Heç də uzaq deyil
göy üzü
yerdən
Tanrı
insanları sınağa çəkir,
Hər kəs öz rənginə boyansın deyə.
Şeytan
da yaxasın qırağa
çəkir,
Adəm
meydanda tək dayansın deyə.
Bu
dünya üzümə ağ oldu hər gün,
Yenə
könlüm-gözüm duruldu
hər gün.
Mənim
ömrüm-günüm yağ
oldu hər gün,
Bu eşqin çırağı
gur yansın deyə.
Heç
də uzaq deyil göy üzü yerdən,
Agah oldunmu heç sirr ilə sirdən?
Dağlar
dərələrə daş
atır hərdən,
Təpələr yuxudan oyansın
deyə.
Turan
Əbədi
səadət Turandan keçir,
Əzəli arzumuz Turandır
bizim.
Turana gedən yol tufandan keçir,
Yenə
gözlərimiz al qandır
bizim,
Əzəli arzumuz Turandır
bizim.
And olsun,
Günəşə, and olsun, Aya,
Ərənlər and içib Alp Ər Tonqaya,
Çəkilsin kənara hər
dağ, hər qaya,
Halımız hər kəsə
əyandır bizim,
Əzəli arzumuz Turandır
bizim.
Türkün
hər dərdinə dərmandı Turan,
Elimin
ilk andı, son andı - Turan,
Görəcəklər necə tufandı Turan!
Turansız halımız yamandır
bizim,
Dərdimiz-sərimiz Turandır bizim.
Türkün
qart düşmənə zərbələrindən,
Qoy bir də oynasın
bu Yer yerindən.
Qurtulsun
məzlumlar qəm-kədərindən,
Turansız yolumuz dumandır
bizim,
Əzəli arzumuz Turandır
bizim.
Ruhumuz
şad olmaz "Quran" olmasa,
Yurd olmaz yurd eşqi
hər an olmasa,
Dünya
abad olmaz Turan olmasa,
Turansız dünyamız virandır
bizim,
Əzəli arzumuz Turandır
bizim,
Yurdumuz-yuvamız Turandır bizim.
Dağlar
duman olsa da...
İtib-batma təpələrin içində,
Gəl dağ olaq, dağlar duman olsa da.
Qaldır
yelkənləri, çıxaq
dəryaya,
Bu dəryada hər gün tufan olsa da.
Bir an kimi keçər
min il eşq ilə,
Bu fanidə qeybə çəkil eşq ilə.
Bağrıbadaş olsun könül eşq ilə,
Aşiq
könlü hərdən
viran olsa da.
Bir gün mən də yurd olam bu Yurd ilə.
Sözüm qala qiyamətə
qurd ilə.
Hərdən sən də oturub-dur dərd ilə,
Arsız
dünya dərdə gülən olsa da.
Eşq
içində eşqi duyar sözlərim,
Nadan görsə, gözün döyər sözlərim.
Bir gün gələr, dərdə dəyər sözlərim,
Mənim
sözüm indi
"saman" olsa da.
Daşdan
keçsə, oxdan iti sözümüz,
Bəlkə də ürəkdən
gülər üzümüz.
Şeirlə yazılıb alın
yazımız -
Sən də inan, bu
söz yalan olsa da.
Hüseyn BAĞIROĞLU
Ədəbiyyat
qəzeti.- 2023.-14 oktyabr, №39.- S.27.