Böyük Çöldən əsən yellər
Əli Rza Xələfli-70
Hər
yeni kitabı, təzə
əsəri və sözü-söhbəti, görkəmli
ədəbiyyatşünas alim Nizaməddin Şəmsizadənin
təbirincə desək,
məhəbbət körpüsünə
çevrilənlərdəndir şair, yazıçı-publisist
Əli Rza Xələfli. 55 kitabın
müəllifidir. "Ədəbi-tənqidi,
fəlsəfi-publisistik məqalələrinin
isə sayı-hesabı
yoxdur". Qibtə doğuracaq qədər istedadlı, ondan daha artıq zəhmətkeş qələm
adamıdır. Böyük
Vətənçi, həqiqətçidi.
Dost olmağı, dostluğu
qorumağın yolunu bilir. Əsərlərinin
baş qəhrəmanı
Vətəndi, anadı,
doğma yurd yerləridi. Bir də ana təbiət. Əli Rza Xələfli təbiət gözəlliklərini
Tanrıya aparan, Allaha qovuşduran cığır, yol-yolağa
kimi tərənnüm
edir. Onun təsvirində, təqdimatında
təbiət paklıq,
halallıq dərgahı
kimidir və bu paklıq önündə içilən
andın özü də milli kimlikdən, halallıqdan gəlir.
"Əli Rza Xələflinin
bir məsələdə
bəxti gətirib - Azərbaycan incəsənətinin,
ədəbiyyatının, elminin sayılıb-seçilən
simaları onun yaradıcılığına biganə
qalmayıblar" (Sabir Bəşirov).
Professor Qəzənfər Paşayev
ona ünvanladığı
açıq məktubu
belə tamamlayır
ki: "Qardaşım, ədəbiyyatımıza,
elmimizə xoş niyətlə, vicdanla, təmənnasız xidmətlərinə
görə sənə
minnətdarlığımı bildirirəm". Görkəmli
publisist, "Azərbaycan"
jurnalının baş
redaktoru İntiqam Qasımzadə haqlıdı
ki, bu təmənnasız
xidmət yolunda ilahi Söz Əli Rza Xələflini
heç vaxt darda qoymayıb: "Hətta publisistik məqalələr toplusunun
səhifələrində belə
Əli Rza Xələflinin şair qəlbi tez-tez döyünür, ürək
çırpıntılarının səsi eşidilir. O, hər dəfə çətinə düşəndə,
fikrini istəyincə
deyə bilməyəndə
dərhal poetik ricətlərə əl atır, sözün qüdrətinə söykənir".
"Onun poeziya dili ürəyəyatandır,
bədii boyalarla, əlvan naxışlarla bəzədilib; xalq dilinin bütün potensial imkanlarından istifadə olunub" (İsmayıl Kazımov).
"Lirika onun həm epik, həm də digər şeirlərində
xüsusi yer tutur. İnsan qəlbinin fərdi hiss və duyğuları, özünəməxsus yaşantıları,
əsrarəngiz çalarları
Ə.R.Xələfli lirikasının əsasını
təşkil edir"
(professor Bədirxan Əhmədli).
"Lap konkret ifadə
etsəm, onun ömrü də, mövcudluğu da Söz deməkdir. Deməli, əslində, Əli Rza Xələfli Sözə doğru çoxdan üz tutub gəlir və indi də
Sözün içərisindədir"
(Əbülfət Mədətoğlu).
"Çingiz Aytmatov
B.Vahabzadə lirikasının xüsusiyyətlərindən
danışarkən yazır
ki, Vahabzadənin poetik
təfəkkür mədəniyyəti
təbiətcə millidir.
Bu, müstəsna dərəcədə
zəruri haldır ki,
sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqın canlı dil memarlığına öz
töhfəni verə
biləsən... Ə.R.Xələflinin yaradıcılığı
Ç.Aytmatovun müşahidə
etdiyi keyfiyyətlər
mənasında B.Vahabzadə
şeirinin uğurlu davamıdır. Onun bədii düşüncələr
sistemində X.Rza
da, M.Araz da, olsun ki, digər sənətkarların
milli şeir ənənəsindən
gələn xüsusiyyətlər
var, lakin bütövlükdə
götürəndə həyati
idrak və ona münasibətdə inikas üsulu və üslubu ilə Ə.R.Xələfli
B.Vahabzadə məktəbinin
davamçısıdır" (professor Təyyar Salmanoğlu).
Görkəmli tənqidçi Vaqif
Yusifli haqlıdır
ki, Ə.R.Xələflinin
şeirlərində bizim
müasir poeziyamızın
örnək olası sənətkarları - Bəxtiyar
Vahabzadənin, Xəlil
Rza Ulutürkün, Məmməd Arazın şeirləri ilə səsləşən məqamlar
çoxdur: "Vətəndaşlıq
narahatlığı, yurdsevərlik,
azərbaycançılıq duyğuları onun şeirlərində də
əsas motivlərdir.
Lakin əlbəttə, Ə.Xələfli bu
mövzuları özünün
fərdi poetik dəst-xəttiylə, orijinal
ifadə tərzi ilə şeirə gətirir". "Əli
Rza Xələfli poeziyası ilə publisistikası qarşılıqlı
vəhdətdədir. Bu vəhdəti
şərtləndirən vətəndaşlıq
niyətini meyar seçməsidir. Vətəndaşlıq
cəsarəti ona öz oxucularının səmimi rəğbətini
qazandırıb" (professor Camal
Mustafayev). "Əli Rza
Xələfli fenomenal
təfəkkürlü, universal, sinkretik yaradıcılıq
imkanlarına malik bir ziyalıdır... Onun hadisələrə, həyata,
ətrafa, mühitə,
ədəbi prosesə,
Azərbaycan ziyalılığına
çox orijinal baxışı, özünəməxsus
təhlil üsulu, təqdim üsulu, əsil yaradıcıya məxsus ürək genişliyi və ehtiraslı bir sevgisi var... O, oxucu ilə bütün janrlarda, əsasən də, publisistikada çox sərbəst, səmimi, isti məhəbbətlə, heyranlıqla
təmasda olmağı
bacarır" (ədəbiyyatşünas
alim Qurban Bayramov).
Professor
İslam Ağayev Ə.R.Xələflidən müasir
Azərbaycan poeziyasının
və publisistikasının
istedadlı və yorulmaz xadimi kimi söz açır.
Siyasi elmlər üzrə fəlsəfə
doktoru Rövşən
Nazimoğlu onun şeirlərində "yamaq
götürən söz"
və misra olmadığının fərqindədir.
Ədəbiyyatşünas Gülxani Pənah Ə.R.Xələflini yüksək duyğulu şair kimi xarakterizə edir. Professor Nizami Tağısoy onun yaradıcılığında
bütün qapsamı
ilə önə çıxan tarixi yaddaş gerçəkliyinə
heyranlığını ifadə
edir. Şair-şərqşünas
Hafiz Rüstəm bu heyranlığın davamı
olaraq böyük rus tənqidçisi V.Belinskinin şair
şəxsiyyəti barədəki
fikirlərini eynilə
Ə.R.Xələfliyə şamil
edir və haqlıdır. Xalq şairi Zəlimxan Yaqub onun ata
itkisinə təsəlli
olsun deyə aşağıdakı misraları
qələmə alıb:
Bir el ağsaqqalı,bir
dağlar oğlu
Qarışdı torpağın lal
məzarına.
Qəribin qürbətdə evi
yıxılar,
Düşər xal üstündən
xal məzarına.
...Saça qırov düşər, saqqal çal olar,
Bu halı duyanlar əhli-hal olar.
Hər çiçək islanmış
bir dəsmal olar,
Qarabağ ağlayar Zal məzarına.
Daha bir başqa şeir də var; adaşı Əlirza Həsrətin bu xüsusda yazdıqları:
Baxışların çən çiçəyi, sis gülü,
Oda düşdü bağrım,
vurdu his gülü.
Ürəyində apardığı nisgili
-
Məzarında yurd oldu Zal kişinin.
Tanınmış söz adamlarından
Ağəddin Mənsurzadənin,
Yusif Nəğməkarın,
Daşdəmir Əjdəroğlunun,
Hikmət Məlikzadənin,
Abbas Hacıyevin, Etibar
Əbilovun, Ağasən
Bədəlzadənin, ədəbiyyatşünas
alimlərdən Allahverdi
Eminovun, Əzizxan Tanrıverdinin, Paşa Əfəndiyevin, Vüqar
Əhmədin, Salatın
Əhmədlinin, Elçin
Mehralıyevin və başqalarının qələmə
aldıqları məqalələrdə
Ə.R.Xələflinin
parlıq şair-publisist
obrazı bütöv,
boyaboy görünür.
Unudulmaz alim İmamverdi
Əbilovun ona ünvanladığı açıq
məktubdan sətirlərdi
ki, "siz sənətin
bütün sahələrinə
həssassınız. Və
"Kredo"nu Azərbaycan
mənəviyyatının parlaq aynasına çevirə bilirsiniz".
Bu düşüncələrin ardınca İmamverdi müəllim qələm
dostunu ədəbiyyatımızın
Konstantin Paustovskisi olaraq
dəyərləndirir...
Bu cür təqdiredici fikirlər bir deyil, beş deyil ki... Hər birinin üzərində dayanmalı olsaq ayrıca bir kitab bağlamış olarıq.
Amma elə buradaca qeyd etmək istəyirəm ki, şəxsən
mənim üçün
Əli Rza Xələfli yönü Cəbrayıl, Füzuli, Ağdam, Laçın, Kəlbəcər ellərini
bütün ərdəmliyi
ilə öz cismində, təbiətində
simvolizə edə bilən doğmalar doğmasıdı, hər
halıyla... Və mən ən darıxan, sıxılan dəqiqələrimdə nəşriyyatın
8 mərtəbəsini aşağı
enib, məhz o yerləri ziyarət edirəmmiş kimi Əli Rza Xələflinin
iş otağına ayaq basıram. Əli Rza bütün
varlığıyla Qarabağ
qoxuyur.
Və onun haqqında yazdıqlarımdı ki, təbiət
üzü üz göstərən bir ayna kimi qarşında
duranda büdpərəst
olmaq hər bir söz adamının
gündəlik yaşamıdı.
Qələm dostum Əli Rza özü
də bənzərsiz,
laübəli bir təbiət hadisəsidir.
Və bu təbiət hadisəsi önündə yaşanan
büdpərəstlik həmişə
mənə şükranlıq
hissi yaşadıb.
Görkəmli jurnalist, professor Qulu
Məhərrəmlinin Ə.R.Xələfliyə olan
doğma münasibəti
də bu mənbədən qaynaqlanır.
O da ömrün yetmişini
haqlamış qələm
dostunu eyni fikir ucalığından təbiət hadisəsi olaraq qutlayır yazılarında.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2023.-14 oktyabr, №39.- S.28.