AMEA-da “Müstəqilliyin möhtəşəm
20 ili: uğurlar
və çağırışlar”
mövzusunda elmi konfrans
keçirilib
Oktyabrın 12-də AMEA-da “Müstəqilliyin möhtəşəm 20 ili:
uğurlar və çağırışlar” mövzusunda
elmi konfrans keçirilib.
Tədbirdə çıxış
edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin
20 illiyinə həsr edildiyini söyləyib, Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna nəzər salıb. Akademik bildirib ki, Prezident İlham
Əliyevin ölkəmizə
rəhbərlik etdiyi
2003-2023-cü illər Azərbaycanın
müstəqil dövlətçilik
tarixinə qızıl
hərflərlə yazılıb.
Ölkə rəhbərinin
məqsədyönlü xarici
siyasətindən, neft
strategiyasından, 44 günlük
Vətən müharibəsində
qazanılan şanlı
Qələbədən söz
açan AMEA rəhbəri
bu gün ölkəmizin dünyada böyük söz və nüfuz sahibinə malik olduğunu xüsusilə qeyd edib.
İsa Həbibbəyli
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın
bütün sahələrdə
nail olduğu tərəqqidən, o cümlədən
ölkəmizdə elmə
və təhsilə, mədəniyyətə, AMEA-nın
inkişafına göstərilən
diqqət və qayğıdan, aparılan
islahatlardan bəhs edib. Qeyd edib
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılan yeni tarixin obyektiv elmi mahiyyətini və əhəmiyyətini
bugünkü və gələcək nəsillərə
çatdırmaq üçün
Azərbaycan elmi ictimaiyyəti də bütün qüvvəsini
səfərbər edəcək.
Konfransda Elm
və Təhsil Nazirliyi Mexanika və Riyaziyyat İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov “Müstəqillik andı: möhkəm təməldən
hərtərəfli inkişafa”,
AMEA-nın birinci vitse-prezidenti vəzifəsini
icra edən akademik Arif Həşimov
“Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Azərbaycan elmi” mövzularda məruzələrlə
çıxış ediblər.
Tədbirdə, həmçinin “Qələbənin fəlsəfəsi, Zəfərin təntənəsi və Böyük Qayıdışın reallıqları”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyası”, dövlətimizin başçısının dil siyasəti və dövlət dilinin inkişafına dəstəyi, ölkə rəhbərinin ədəbiyyat siyasəti və ədəbiyyatda bədii obrazı mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.2.