Qoşa yol
İlmə-ilmə, naxış-naxış
Ömrüm başdan-başa yoldur.
Yaşandıqca səf bağlamış
Günlər yaşdan-yaşa yoldur.
Yol ardınca bir daha yol,
Yaxına
yol, uzağa yol.
Köz düşdükcə ocağa
- yol,
İz düşdükcə daşa
- yoldur.
Harda təbim, orda sevgim,
Məni
qoymaz darda sevgim...
Xalqa sevgim, yurda sevgim
Taleyimdə qoşa yoldur.
Arif, dərdə olma yedək,
Yedəyə al, sən onu çək.
Şairlik də şəhidliktək
Tarixə
birbaşa yoldur...
Bağışla
Bağışla nəvəni, Füzuli
baba,
Yanında qaradır üzü,
bağışla.
Saldıq
zarafata, saldıq kitaba,
Saldıq
mərtəbədən "Söz"ü, bağışla.
Tanrını öyməyə söz
qalmadı ki!
Şeytanı söyməyə söz
qalmadı ki!
Əyrilər əyməyə söz
qalmadı ki!..
Susmaqdan
lallaşan düzü
bağışla.
Ağızlar taybatay, bağlayanı
yox,
Yalanı
yolundan saxlayanı yox,
Qalıb
ortalıqda, ağlayanı
yox,
Sözü öldürüblər, sözü bağışla.
Tək çəpik deyildi bu əlin işi,
Tək qarğış deyildi bu dilin işi.
Sən deyən olmadı, Füzuli kişi,
Sən deyən olmadıq, bizi bağışla...
Arif
FƏRZƏLİ
Masallı
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.19.