Varmış
Əzəldən belədir, bilirəm,
qardaş,
Hər kəsin qəlbində öz dağı varmış.
Ağırdır bir ömrün
yükünü çəkmək,
İnsanın çiynində duz
dağı varmış.
Aldı
torpağımı yurd
oğullarım -
Göy börü soyundan qurd oğullarım.
Zəfərlə dönəndə mərd
oğullarım
Düşməni kor edən göz dağı varmış.
Çox
bəla gətirib dilin bəlası,
Zəhərli kəlmələr ilan
balası.
Deyirlər sağalır qılınc
yarası,
Amma sağalmayan söz dağı varmış.
Bilsə
bu dünyanın son vəfasını
Kim verər ölümə öz yaxasını?
Görəndə comərdin bir səxasını
Namərdin alışan cızdağı
varmış.
Qaçır səfalətə düz
işdən qaçan,
Bu yerdən, bu göydən, bu ərşdən qaçan.
İşıqlı dünyada günəşdən qaçan
Qaranlıq dünyanın dustağı
varmış.
09.05.2023
Ümid varsa
"Ağ ölümün"
məhkumlarına
Səni
izlər addımbaşı
Bədənlə ruhun savaşı.
Dur, zavallı, bir yavaşı,
Qıyma
Allah verən cana.
Sən ölümün köbəyində,
Ölüm sənin bəbəyində.
Gücü çatmır mələyin
də
Qəfil
iblis girən cana.
Sən bizlərdən biri ikən
Niyə
döndün belə erkən?
Nə deyəsən diri ikən
Ölü ömür sürən
cana?
Qarşında uçrumdur, soydaş,
Geri qayıt yavaş-yavaş...
Ümid
varsa yoxdu təlaş
İblis yerə sərən cana.
11.12.2022
Nargin
Nargin adası,
Sürgün adası,
Qanına
qəltan
Türkün adası.
Bu mavi Xəzər
Qanlı
dəryadı.
Orda boğulur
Müşfiq fəryadı.
"Qara qutu"su
ruhların - Nargin.
Kimsə
onları
Oxuyar bir gün...
Nargin adası,
Sürgün adası.
Şərdən yoğrulan
Şərqin adası...
31.09.2023
Türkiyədəki
deprem fəlakətinə
Fəlakət fələkdən gəlir,
Olmaz ki,
başqa cürəsi.
Bircə
anda məhvərindən
Sanki çıxdı Yer kürəsi.
Daş altında can uyutdu
Bu fələyin kirkirəsi.
Yetim qalan çocuqların
Dərdinə kim hönkürəsi?
Ölmüş övlad anasına
Təsəllimi var verəsi?
"Bir ölüb min dirilərik",
Belə
deyib türk törəsi!..
11.02.2023
İran
"təranələri"
Güllələrin üstünə
Atılır soydaşlarım.
Vurulub öz qanına
Qatılır soydaşlarım.
Qorxu, hürkü qalmayıb,
Hər kəs hazır edama.
Bundan betər zülm olar
Adəm
oğlu adama?
Əmmamə bir əmmadır,
Çadra ruhun çidarı.
Allahsız bir dövlətin
Molladır hökmdarı.
Xiyabanlar,
küçələr
Boğulur qan içində.
Azadlıq nərildəyir
Kölə insan içində.
İran nəsə doğacaq,
Ara vermir sancısı.
Tapılar günahkarın
Bir gün ittihamçısı...
25.11.2022
Şəhid övladının dilindən
Hey yolunu gözləyirəm,
Ata, niyə gəlməz oldun?
Darıxıram gecə-gündüz,
Əhvalımı bilməz oldun.
Vətən üçün qıydın
cana,
Düşməni bələdin qana.
Mən ağladım yana-yana,
Göz yaşımı silməz
oldun.
Darıxmışam - bilməmisən,
Gözləsəm də gəlməmisən.
Deyirlər ki, ölməmisən,
Şəhid olub ölməz
oldun!
05.11.2022
Bu yoxuşlar
Harda insan, orda nöqsan
-
Bəşər düzəlmək istəmir.
Nə xeyirin bir xeyri
var,
Nə şər düzəlmək
istəmir.
İçim özümü yandırır,
Çölümün xəbəri yoxdur.
Bu yoxuşlar yordu məni,
Dizimin təpəri yoxdur...
01.11.2022
Göylərdən istədim
Gecəli-gündüzlü ömür yaşadım,
Gündüzün yerini gecə vermədi.
Dünyada varmı ki, elə
bir insan
Çöldən çəkdiyini içə
vermədi?
Özümə çəkəndə öz tətiyimi
Gördüm xəyalımda son itiyimi...
Göylərdən istədim istədiyimi
Tanrım
da almadı vecə - vermədi.
Ürəyim qəmlərin bol
həsrətində,
Dağlara nərdivan yol həsrətində.
Adiləm,
qalmışam bal həsrətində,
Arı saxlasam da beçə vermədi.
01.04.2023
Çal mənim də havamı
Sehrli barmaqları ilə insanı başqa aləmə aparan Aşıq Ədalət Dəlidağlıya
Çal,
Ədalət, çal
mənim də havamı,
Səndən yaxşı kim
tanıyır bəs məni?
Ağrısız bir dünya varsa bax ora
Qoy aparsın bu ilahi səs məni.
Ömür gəlib dirənib
son mənzilə,
İnanmıram bir də qalxam mən zilə.
Heç
görmədim göz
yaşımı mən
silən,
Heç
tapmadı bir rəhimdil kəs məni.
Adil deyər bu taledir,
bu baxtdır,
Bir növbə var - kim geri, kim qabaqdır.
Mən ölümlə güləşirəm
havaxtdır,
Yıxılmıram, anam doğub tərs məni.
Ankara,
Koru xəstəxanası,
19.07.2023
Bu hava başqa havadır
İnanmağım gəlmir vallah
-
Dost-tanışdan hiylə baxır -
Yer üzündə yer tapmırsan -
Hər qarışdan hiylə baxır.
Qaçan ömür, bir
az toxda,
Gör gəlmişik hansı vaxta.
Süzülən göz yaşı
saxta
Yalvarışdan hiylə baxır.
Bu hava başqa havadır,
Bizi səbrimiz uvadır...
Dava bilirsən davadır,
Sülh-barışdan hiylə baxır.
20.04.2023
Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2023.- 7 oktyabr, ¹37-38.- S.5.