AYB Lənkəran
bölməsi təqdim
edir
Hörmətli Azər müəllim!
Artıq
bir neçə gündür ki, respublikanın
ədəbi ictimaiyyəti
AYB Lənkəran Bölməsinin
yaranmasının 45 illik
yubiley tədbirlərinə
şahidlik edir. Fəaliyyətdə olduğu
yarım əsrə yaxın bir dövrdə Bölmənin
şinelindən çıxan
onlarla istedadlı şair və yazıçılar ədəbiyyatımızın
inkişafında fəal
rol oynayıblar. Bu gün AYB Lənkəran Bölməsi cənub bölgəsinin altı rayonunda yaşayan yüzdən çox AYB üzvünü və xeyli sayda həvəskar
yazarı öz ətrafında birləşdirir.
Onların bir çoxunun imzaları artıq respublika ədəbi mühitində
qəbul olunan yazarlardır.
Təsadüfi deyildir ki, 6 oktyabr
2023-cü il tarixində bu
əlamətdar tarix
AYB-nin Natəvan klubunda AYB rəhbərliyinin,
çoxsaylı yazarların,
ictimai-siyasi xadimlərin
iştirakı ilə
yüksək səviyyədə
qeyd edildi.
Hörmətli Azər müəllim!
"Ədəbiyyat qəzeti"nin
ölkənin ən reytinqli ədəbi orqanına çevrilməsində,
ədəbi mühitdə
böyük nüfuz və çoxsaylı oxucu sevgisi qazanmasında
baş redaktor olaraq sizin müstəsna
xidmətinizi qeyd etməmək ədalətsizlik
olardı. Özünün
intibah dövrünü
yaşayan qəzet ayrı-seçkilik qoymadan
cənub bölgəsində
yaşayan yazarlara da səhifələrində həmişə
səxavətlə yer
ayırıb. Bu səbəbdəndir
ki, qəzetiniz bölgəmizdə
sevilir və oxunur.
Yubiley tədbirlərinin davam etdiyi bu günlərdə
sizə müraciət
etməyimdə məqsədim
bizə həmişə
göstərdiyiniz diqqət
və qayğınızdan
yararlanmaqdır. Bölməmizin
əhatə etdiyi altı rayonda yaşayan yazarlardan bir neçəsinin yazılarını sizə
göndərməklə qəzetdə
işıq üzü
görülməsinə yardımçı
olacağınızı xahiş
edirəm. Bu həm də sevincimizə sevinc qatmaqla qəzetin bizlərə ən böyük təbriki və hədiyyəsi olacaq.
Ümid
edir və qabaqcadan təşəkkürümü
bildirirəm.
Hörmətlə,
Qafar CƏFƏRLİ
AYB Lənkəran Bölməsinin
sədri,
yazıçı-publisist
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.19.