mən qərib yurdumu andım, ağladım,
Ayrılıq oduna yandım, ağladım.
Könül istəyinə qandım,
ağladım,
Göz yaşım sel oldu, çağladı, keçdi.
O mənim köksümdə
solmaz bir gülüm,
Andıqca üzünü, tutuşur
könlüm.
Ayırır ruhumdan onu bir ölüm,
Bağrımı həsrətlə dağladı,
keçdi.
Sırma
saçlarını könlümə
taxdı,
Pəmbə şəfəq kimi
könlümə axdı.
Çaldı imanımı, bağrımı
yaxdı,
Boynuma bir zincir bağladı,
keçdi.
Mən onun əsiri, o da yağının,
Solmuş
qoynundakı gülü
bağımın.
Xarabası qalmış əski
çağının
Hıçqıra-hıçqıra ağladı,
keçdi.
Qaralar geyinmiş, bürünmüş
yasa,
Dağları dumanlı, bağrında
tasa (üzüntü,
həyəcanlanma).
O yurdun halını bir soran varsa,
O da mənim kimi ağladı, keçdi...
"Azərbaycan" dərgisi,
1970-ci
il, il:19, sayı 202
Tufan olacaq
Tufan olacaq cuşa gələn al qanımızdan,
Dünya
yanacaq saqlı (saxlanmış
olan) duran vulkanımızdan.
İstərsə cəhənnəm saçılıb
ərşi qovursun,
Göy parçalanıb ildırımı
ərzə sovursun,
Hər səmti alovlarla qızıl zincirə vursun.
Tufan olacaqdır yenə coşqun qanımızdan,
Dünya
yanacaq saqlı (saxlanmış
olan) duran vulkanımızdan.
Yurdun əzəli atəşi sönməz ocağında,
Minlərcə kəfənsiz yatır
hər bucağında.
Dul qaldı gəlinlər, yetim ağlar qucağında,
Gördükcə bu vəhşətləri
keçdik qanımızdan,
Dünya
yanacaq saqlı duran vulkanımızdan.
Çıxsın yola dağlar və dənizlər hər addımda,
Yol keçməyə şimşək
hızı titrər qanadımda.
Türküm babamın şatvəti
(sındırıcı güc)
var şanlı
qanımda,
Dağlar
yıxılır fışqıracaq
al qanımızdan,
Göy sarsılacaq saqlı (saxlanmış olan)
duran vulkanımızdan.
"Azərbaycan" dərgisi,
1971-ci
il, il: 19, sayı 203, səh.
5.
Yanıq yolçular
İstiqlal savaşının qəhrəmanlarına
Çıxdıq bağrı yanıq,
uzaq yollara,
Yolumuzda
atəş, qızıl
qan vardı.
Biz uca diləyə ulaşmaq üçün,
Köksümüzdə sönməz bir iman vardı.
Bir anda kükrədik, sel kimi daşdıq,
Qasırğalarla biz sanki yoldaşdıq.
Keçilməz sanılan dağları
aşdıq,
Önümüzdə qandan bir tufan vardı.
Qoşduq
bu yollarda, bağrımız yanıq,
Boğduq
haqsızlığı, Tanrımız
tanıq (şahid).
Obamız,
köyümüz, şəhrimiz
yanıq,
Hər şeyi məhv olmuş bir vətən vardı.
İndi gəlişdikcə hər
il yaşımız,
Göylərə ucalır şanlı
başımız.
Dinmiş
(bitmək, durmaq)
gözümüzdə
artıq yaşımız,
Bizi alqışlayan bir cahan vardır.
"Azərbaycan" dərgisi,
1972-ci il,
il: 21, sayı 205, səh.
1.
Məmməd Sadıq ARAN
Ədəbiyyat qəzeti.- 2023.- 7 oktyabr, ¹37-38.- S.11.