Mübarəkdi!
Hər səhərim
öz Yurdumda oyadırsa -
Bundan artıq daha mənə nə gərəkdi?
Zəfər çaldıq; Xan - Kəndinə
qayıdırsa,
Azərbaycan, Qayıdışın mübarəkdi!
Doğma
Laçın, gözəl Şuşam, Kəlbəcərim...
Ürəyimi tərk elədi
dərdi-sərim,
Haqq yolundan çəkinmədin,
yenilmədin,
Azərbaycan, uca başın
mübarəkdi!
Əsarətdən
Dünya boyda Bağ qurtardı,
"Nidan" ilə dözülməli vaxt
qurtardı!
Azərbaycan, neçə-neçə dağ qurtardı;
Qaytardığın dağın-daşın
mübarəkdi!
Zaman
yetdi; bütövləşdi ulu Vətən,
Qoy çatlasın xəyanətlə
atıb-gedən,
Yer üzünü qüdrətinə
heyran edən,
Azərbaycan, son Savaşın mübarəkdi!
Yaşa,
var ol, müdrik Ali Baş Komandan,
Qüvvət aldıq ağır
Dəmir yumruğundan,
Əbədilik, əsarətlər buxovundan,
Azərbaycan, Qurtuluşun mübarəkdi!..
21.09.2023
Almışam...
Əsgərin
gecə görüşü
Gileylər
yazırsan yuxularından -
aldımsa, uzaqdan necə almışam?
Bu gecə keçəcəm
lap yaxınından -
dünən məhlənizdə "küçə almışam".
Üzü
yola baxır yatdığın otax,
soyuqdu; şal götür pəncərədən bax,
bir az gülümsəyək,
bir az boylanax -
möhləti Gizirdən "Üçə"
almışam.
Nə səndən
gedənəm, nə bu şəhərdən,
mənim
də xoş keçmir günlərim hərdən,
uzaq düşürəmsə məhəbbətimdən,
olmaya yolları haça almışam?
Niyə
bu istəyim ağlına batmır?
Axı əsgərini Ordu yubatmır!
Uzanan əllərim əlinə
çatmır -
qisməti göylərdə, uca
almışam!
Bahara az
qalır - qışım keçəcək,
baxma ağrısına - başım
keçəcək,
bir az da ləngisək -
yaşım keçəcək;
lağa
qoyacaqsan - "Qoca
almışam!".
Məni tərk
eləyib qırma arzumu,
hər cürə yuxunun olar yozumu,
səmadan düşürdüb Bəxt ulduzumu
duvağın üstdəki Taca
almışam.
"Həri"yə
- elçimi haçan göndərim?
Bəxtimin yeganə gülünü
dərim!
Qonşular görsünlər - Anama gəlin,
şəhərdən Bacıma Bacı almışam!
Hicrandan o
qədər canlar odlanıb,
toyuna o qədər əsgər
yubanıb,
tüstüyə dönsək də,
bir odda yanıb -
qorxma; səmalarda baca almışam...
05.02.2023
Kasıbam...
Bəxtəvərmiş
qol-budaqlı şairlər:
Bir canımdı, bir özüməm, bir obam,
Aradabir
- "Vaxt qızıldır"
- deyərlər,
Vaxtım
azdı, ona görə kasıbam.
Hər kəs
bir az bez aparar öləndə,
Eyni gedər ağlayan da,
gülən də,
Haradasa,
mən Dünyaya gələndə,
Bəxtim
azdı! - ona görə kasıbam.
Güzarının
El, yoluna qoyurdu,
Əyriləri qavi dövran buyurdu!
Parçalayıb-yaralayan bu Yurdu
Xan Arazdı - ona görə kasıbam!
Qırmaq
olmur "Sapı bizdən baltanı",
Boynumuza
düşmən taxan
xaltanı,
Xain çıxıb - ayağımın
altını
dostlar qazdı, ona görə kasıbam.
Qəlbdəkini
gözdən axan yaş bilər,
Nəyə görə? - nə çəkdiyin
baş bilər!
El dərdini neçə-neçə
"başbilən"
Anlamazdı - ona görə
kasıbam...
Dünya
bizimdi...
"Dünya
sənin, dünya mənim,
dünya
heç kimin"...
Məmməd Araz
Eşələdim
bu cahanı mən hər üzünə;
düşünmə ki: "Ömrün
mehi bircə əsimdi",
Tanrı
özü şərik
qoşub bizi - Özünə,
əgər bura gəlmişiksə,
Dünya bizimdi!
Biri -
aydın, biri - zülmət; Doğu - Batı var,
yer üzünün bizim üçün üstü, altı var,
əl çatmayan səmaların
xeyli qatı var -
əgər
bunu bilmişiksə, Dünya bizimdi!
Bezdirsək
də, bir kənara çəkməz özünü,
pıçıltıyla danışsan
da - tutar sözünü,
yuvamıza basqın etmiş
düşmən izini
qanımızla siliriksə, Dünya
bizimdi!
Saniyəsi,
dəqiqəsi, ayı, ili var,
ixtiyarı bizdə olan dağı, çölü var,
gözlərimiz tox olarsa - hamı tox olar,
rau böləni bizləriksə
- Dünya bizimdi!
Ayırd
etmək dadı, duzu - dilə bağlıdı,
hətta
duru çeşmələr
də lilə bağlıdı,
ögey
bilsə, cismimizi saxladarmıdı?
Qucağında ölürüksə. Dünya
bizimdi...
12.12.2021
İllər...
Sanki yaman
gözlər sehrinə düşdüm,
çəmən göyərmədi, güllər
açmadı,
nə həyat dəyişdi, nə mən dəyişdim -
elə bil qapımı illər açmadı,
Qorxdum -
danışsam, mənə gülərlər,
"bəxtəvər", ya
da ki - "bədbəxt" - bilirlər,
darayıb-hörməyə öyrənən
əllər
çələng bağlamadı, tellər
açmadı,
Könül
çaşmaqdaydı, qələm yazırdı,
gözlər ağlamaqla yuxu
yozurdu,
görmürdüm; bəlkə də
dağ da qısırdı?
xeyli vaxt dilini sellər
açmadı,
Beləcə
ötüşdü aylar, fəsillər,
tavrını dəyişdi sazlarda
tellər,
düzü; yer üzündən
silmədi illər,
amma ki, başıma nələr
açmadı?!
03.04.2021
Yaşıdım
ağaclardan...
Yaşıdım
ağacların neçəsini kəsdilər;
yaşıl-yaşıl gedən də,
pöhrə verib bitən də,
istəyinə yetən də həyat tapıb yaşadı.
Yaşıdım
ağacların
hamısı kül olmadı
-
başqa-başqa işlərə
yarıyanı da oldu.
Yaşıdım
qızların da hər birisi birində;
kimisi O,
dünyada -
məleykələr yerində,
kimisin sevinci
dərdi-qəmi-nadinci
əziz
nəvələrində.
Yaşıdım
ağacların neçəsini kəsdilər;
birini ləngitdilər,
birində-tələsdilər.
İndi Dünyada qalan bir mənəm, bir neçəsi;
birdə
ki, xışıldayan
ciyərlərin nəfəsi.
Nəfəs də qəribə
şey -
onsuz həyatımızda
vaxtın
davamı olmur,
amma ki, içimizdə
aldığımız havanı
tutub saxlamaq olmur.
Yaşıdım ağacların neçəsini
kəsdilər...
21.09.2023
Təsbeh
çevirəcəm
bu
gündən belə...
Tamam dəyişibdir
məkanla zaman,
haraya üz tutsan, havası
ağır,
təsbeh
çevirərdik bekarçılıqdan,
indi telefonlar fikir dağıdır.
Budaqla
işləri yarımçıq qoyub,
calaqlar vururuq ağac kökünə,
naqis fətvasına nadanın uyub,
imkan eləmir ki, bilici dinə.
Öyrətdi
özümə - "gün ağlamağa",
"maşa" ocağımın
közünü eşdi,
qaçırtdı zamanı qabaqlamağa,
zamanın quyruğu əlimə
keçdi.
Var-dövlət
kor edir şikəst gözləri,
dedilər - "kasıbın iştahı
yoxdu!"
hər kəs qabağına eşir közləri,
ocaq ətrafında "maşalı"
çoxdu...
Hansı
ocaq dürüst? - gedib qalanım,
saf-çürük kim edir "yaxşı"-"yamanı"?
o, saxta, bu -
çürük - kimə inanım -
dələduz çıxanda "Allah adamı"?
Yenə xətaları
gətirdim dilə,
nə gərək mənimlə
məzara getsin?
təsbeh
çevirəcəm bu
gündən belə -
barmaqlar
dövranla haqq-hesab etsin...
02.02.2021
Şuşamız...
Titrətdi
könlümün sətirlərini,
bir Ay parçasıdır - göylərdən
düşüb.
nə şeyda bülbüllər
ləhcələrini,
nə
"İsa bulağı" dadın dəyişib.
Sübhədək
qoynunda getmişdim huşa -
bu, gecəm o uzaq gecələr
kimi.
bizləri sınağa çəkirmiş
Şuşa,
yarını sınağa çəkənlər
kimi.
Duydum-istəyinə
yetişdi, çatdı;
vurdular,
qırdılar... cücərdik, bitdik.
nə Şuşa bizləri unudub-atdı,
nə
biz Şuşamıza xəyanət
etdik.
Qətiyyən
sındırmaz bu dərd milləti;
yox, axan qanlar da getmədi hədər;
bizim xislətimiz kişi adəti -
sevginin yolunda can qurban gedər...
16.07.2022
Bir
bayatı çağırdılar...
Bir
bayatı çağırdılar xarabazar görəndə,
Xan əminin ruhu idi - pərvazınnan tanıdım,
Yağı düşmən fürsət
tapıb məkanına girəndə -
Qartal gözün çıxartmışdı
- yuvasınnan tanıdım.
Bu yerlərin
doğma, əziz hər ağacı, hər daşı,
Qara çınqıl parıldadı
- isladanda göz yaşı,
Bəyaz
qarı saç qaraldar, göz dərmanı
yağışı,
Şuşa çiskin içindəydi
- havasınnan tanıdım.
Odlar Yurdu
qəlbimizi alovlarda yoğurdu,
Bu ellərin anaları pələng, aslan doğurdu!
Savaş
gördüm - biri
basıb birisini boğurdu;
Boğan
bizim əsgər idi - davasınnan tanıdım.
Dağı-daşı
oynadırdı mərmilərin nərəsi,
Qorxa-qorxa
boy atırdı nar
kolunun pöhrəsi.
Şüşəsində tanış qızın ilğım
kimi çöhrəsi -
Dağıdılmış pəncərənin
aynasınnan tanıdım.
Sarı
qaya dumanlarda; - sanki qəlyan çəkirdi,
Bulud dizin dağa qoyub dəvə kimi çökürdü,
Qara torpaq bir nəfəri
öz kamına çəkirdi -
Köç eləyən Şəhid
idi - el yasınnan tanıdım.
Azad olan
Qarabağım daha şaqraq güləcək,
Alçalmadıq! - yeni nəsil bizi Kişi biləcək,
İlk misramdan bir pərvanə
-
"Vahid Əziz" - deyəcək
"özgəsinə bənzəməyən
yazısınnan tanıdım..."
09.11.2020
İnqilablar...
Basıb
keçdi inqilablar -
Kimləri taxtdan salmadı?!
Kimindən qisas aldılar,
Kimindən varis qalmadı.
Dağıldı
şahlar yuvası,
Coşdu
ağızlar yavası,
Lənətə gəlsin hamısı;
Dava - torpaq davasıymış
-
Bütün saxta inqilablar
yurdumdan
torpaq aldılar!
Bağda
zay, çürük qalmadı;
Xeyli alaqlar bitdilər,
Əsil
bəy-gada olmadı,
Gadaları "bəy" etdilər.
Basıb
keçdi inqilablar,
Talandı ellər, obalar,
Xilaskarımız Tanrı var,
O, bizi darda qoymadı...
06.10.2023
Ümidini
itirmə...
Ümidin
itirib ağlayan qızın
yanağı yağmurlu bahar
kimidir,
ya mənə vurulsun, ya az ağlasın -
adamın
içində ürək
əridir.
Hönkürdü,
dar gəldi başıma Dünya,
nədənmiş, görəsən, gördüyü
röya?
çatıb qarışdıqca damla-damlaya
məni
də özüylə
aparıb-gedir.
İstədim
özüm də bir damla olam,
axıb
dodağında ilişib
qalam,
hayıf,
vaxtım keçib -
daha bihalam,
ləngiyə bilmərəm, karvanım
gedir.
Kipriklər
ucunda hər damla bir ləl,
azmı
çiçək oldu
baharda xəzəl?
Bəxtin
qapısında ağlayan
gözəl,
Dünyamı dağılır, ömürmü
bitir?
Ümidin
itirib ağlayan qızın
yanağı yağmurlu bahar
kimidir...
De...
Xəlq
edənə çatsa səsin -
"Dövran gəlsin imana" - de,
"insaf etsin,
tələsməsin" -
hünərin var, zamana de,
Özü
bilər - nə cür gedər,
bizə
nələri öyrədər;
başında sünbül böyüdər,
"Sağol"unu - samana de,
Öyrəndik
qullar döyməyə,
güclüyə tərif deməyə,
yaxşını nə var söyməyə!,
Gücün çatsa, yamana
de!
Çürüyərsən
- kin saxlama,
hər kəmərlə bel bağlama,
yad ocağa söz ağlama;
sənə görə yanana
de!
Qadınlar
da Şəhid olur...
Həyatda
nə desən, olur;
çəmən kimi açır,
solur,
bu şərəfli ölüm
ki, var -
təkcə Kişiliknən deyil,
Qadınlar da Şəhid olur.
Deyiriksə
-"Ana Vətən",
demək
- Qadın möcüzəsi
torpağı bizə Yurd edən,
bizimlə sirdaşlıq edən,
silahdaş, ölümə gedən,
qəbrimiz üstündə bitən
Qadınlar da igid olur.
Olmazsa,
görünər yeri;
"Leyli" biri, "Şirin" biri -
İgid
edən kişiləri.
Amma, təkcə
bir xislət var;
dilləndirən könülləri,
gerçək
edən istəkləri,
bədbinlərin ümid yeri,
bir də zərif çıçək ətri
yalnız
Vətən qızlarına,
Qadınlara aid olur!
Təkcə kişiliknən deyil
-
Qadınlar da Şəhid olur...
Gerçək
imiş
Koroğlunun dəliləri...
Fərman
gəldi, Əmr olundu -
"Yurd, irəli!"
daha bizi bezdirmişdi "Vaxt oyunu",
gerçək imiş Koroğlunun
Dəliləri,
44-günlük
döyüşlərdə gördük bunu!
Dost
qınağı ağır olur yad olanın tənəsindən,
qürbətlərdə dəfələrlə
üz qızartdıq,
"yerə girdik",
rəzil
oldu yağı düşmən həmləmizdən,
biz, möhtəşəm Zəfər
çalan
bu savaşa girməliydik!
Mərmilərin
bağırtısı yeri-göyü oynadırdı,
hər əsgərin qəlbindəki
bir müqəddəs inad idi,
O son savaş düşmənlərə
"Qır qazanı" qaynadırdı,
davadakı köhlənlərin hamısı da -
Qırat
idi!
Zəlzələtək,
sel kimiydi coşan Millət tərpənişi,
Vətənimin hər övladı
yenilməyən igid, qoçaq,
arada bir Xankəndi var; o da
beş-on
günün işi:
Xan-kəndinə qayıdacaq!
Bu Zəfərin
Sərkərdəsi özü
Ali Baş Komandan,
öz hökmü var hər
zamanın;
Söz sahibi gələsiydi,
İsmi
oldu Vətənimin -
"Qələbəli Azərbaycan!"
Ordumuzun
hər əsgəri
bir Koroğlu dəlisiydi...
Gödəyindən...
Kasıba,
yoxsula uzun olurmuş -
varlının gileyi - "il gödəyindən",
adamın
başını yerə
soxurmuş -
ay aman, əlhəzər dil gödəyindən!
Yıxmağa
nə var ki? ağırdı qurmaq,
birləşsə-yumruqdu beş ayrı barmaq,
uzundan mümkündür qaçıb-qurtarmaq,
yayınmaq çətindir sel
gödəyindən.
Dil batar
gözəldə gözün olanda,
yubadar qəlbində sözün
olanda,
könül ocağında közün
olanda -
ürəkdə çəkinmə kül
gödəyindən.
Canını
sıxmasın sınan havalar,
hər qışın sonunda ilk
bahar durar,
nazına
yaraşan-hörüklər olar,
saçın gileylənər, bel-gödəyindən.
Bilmərəm,
həyatım nə qədər çəkər?
Göydə, köçəcəyim işıqlı ülkər,
küləklər güllərin ləçəyin
tökər,
çiçək xoşallanar yel
gödəyindən.
Dünya
dediyimiz - sahilsiz ümman,
bura, bir zərrəyəm səmadan daman,
hər vaxt, Vahid Əziz, pay
bölən zaman,
özünə, evinə böl-gödəyindən...
21.09.2023
Ağlama,
Şəhid övladı...
143
saylı məktəbdə Şəhid övladı
qızcığazın hönkürməsinə
dözmək çətin idi
Ağlama,
Şəhid balası,
Ağlama,
gözünə qurban,
Könüllərə atəş salan
Qəlbinin közünə qurban,
Ağlama,
sözünə qurban,
Getmək
üçün inamıyla-
Yurdun bütövlük yoluyla,
Atanın
öz al qanıyla
Saldığı izinə qurban,
Ağlama,
gözünə qurban,
Dindin-içimdə çağladım,
Nəvəm kimi qucaqladım,
Doluxsundun,
mən ağladım;
Ağlama,
gözünə qurban,
Səndəki dözümə qurban,
Müqəddəs
varlıqdır Ata,
Ulduz oldu alovlarda-
Əbədilik bu həyatda
Ağ olan üzünə qurban,
Ağlama,
gözünə qurban,
Ağlama,
Şəhid övladı.
Ata...
Nigaran
getmədi ata dünyadan -
Çürütdü hesabı qanlı davayla,
Silah götürməyə gücü
çatmayan -
Oğul
yola saldı xeyir-duayla.
Yaşı
xeyli idi-naşı deyildi,
Savaşın əzəldən görürdü
sonun,
Zarafat deyildi-müharibəydi!
"Gedər-gəlməzliyin" bilirdi
onun.
Oğul
yola saldı xeyir-duaynan,
"Qurandan" oxunan "Yasin"lə gəldi,
Ata vidalaşdı Şəhid
balaynan;
Ya övlad, ya da ki - Yurd itməliydi.
Qibləgah
bildiyi Vətənə görə,
Yeganə
oğlunu itirdi ata,
Övlad
məzarında iməkləyərək,
Başdaşı tərəfə gedirdi
ata...
Qoca
sarvan...
Zamanımız
beş-altı gün;
mənzilə yetməkdə karvan,
kimi gördün, qoca sarvan,
Dünyada əbədi qalan?
Ora gec
yetişən olmur,
yarı
yolda düşən olmur,
Dünyayla güləşən olur!
Cəhd
eləməz ağlı
olan,
Cavabsız qoymaz sualı,
söz ustası qoca sarvan,
sordum -
"Nədir dünya
malı?"
dedi -
"Səni yola
salan..."
18.04.2020
Şəhid
unudularmı?
"Oğlumun
da şəklini paylaşın,
Şəhid balam unudulmasın..."
Şəhid Anası
("Facebook"dan)
O, daha
Ulduz olub -
Ovucla tutularmı?
Ana, nigaran qalma -
Şəhid unudularmı?
Anayla
qoşa şəkli,
Bəxti
- kor gələcəkli,
O, elə nisgildi ki -
Qəlblərdən atılarmı?
Şəkildəki
bu oğlan -
Döyüşlərə atılan!
Fikir keçmiş ağlından:
"Vətən də satılarmı?"
Nə cür sıxım bağrıma?
"Can..."
söyləyim ağrına?
Torpağı basılanda
Qeyrətlilər yatarmı?
Göylər
- yeni Dünyası,
Özü gözlər röyası,
Bacım,
Şəhid anası
-
Dərdinə dərd çatarmı?..
Məktəbə
şagirdin
adı verildi...
Vətəni
olacaq-qisasın alan!
Davada ölümlə üz-üzə
gəldi,
Bitirmiş, amma ki, qəlbində
qalan
Məktəbə Şagirdin adı
verildi.
Keçdi
həyatından ömrün yazında,
İndi yaşadanı - xatirələrdi,
Bir vaxt şagirdinə "İki" yazan da
Öpüb, başdaşından üzr istədi.
Məktəbə
şagirdin adın verdilər,
Sərgiyə qoydular dəftərlərini,
Bir İnşa yazıbmış:
"Gənc ölsəm əgər,
şəhidlər yanında dəfn
edin məni".
Vətən
Qəhrəmanı o, çılğın igid
Minlərlə qəlblərdə alov
oyatdı,
Heç
kəsə minnətçi
olmadan, şagird -
Şəhidlər içində murada
çatdı.
Partası
boş qalar bu gündən belə-
Qorxusuz-ülküsüz döyüşə
girdi,
Bir vaxt oxuduğu kənd məktəbinə
Qəhrəman şagirdin adı
verildi...
Dəmir
yolların da
sonu
olurmuş...
Gəncəyə
getməkçün mindim vaqona,
Adamlar sevincək, qəmli, doluxmuş,
Bakı
vağzalında inandım
buna-
Dəmir
yolların da sonu
olurmuş.
Qatarçı,
məkana tez çatdır məni,
Ürəyim sıxılsa, pəncərəni
aç,
Yolların çox olar gəlib-gedəni-
Onlara fərq etməz, ya yeri, ya qaç!
Səsini
duyuram sərt təkərlərin,
Qatar da insantək təbil çalırmış,
Ömrün yollarında bəxt
gəzənlərin
saçları vədəsiz dənlər
salırmış.
Yollar
qırılsa da, bitməz səfərlər,
Ömrü tez bitirən möhlətin kəmi,
Uçan
təyyarələr, üzən
gəmilər
qəlbimi kövrəltməz qatarlar
kimi.
Divara dirənib
duran qatarın
içi
tam boşalıb-yenidən dolur,
Qatar dayanmadan keçən vağzalın
sən deyən elə də sayqısı olmur...
Vahid ƏZİZ
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.4-5.